Reabilitasiya mərkəzində xəstələrə əzab verməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Reabilitasiya mərkəzində xəstələrə əzab verməkdə təqsirləndirilən şəxslərə hökm oxunub"Nyu Layf" Reabilitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə əzab verməkdə təqsirləndirilən mərkəzin məsləhətçisi Fərhad Əliyevə hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, F.Əliyev 6 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, "Nyu Layf" Novxanı qəsəbəsində fəaliyyət göstərib.
İttihama görə, F.Əliyev mərkəzin rəhbəri Orucəli Heydərov, Mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov ilə cinayət əlaqəsinə girib. Onlar mərkəzdə müalicə alan narkotik vasitələrin aludəçisi olmuş şəxslər – Hüseyn Məmmədov, Cahangir Əliyev, Kamran Əliyevə işgəncə veriblər.

Onlar narkomaniyadan əziyyət çəkən bu şəxsləri adam oğurluğu olmadan girov saxlayıblar, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Baş verən hadisələr nəticəsində həmin şəxslərdən biri - H.Məmmədovun ölümünə səbəb olublar.

Cinayət işinin materiallarında göstərilib ki, "Nyu Layf" Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1111   Tarix: 12 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar

11:00 160
.

General-leytenantdan məxfi məlumatlarla bağlı etiraf

Pentaqonun keçmiş baş strateqi, general-leytenant Brett Silviya Ukrayna və İranla bağlı məxfi məlumatları jurnalistlərə ötürdüyünü etiraf edib. xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Nəşrin məlumatına görə, Silviya dörd poliqrafiya testindən keçə bilmədikdən sonra məlumatları sızdırdığın

10:20 161
.

İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur

İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. xəbər verir ki, bir ay davam edəcək təşəbbüs uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində telefonların

29.10.2026 354
.

Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video

Faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi G.Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə onun doğmalarını və kənd sakinlərini sarsıdıb

29.10.2026 528
.

Ceyranbatanda məktəblilər popkorndan zəhərlənib? - Rəsmi açıqlama+Yenilənib

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. BİG.AZ -a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub. Onların popkorndan zəhərləndiyi iddia olunur. *. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"nu

29.10.2026 608
.

Zəfər Günü və Şuşa - Azərbaycan xalqının milli qürurunun, tarixi iradəsinin və sarsılmaz dövlətçiliyinin təntənəsi

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış ən əlamətdar tarixlərdəndir. Bu günlər sadəcə hərbi qələbənin və tarixi hadisənin qeyd edilməsi deyil, uzun illər torpaq həsrəti ilə yaşayan bir xalqın milli iradəsinin, dövlətçilik əzminin

10:17 148
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: TARİXİ QƏLƏBƏDƏN YENİ GEOSİYASİ REALLIQLARA - AZƏRBAYCANIN DÖVLƏTÇİLİK İRADƏSİNİN TƏNTƏNƏSİ

Azərbaycanın 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü müasir tariximizin ən mühüm hadisələrindən olmaqla yanaşı, dövlətçilik tariximizin, milli iradəmizin və siyasi strategiyamızın nəticələrini özündə birləşdirən böyük tarixi hadisədir. Bu tarixlərin əhəmiyyətini yalnız hərbi qələbənin əldə olunmas

10:33 159
.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qey

10:41 197
.

Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir

ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin

10:26 153
.

Son Xəbərlər