Fransanın Cənubi Qafqazdakı canfəşanlığının səbəbi nədir? Bu məsələdən QORXUR

Fransanın Cənubi Qafqazdakı canfəşanlığının səbəbi nədir? Bu məsələdən QORXURAzərbaycan nümayəndə heyəti BMT-nin İnsan Haqları Şurasının oktyabrın 11-də keçirilən 54-cü sessiyasında Fransanın bəyanatında cavab verib. Cavab bəyanatında qeyd olunub ki, Ermənistan mediasında 34 ölkənin birgə bəyanatı kimi təqdim edilmiş bəyanat əslində yalnız Fransa və Ermənistan tərəfindən səsləndirilib. Fransanın Cənubi Qafqaza bu dərəcə də önəm verməsinin arxasında hansı maraqlar dayanır?

Məsələ ilə bağlə hərbi ekspert Səxavət Məmməd BiG.AZ-a açıqlama verib:

"Tarix boyu Fransa Cənubi Qafqazda təmsil olunmaq istəyib. Tarixə fikir verdikdə görərik ki, Türkmənçay müqaviləsi zamanı da, Fransa İran ilə birgə Cənubi Qafqaz uğrunda Rusiyaya qarşı mübarizə aparıb. Rusiyanın zəiflədiyini düşünən Fransa, Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Rusiya Gürcüstana müdaxilə edən zaman da, özünü birinci Tiflisə yetirən məhz Fransa prezidenti Sarkozi olmuşdu. Fransa həm Ermənistan, həm də Gürcüstan üzərindən Cənubi Qafqaza müdaxilə etməyə çalışır. Azərbaycan üzərindən bunu edə bilmir. Çünki Azərbaycanda onların dayaqları yoxdur. Amma Ermənistanda Fransanın ciddi dayaqları var. Eləcə də Fransada Erməni lobbisi olduqca yüksəkdir.

Digər əsas məsələ isə Zəngəzur dəhlizidir. Orta dəhlizin Ermənistanın ərazisindən keçməsi düşünülürdü. Hətta 10 Noyabr bəyanatında da qeyd olunmuşdur ki, Ermənistandan keçəcək hissəni Rusiya federal təhlükəsizlik xidməti mühafizə edəcək. Bu məsələyə də ilk olaraq qarşı çıxan Fransa oldu.Çünki, bu yol Ermənistan ərazisindən keçsə və ora Rusiya nəzarət etsə, Şüveş kanalının rentabelliyi aşağa düşəcək. Fransa da külli miqdarda pul itirəcək

Fransa Rusiyaya qarşı açıq savaşa girə bilmir. Bu səbəbdən Azərbaycanla təziq və təhdid dili ilə danışır. Fransanın xarici işlər naziri bəyan edir ki, Qarabağdan 100 min insan qovulub, onları geri qaytarmaq lazımdır. Hətta bununla bağlı saxta sənədlər də qəbul edirlər. Amma, Fransa, Azərbaycan, Türkiyə, Rusiya, Çin, İngiltərənin qarşısından qalib ayrıla bilməyəcək. Ümumiyyətlə İngiltərənin də bu layihədə olması Fransanı qıcıqlandırır. Tarix boyu bu iki dövlət arasında düşmənçilik əlaqələri olub. Amma Fransanın etdiyi addımlar heç bir nəticə verməyəcək".

Gülcahan Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 12 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

10:09 179
.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

10:32 179
.

Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar

Müğənni Tacir Şahmalıoğlu bir neçə ay əvvəl dəvət aldığı toy məclisindən kənarlaşdırıldığını açıqlayıb. Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, səhhətində yaranan problemlər səbəbindən arıqlaması toy sahibini narahat edib. Müğənni başına gələn hadisəni danışarkən bildirib ki, Ağdamdan ola

29.10.2026 509
.

"Anamın verdiyi ad illər sonra məni onunla görüşdürdü…"

Ötən axşam Azərbaycan musiqi sənətinə ağır itki üz verdi. Xalq artisti, sevilən sənətkar Zaur Rzayev dünyasını dəyişdi. Aparıcı Zaur Baxşəliyev sənətkarla bağlı xatirələrini, onun şəxsiyyəti və sənət yoluna dair düşüncələrini qələmə alıb. "Qafqazinfo" həmin yazını təqdim edir:. "Bəzə

12:30 84
.

"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib

İran ABŞ blokadası və Qərbin sanksiyalarından yayınan hərbi agentliklər şəbəkəsi yaradıb, 2025-ci ilin yanvarından bəri İrana 2 milyard dollar dəyərində hərbi avadanlıq idxal edilib. "Reuters"in araşdırmasına görə, MOD hərfləri ilə başlayan adların arxasında nəhəng maliyyə və hərbi maşın təşki

29.10.2026 325
.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qey

10:41 197
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və sarsılmaz iradəsinin təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın yaddaşına, milli kimliyinə, dövlətçilik düşüncəsinə və gələcək nəsillərin mənəvi dünyasına həkk olunur. 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü məhz belə tarixi hadisələrin rəmzidir

10:41 148
.

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google axtarışında bizi

Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb

29.10.2026 297
.

"Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları

Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns

12:24 88
.

Son Xəbərlər