"İrandan idxal olunan kartofa qadağa qoyulmasının qiymətlərə təsiri olmayacaq" - AÇIQLAMA
İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub.
Səbəb məhsuldan götürülən nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm - halqavari bakterial çürümə xəstəliyi və kartofun qonur çürümə bakteriyasının aşkarlanmasıdır.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 2023-cü il 23 oktyabr tarixindən etibarən qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.
Bəs görəsən, İrandan kartofun idxalına qoyulan qadağa bazarda bahalaşma yarada bilərmi? Bu qadağanın qiymətlərə təsiri necə olacaq?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı Emin Qəriblinin sözlərinə görə, İrandan göndərilən məhsulların keyfiyyətində problemlər var:
"Bu da təbii ki, insanların sağlamlığına mənfi təsir göstərir. Çox sevindirici haldır ki, Azərbaycanda müvafiq icra orqanları buna mütəmadi diqqət yetirir, monitorinqlər keçirir. İrandan idxal olunan məhsullara, xüsusən də kartofa qadağa qoyulub.
Payız ayları kartof mövsümüdür. Bu dövrdə belə bir addımın atılması xüsusi diqqət çəkir. Payızın əvvəlində bazarda yerli istehsal olunan kartofun təklifi kifayət qədər çox olur. Daxili bazarda yetərincə daxili tələbatı ödəyəcək kartof var".
Ekspert qeyd edib ki, yaxın iki-üç ay ərzində qiymət artımına şərait yaradılmayacaq:
"İki-üç ay sonra tələbat artarsa, daxili tələbatla kifayətlənməzsə, Rusiya və digər bazarlardan ala bilərik. Payız dövründə də bizim yerli, problemsiz və orqanik məhsulların satışı stabil olacaq. Sağlamlığımızı qoruya bilərik. Yerli istehsalçılar üçün də müsbət haldır.
İran tərəfi müəyyən zərərli təsirləri olan pestisidləri (kimyəvi maddələri) kartofa vuraraq, onu qısa müddətdə yetişdirib bizim bazara gətirə bilər. Biz görürük ki, bu yerli istehlakçıların sağlamlığına zərər yetirir. Hesab edirəm ki, bu müsbət bir haldır və gələcəkdə problemlər yaranmaz. Yaxın iki-üç ayda hesab edirəm ki, daxili bazarda idxal olunan kartof tam bizi təmin edəcək. Qiymət artımına şərait yaradılmayacaq. Bazar da çevik reaksiya verəcək".
"Müəyyən dövrdə azalmalar olarsa, müvafiq alternativ bazarlar var. Rusiya və digər bazarlarda kartof məmulatlarını sahibkarlar burada idxal edəcəklər. Bu da istisna deyil. Növbəti ildən bizim istehsalımız artar, bazarımız da stabil olar.
Hesab edirəm ki, bu, müsbət haldır. Əksər bazarlarda süni qiymət endirimləri var idi. Bu kimi halların qarşısı alınmalıdır. Bu yolla bizim həm daxili bazarımızı, həm daxili istehsalçılarımızı stimullaşdıracaq, həm də bazarda stabillik təmin olunacaq", - deyə E.Qəribli əlavə edib.
İqtisadçı-ekspert Eyyub Kərimli qeyd edib ki, İrandan idxal olunan kartofa qadağa qoyulmasının qiymətə əhəmiyyətli təsiri olmayacaq:
"Belə ki, kartof istehsalı ilə bağlı daxili istehsal ölkəmizdə tələbi tam ödəyir. Həmçinin bizdə kartof idxalı ilə bağlı digər ölkələrdən əsasən Rusiya, Belarus və Türkiyədən məhsul idxal olunur. Bu baxımdan hesab edirəm ki, İrandan idxal olunan kartofun belə dayandırılması kartofun qiymətinin artmasına çox əhəmiyyətli təsir göstərməyəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 491 Tarix: 29 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109