Hindistan filmində çəkildi, öz ölüm xəbərini televiziyadan eşitdi: Yolda vəfat edən məşhur aktyor
Sentyabrın 16-ı mərhum aktyor Bahadur Əliyevin anım günüdür.
BiG.AZ Kulis.az-a istinadən aktyorun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.
Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1957-ci ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib.
"Ulduz" filmində yaratdığı kolxoz sədri Qədir obrazı ilə məşhurlaşıb. Hətta tamaşaçılar Qədir obrazının replikalarını əzbər bilirlər.
Mehriban, səmimi, əliaçıq, həyat eşqli Bahadur Əliyev bir müddət dublyaj sexinin direktor müavini işləyib. Sovet və hind filmlərinin səsləndirilməsində əvəzsiz əməyi olub. Bahadur müəllimi "dublyajın vuran ürəyi" adlandırırdılar.
Ədəbiyyatı çox sevirdi. Poeziyaya xüsusi sevgisi vardı. Hətta şeirlər də yazmışdı. SSRİ və Hindistanın birgə çəkdiyi məşhur "Əlibaba və 40 quldur" filmində rol almışdı.
Sonuncu çəkildiyi film "Bəyin oğurlanması"dır. Filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə - kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.
"Bəyin oğurlanması" 1985-ci ildə çəkilib. Bahadur müəllim bu filmdən 17 il sonra - 2002-ci ildə dünyasını dəyişib. Bu 17 ildə heç bir filmə dəvət edilməyib. Bu fakt onun səhhətinə ciddi təsir edirdi.
Ailəsi də böyük idi. Onun 10 uşağı vardı. Hara getsə, hara dəvət alsa, dostlarıyla birgə gedirmiş. Tənhalıqdan yaman qorxurmuş.
Bir dəfə səhvən televiziyada onun öldüyü haqqında xəbər oxunur. Bahadur Əliyev özü bu xəbəri eşidir və çox sarsılır. Aktyorun ölümü də kədərli olub. 2002-ci ilin bu günü Sumqayıtda, elə yoldaca infarkt keçirib...
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUma Turmanın filmdəki geyimi hərraca çıxarıldı - Foto
Aktrisa Uma Turmanın Kventin Tarantinonun "Kriminal qiraət" ("Pulp Fiction") filmində geyindiyi ağ köynək və qara şalvar hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, bu barədə "Vogue" məlumat yayıb. Bildirilib ki, hərrac avqustun 26-da Los-Ancelesdəki Petersen Avtomobil Muzeyind
01.08.2026 264 Gülay Zeynallı TANINMAZ HALDA - FOTOLAR
Azərbaycanın tanınmış simalarının uşaqlıq illərinə aid fotoları sosial şəbəkələrdə yayılaraq izləyicilərin diqqətini çəkib. BİG.AZ -a istinadla xəbər verir ki, paylaşılan arxiv şəkillərində məşhur müğənnilər, aktyor və aktrisalar, aparıcılar, eləcə də digər sənət nümayəndələrinin illər əvvəl çəkilmi
01.08.2026 678 Rəşad Dağlı azadlığa çıxır? - VİDEO
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Rəşad Dağlının mümkün əfv olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirib. xəbər verir ki, o, hüquq müdafiəçisi Novella Cəfəroğlunun açıqlamalarının tam başa düşülmədiyini deyərək qeyd edib ki, Əfv Məsələlər
08.08.2026 364 Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
Türkiyəli müğənni Cansever vəfat edib. Axşam.az xəbər verir ki, ifaçı 59 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Cansever xərçəngdən əziyyət çəkirdi. Müğənni "Ben ne günler gördüm", "Ağla gözbebeğim", "Sen de gittin" və "Kime bu inat"
09.08.2026 475 "Bütün ölkə bildi ki, nişanlanmışam"
Aparıcı İlkin Həsəni şəxsi ilə həyatı ilə bağlı maraqlı paylaşımlar edib. OLAY yazır ki, bu barədə İlkin "Pərvizə görə"də danışıb. İlkin nişanlılıq dövründə mediada yazılan xəbərlərdən söz açıb
30.07.2026 528 Aygün Kazımovanın şok edən ARXİV GÖRÜNTÜLƏRİ YAYILDI
Xalq artisti Aygün Kazımovanın 26 il əvvəl səhnədə yaşadığı maraqlı və yaddaqalan hadisənin görüntüləri sosial şəbəkələrdə yenidən yayılıb. xəbər verir ki, kadrlarda pop ulduzunun çıxışı zamanı fonoqramın gözlənilmədən dayanması əks olunub. Gözlənilməz texniki nasazlığa baxmayaraq, Aygün Kazımova peşəkarlı
09.08.2026 463 Türkiyəli məşhur müğənni Güllünün ölümü: Qızı üçün ömürlük həbs tələb olunur
2025-ci il sentyabrın 26-da Türkiyənin Yalova şəhərində yaşadığı evin eyvanından yıxılaraq həyatını itirən tanınmış müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq yekunlaşıb. xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb. Bildirilib ki, Yalova Baş Prokurorluğu tərəfində
02.08.2026 548 Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?
1996-cı ildə Las-Veqasda amerikalı reper Tupak Şakurun qətlindən təxminən 30 il sonra cinayəti planlaşdırmaqda ittiham olunan keçmiş dəstə lideri Dueyn "Keffi Di" Devisin məhkəməsi başlayıb. "Qafqazinfo" xəbər verir ki, 63 yaşlı Devis Şakurun ölümü ilə bağlı ona qarşı irəli sürülə
11.08.2026 322 Bred Pittdən Coliyə qarşı daha bir addım: şəxsi həyatına müdaxilə etdi: məhkəmədə səs-küylü qalmaqal
Hollivud ulduzları Bred Pitt və Ancelina Coli arasında illərdir davam edən məhkəmə çəkişməsi yeni mərhələyə qədəm qoyub. xarici KİV-ə istinadla xəbər verir ki, aktyor keçmiş həyat yoldaşından ayrılıqdan sonrakı illərdə əldə etdiyi gəlirlər və qonorarlarla bağlı maliyyə sənədlərini təqdim etməsini tələ
09.08.2026 270