"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib.
Sərgidə ölkəmizlə yanaşı, 18 ölkəni təmsil edən 163 şirkət iştirak edib. Tədbir çərçivəsində faydalı qazıntıların hasilatı və emalı üçün müasir avadanlıqlar, innovativ texnologiyalar, laboratoriya sistemləri və sənayedə tətbiq olunan rəqəmsal həllər nümayiş etdirilib.
Sərgidə xüsusi stendlə təmsil olunan "AzerGold" QSC beynəlxalq tərəfdaşlara və ziyarətçilərə şirkətin 10 illik fəaliyyət dövründə əldə etdiyi nailiyyətlər, ölkə iqtisadiyyatına verdiyi töhfələr və gələcək inkişaf istiqamətləri barədə məlumat təqdim edib. Bununla yanaşı, stenddə şirkətin Özbəkistanda təsis etdiyi ilk xarici törəmə müəssisəsi - "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti, ölkədə həyata keçirilməsi nəzərdə tutulan geoloji kəşfiyyat işləri və perspektiv birgə layihələr barədə məlumat verilib.
Stendin ziyarətçilərinə virtual reallıq (VR) texnologiyası vasitəsilə Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə virtual səyahət etmək imkanı yaradılıb. İştirakçılar faydalı qazıntıların hasilatından qızıl-gümüş xəlitəsinin əldə edilməsinədək istehsal prosesinin əsas mərhələləri ilə tanış olublar.
Bununla yanaşı, "AzerGold" QSC-nin qızıl və gümüş məhsulları sərgidə nümayiş etdirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş, "Smartminting" texnologiyası ilə 3D formatında hazırlanmış "100 il və onun fövqündə bir irs" adlı unikal qızıl sikkə, "Qarabağ" kolleksiyası və Azərbaycanın təbiətini, tarixini, incəsənətini, müasirliyini və qədim ənənələrini əks etdirən ümumilikdə 27 çeşiddə sikkə ziyarətçilərin böyük marağına səbəb olub. "AzerGold" ilk dəfə təmsil olunduğu 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisinin "Ən yaxşı məhsul təqdimatı" nominasiyası üzrə mükafata layiq görülüb.
Qeyd edək ki, "MiningMetals" sərgisi bu günədək 41 ölkədən 1723 şirkət və brendi bir araya gətirib, ekspozisiyanı ümumilikdə 79 827 nəfər ziyarət edib. Beynəlxalq dağ-mədən və metallurgiya sənayesinin mühüm platformalarından olan sərgi təcrübə mübadiləsi, yeni işgüzar əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə imkan yaradır.

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 156   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.