Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşdaİnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində iki mühüm mərhələdə ciddi dəyişdiyini müəyyən ediblər. Bunlardan birincisi təxminən 24 yaşa, ikincisi isə 60 yaşdan sonrakı dövrə təsadüf edir.

Araşdırma çərçivəsində alimlər körpəlik dövründən 97 yaşa qədər olan donorların 1,3 milyondan çox sinir hüceyrəsini təhlil ediblər. Məqsəd qərarvermə, planlaşdırma və yaddaş proseslərində mühüm rol oynayan prefrontal qabığın ətraflı xəritəsini hazırlamaq olub.

Araşdırmanın nəticələri göstərib ki, sinir sistemi iki əsas yenidənqurma mərhələsindən keçir. İlk mühüm mərhələ təxminən 24 yaşda baş verir və beynin yetkinləşməsi ilə əlaqələndirilir. İkinci mərhələ isə 60 yaşdan sonra başlayır və yaşlanma ilə bağlı hüceyrə dəyişiklikləri daha nəzərəçarpacaq hala gəlir.

Tədqiqatçılardan doktor Kiran Girdhar bildirib ki, hazırlanan xəritə beynin sağlam yaşlanma prosesinin molekulyar səviyyədə başa düşülməsi baxımından mühüm məlumat mənbəyidir. Uşaqlıq və yeniyetməlik dövründə beyində müxtəlif hüceyrə tiplərinin nisbəti sürətlə dəyişir. Bu zaman yeni sinir əlaqələri yaranır və beyin davamlı şəkildə yenidən qurulur.

Lakin təxminən 24 yaşda dəyişikliklərin sürəti nəzərəçarpacaq dərəcədə azalır. Bundan sonra prefrontal qabıq təxminən 60 yaşa qədər nisbətən sabit vəziyyətdə qalır.

60 yaşdan sonra isə beyni qoruyan və onun normal fəaliyyətini dəstəkləyən hüceyrələr yenidən daha aktiv işləməyə başlayır. Alimlər araşdırma zamanı həyatın müxtəlif mərhələlərində götürülmüş hüceyrələrdəki genlərin fəaliyyətini də təhlil ediblər. RNT molekullarının öyrənilməsi hansı genlərin aktiv qaldığını və hüceyrələrin müxtəlif yaş dövrlərində hansı funksiyaları yerinə yetirdiyini müəyyən etməyə imkan verib. Məlum olub ki, 0-24 yaş arasında hüceyrələrdə sürətli yenidənqurma baş verir, müxtəlif hüceyrə tiplərinin nisbəti dəyişir və yeni sinir əlaqələri formalaşır.

24-60 yaş arasında isə beyində daha sabit mərhələ hökm sürür. Bu dövrdə beynin strukturu böyük dəyişikliklərə məruz qalmır. Hüceyrələrin fəaliyyəti də daha aydın 24 saatlıq ritmə uyğun işləyir.

60 yaşdan sonra beyində nə baş verir?

60 yaşdan sonra ayrı-ayrı hüceyrələr səviyyəsində molekulyar dəyişikliklər davam edir. Yaşlanma prosesləri gücləndikcə hüceyrələr zədələnmiş strukturların bərpasına və beynin fəaliyyətinin qorunmasına daha çox enerji sərf etməyə başlayır. Araşdırma göstərib ki, yaş artdıqca yalnız beynin anatomik strukturu deyil, onun funksional fəaliyyəti, xüsusilə də daxili bioloji ritmləri dəyişir.

Gənc insanlarda planlaşdırma, yaddaş və qərarvermə ilə əlaqəli neyronlar aydın 24 saatlıq rejim üzrə fəaliyyət göstərir. Bu neyronların aktivliyi günün və gecənin müəyyən saatlarında artır və azalır. Lakin 60 yaşdan sonra həmin ritm tədricən pozulmağa başlayır. Doktor Girdharın sözlərinə görə, 60 yaşdan sonra neyronlara məxsus ritmlərin böyük hissəsi zəifləyir. Bunun əvəzində beynin immun hüceyrələri hüceyrə stressi və iltihabla əlaqəli yeni ritmik fəaliyyət nümayiş etdirməyə başlayır. Başqa sözlə, beyin sadəcə olaraq zamanı izləməyi dayandırmır, onun diqqət yetirdiyi bioloji proseslər dəyişir.

Sinir liflərini qoruyan və izolyasiya edən hüceyrələr, eləcə də immun hüceyrələri axşam saatlarında daha fəal işləyə və zədələnmiş zülalların orqanizmdən uzaqlaşdırılmasında daha böyük rol oynaya bilər. Araşdırmanın nəticələri Alzheimer xəstəliyi olan bəzi insanların beyində ciddi patoloji dəyişikliklər olmasına baxmayaraq nə üçün uzun müddət koqnitiv qabiliyyətlərini qoruyub saxladığını anlamağa da kömək edə bilər.

Məlum olub ki, beyində zərərli tau zülalının miqdarı yüksək olsa belə, bəzi insanlarda neyronların və qoruyucu hüceyrələrin stress şəraitində fəaliyyəti fərqli ola bilər. Bu fərqlər əsas sinir hüceyrələrinin zədələnmə şəraitində daha uzun müddət yaşamasına imkan verə bilər. Alimlər hesab edirlər ki, bu xüsusiyyət bəzi insanların demensiyaya qarşı daha davamlı olmasını müəyyən dərəcədə izah edə bilər.

Beynin sağlamlığı üçün nə yemək lazımdır?

Beynin, yaddaşın və sinir sisteminin normal fəaliyyəti üçün balanslı və müxtəlif qidalanma mühüm əhəmiyyət daşıyır. Bununla belə, qidalanma normal yuxunu, istirahəti və ya həkim tərəfindən təyin edilən müalicəni əvəz etmir. Beyin üçün faydalı qidalar sırasında omeqa-3 yağ turşuları ilə zəngin olan yağlı balıqlar, o cümlədən qızılbalıq, skumbriya, siyənək və sardina qeyd olunur.

Doymamış yağlar və zülalla zəngin qoz, həmçinin tərkibində mühüm maddə olan xolin saxlayan yumurta da gündəlik qidalanmaya daxil edilə bilər. Bundan əlavə, təzə və ya dondurulmuş giləmeyvələr, xüsusilə qaragilə, qara qarağat və çiyələk polifenol birləşmələrinin mənbəyidir. İspanaq, rukkola, kahı və cəfəri kimi müxtəlif göyərtilərin də qidalanmada yer alması tövsiyə olunur.

Qida həkimin müəyyən etdiyi vitamin və ya digər maddə çatışmazlığında xüsusi preparatları əvəz edə bilməsə də, insanların əksəriyyəti balanslı gündəlik rasion vasitəsilə orqanizm üçün lazım olan bir çox qida maddəsini əldə edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1037   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 130
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

00:15 100
.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev

21.11.2026 190
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 168
.

Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib

Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində

21.11.2026 174
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21.11.2026 189
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21.11.2026 120
.

Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün

21.11.2026 134
.

Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu

21.11.2026 160
.