Firəngiz Əlizadə: "20-ci əsrin musiqiləri konsert zallarımıza hələ gəlib çıxmayıb"
"Təəssüflər olsun ki, 20-ci əsrin musiqiləri konsert zallarımıza hələ gəlib çıxmayıb".
"Report" xəbər verir ki, bunu Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi forumunda Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə deyib.
"Mən burada onlarla ad çəkərəm ki, onlar 20-ci əsr musiqisinin ən önənli imzalarıdır, amma onlar bizim konsert zallarında yoxdur. Mənə bəzən suallar verirlər ki, bizdə indi niyə Qara Qarayev yetişmir? Bu mənə veriləcək sual deyil".
Onun fikrincə, Bəstəkarlar İttifaqı bəstəkar yetişdirmir, çünki təhsil ocağı deyil:
"Bəstəkarlar İttifaqı yetişmiş bəstəkarları üzvlüyünə qəbul edir, onların dünyada çıxışına şərait yaradır. Bunlar ayrı-ayrı şeylərdir. Daha sonra televiziya kanallarında yaradıcılıq ittifaqlarının ləğv edilməsi ilə bağlı səslənən fikirlər mənə çox pis toxunur. Onlar deyirlər ki, guya həmin yaradıcı ittifaqlar sovet təbliğatı ilə məşğul olublar. Bu fikir kökündən yanlışdır. Bəstəkarlar İttifaqının başında hər zaman Azərbaycanı sevən, onun musiqisinə canla-başla xidmət edən dahi şəxslər dayanıb ki, o adamlar Azərbaycan musiqisi üçün çalışıblar, sovet musiqisi üçün yox. Mənə qədərki sədrlər və mən özüm – heç birimiz heç vaxt sovet musiqisi təbliğatı ilə məşğul olmamışıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 434 Tarix: 29 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeyhun Bayramov Türkiyədədir - Hakan Fidan qarşıladı
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" hesabında paylaşılıb. Bildirilib ki, nazir Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirakı çərçivəsində türkiyəl
12:23 244 Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa verildi
Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirilib. Axşam.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı qızın valideyni yenidə
11:14 284 Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide
13:11 233 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir
12:39 240 Zəfər tariximizin qüruru, milli birliyimizin və dövlət gücümüzün təntənəsi
Zəfər yalnız hərbi qələbə deyil, həm də bir xalqın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdı, xalqımızın milli qürurun
12:15 307 Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır
225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur
14:59 243 Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini
21:00 70 Sabah hava necə olacaq?
Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimal
15:02 241 Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind
14:14 284