Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Bu həm də onu göstərdi ki, Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı yaxşı bilirdi ki, belə ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var".

Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Fuad Heydər bildirib. O qeyd edib ki, hələ 1969 -1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı:

"Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmışdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan "Əsrin müqaviləsi" adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı".

Müsahibimizin sözlərinə görə, Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb:

"Ümummilli Lider Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir". Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq. Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu".

Politoloq əlavə edib ki, bu ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib:

"Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb.
Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur. Sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş ümumxalq səsverməsinin nəticələri bu birliyin nə qədər möhkəm olduğunu bir daha təsdiqlədi.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil".

Politoloq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir:

"Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş "Güclü dövlət - müstəqil siyasət" konsepti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Bütün bu reallıqlar bir daha təsdiq edir ki, bugünkü qüdrətli Azərbaycan dövlətinin banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Ancaq Ulu Öndərin digər şah əsəri yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Bu məktəbi və irsi isə daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən Azərbaycan Prezidenti, Müzəffər Komandan İlham Əliyevdir. Xalqın mütləq əksəriyyətinin böyük etimadı ilə 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyev ötən müddət ərzində Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, onun xaos və anarxiyadan qurtardığı respublikamızın "Güclü dövlət - müstəqil siyasət" konsepti əsasında inkişafını təmin etmişdir.
Prezident İlham Əliyevin diqqət və qayğıkeşliyi nəticəsində bu gün sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində Azərbaycanda məqsədyönlü tədbirlər həyata keçirilir".

Fuad Heydər onu da qeyd edib ki, bu gün şanlı tariximizin yeni səhifələri yazılır:

"Bu yeni salnamənin parlaq səhifəsi isə 44 günlük Vətən müharibəsindəki böyük zəfərin gətirdiyi müasir reallıqlardır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövləti bir daha öz qüdrətini dünyaya nümayiş etdirərək beynəlxalq təşkilatların illərlə çözə bilmədiyi məsələni "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi. Bu zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də uzun onilliklər xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif 44 günə darmadağın edildi.
Bu gün Şuşada dalğalanan Azərbaycan bayrağının kölgəsi bütün Qarabağa, Şərqi Zəngəzura düşür. İşğaldan azad edilən torpaqlarımızda həyata keçirilən yenidənqurma işləri isə bir daha dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Çünki Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan bütün layihələri Azərbaycan heç kimdən yardım almadan öz gücünə həyata keçirir. Bu uğurlu diplomatiya, müstəqil siyasətin təntənəsi bir daha Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin həm dahi şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1158   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 130
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

00:15 100
.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev

21.11.2026 190
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 168
.

Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib

Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində

21.11.2026 174
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21.11.2026 189
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21.11.2026 120
.

Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün

21.11.2026 134
.

Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu

21.11.2026 160
.