Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlarAylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim?"

İnvestisiya haqqında düşünəndə isə suallar artır: Haradan başlamalıyam? Nə qədər pulla başlamaq olar? Risk nədir? Səhm, istiqraz və ETF arasında fərq nədir? Pulumu necə bölüşdürməliyəm? Seçdiyim investisiyanın mənim üçün uyğun olub-olmadığını necə anlayım?

Suallarımızı Kapital Bank-ın Xəzinədarlıq departamentinin direktoru Elşad İbrahimov cavablandırır.

Elşad bəy, investisiyaya başlamaq istəyən, amma bu sahədə təcrübəsi olmayan insan ilk olaraq nə etməlidir?
İlk addım konkret bir investisiya aləti seçmək olmamalıdır. Əvvəlcə insan özünə çox sadə bir sual verməlidir: "Mən nə üçün investisiya edirəm və bu pula nə vaxt ehtiyacım olacaq?".

Məsələn, məqsədiniz uzunmüddətli kapital yaratmaq, ev almaq, təhsil üçün vəsait toplamaq və ya gələcək üçün əlavə maliyyə mənbəyi formalaşdırmaq ola bilər. Bu məqsədlərin müddəti fərqlidir və təbii olaraq investisiyaya yanaşma da fərqli olacaq.

Bir məqamı da nəzərə almaq lazımdır. İnvestisiyaya ayırdığınız pul gözlənilməz xərclər zamanı sizə lazım olacaq yeganə vəsait olmamalıdır. Çünki bazarda qiymətlər müəyyən dövrlərdə aşağı düşə bilər. Həmin anda pula ehtiyacınız yaranarsa, investisiyanızı əlverişsiz qiymətə satmaq məcburiyyətində qala bilərsiniz. Ona görə mən başlanğıcı belə görürəm: əvvəl məqsədinizi dəqiqləşdirin, sonra maliyyə vəziyyətinizə baxın, bundan sonra hansı investisiya alətlərinin sizə uyğun ola biləcəyini araşdırın.

Bəs, yığım etmək ilə investisiya etmək arasında nə fərq var?
Pulu dəyərləndirmək deyəndə söhbət mütləq investisiyadan getmir. Yığım hesabı və depozit də pulun dəyərləndirilməsi üçün olan seçimlərdəndir.

Məsələn, yaxın aylarda istifadə etməyi planlaşdırdığınız vəsaiti daha əlçatan saxlamaq istəyirsinizsə, yığım hesabı bu baxımdan uyğun seçim ola bilər. Kapital Bank-ın Yığım hesabı ilə hətta siz sabah xərcləməyi planladığınız məbləği də yerləşdirə və gəlir əldə edə bilərsiniz. Bu, insana gündəlik ehtiyaclarına xərcləyəcəyi pulunu dəyərləndirmək, eyni zamanda vəsaitə ehtiyac yarandıqda ondan istifadə etmək azadlığı verir.

Daha uzun müddət istifadə etməyi planlaşdırmadığınız vəsait üçün isə depozit alternativ ola bilər. Depozitin əsas üstünlüklərindən biri əvvəlcədən müəyyən edilmiş şərtlər çərçivəsində gəlir əldə etmək imkanının olmasıdır.

İnvestisiyada isə yanaşma fərqlidir. Burada investor bazardakı qiymət dəyişikliklərini qəbul edir və daha yüksək gəlir əldə etmək potensialı müqabilində daha yüksək risk daşıyır.

Ona görə "pulumu necə dəyərləndirim?" sualının cavabı hamı üçün eyni deyil. Pulun nə üçün toplandığı, ona nə vaxt ehtiyac olacağı və müştərinin hansı riski qəbul edə biləcəyi əvvəlcədən müəyyənləşdirilməlidir.

Uzunmüddətli yığım edən insan pulunun gələcək dəyəri ilə bağlı nələri nəzərə almalıdır?
Burada inflyasiyanı nəzərə almaq vacibdir. Pulun məbləği dəyişməsə belə, qiymətlərin artması onun alıcılıq qabiliyyətini azalda bilər. Məsələn, bu gün 10 000 manatla müəyyən məhsul və xidmətlər ala bilərsiniz. Bir neçə ildən sonra isə həmin 10 000 manat eyni şeyləri almağa kifayət etməyə bilər. Yəni, hesabınızdakı rəqəm dəyişməyib, amma pulun real dəyəri dəyişib.

Bu səbəbdən uzunmüddətli yığım edən insan yalnız "Nə qədər pul toplamışam?" sualını deyil, "Bu pulun gələcəkdə alıcılıq qabiliyyəti necə olacaq?" sualını da düşünməlidir. Amma bunu bütün yığımlar investisiya edilməlidir kimi başa düşmək düzgün olmaz. İnvestisiya da müəyyən risk daşıyır və hər insan üçün uyğun seçim eyni deyil. Burada əsas məsələ maliyyə məqsədinizə, müddətinizə və imkanlarınıza uyğun variantları araşdırmaqdır.

Risk deyəndə investor əslində nəyi nəzərdə tutmalıdır?
Risk deyəndə insanların ağlına ilk olaraq "pulumu itirə bilərəm" fikri gəlir. Bu, əlbəttə, riskin bir hissəsidir, amma yeni başlayan investor üçün məsələ bir qədər genişdir.

Tutaq ki, siz 1 000 dollarlıq investisiya etmisiniz və bir müddət sonra onun dəyəri 800 dollara düşüb. İlk reaksiyanız təbii olaraq "200 dollar itirdim" ola bilər. Amma burada başqa bir sual da var: "Mənim bu pula nə vaxt ehtiyacım olacaq?".

Əgər həmin pula yaxın zamanda ehtiyacınız yoxdursa, bazardakı enişi gözləmək imkanınız ola bilər. Amma həmin 1 000 dollar üç aydan sonra sizə mütləq lazım olacaqsa, vəziyyət dəyişir. Çünki bazarın aşağı olduğu vaxtda satmaq məcburiyyətində qala və zərər görə bilərsiniz. Ona görə riskə iki tərəfdən baxmaq çox vacibdir. "Mən bu dalğalanmaya psixoloji olaraq hazırammı?" və "Maliyyə vəziyyətim buna imkan verirmi?".

Yəni risk təkcə "nə qədər itirə bilərəm?" sualı deyil. Bəzən daha vacib sual "bu itki mənim maliyyə planımı poza bilərmi?" olur.

Bir prinsip də yadda saxlanmalıdır: daha yüksək gəlir potensialı adətən daha yüksək risklə birlikdə gəlir. "Yüksək gəlir, sıfır risk" vədi isə ciddi xəbərdarlıq siqnalıdır.

Yeni başlayan investor səhm, istiqraz və ETF arasında fərqi necə başa düşməlidir?
İnvestisiyaya başlayan insan ilk növbədə qarşısındakı alətlərin nə olduğunu bilməlidir. Çünki nə aldığınızı bilmədən seçim etmək çətindir.

Səhm aldıqda konkret şirkətdə pay əldə edirsiniz. Şirkətin biznes nəticələri, gələcək perspektivləri və bazarın həmin şirkətlə bağlı gözləntiləri səhmin qiymətinə təsir edə bilər.

İstiqraz isə borc alətidir. Siz dövlətə və ya şirkətə müəyyən müddət üçün vəsait təqdim edir və istiqrazın şərtlərinə uyğun olaraq gəlir əldə edə bilərsiniz. Amma istiqrazı avtomatik olaraq "risksiz investisiya" hesab etmək olmaz. Emitentin vəziyyəti, müddət, faiz və digər şərtlər burada əhəmiyyətlidir.

ETF isə birjada alınıb-satılan fondur. Onun daxilində bir neçə səhm, istiqraz və ya digər aktiv ola bilər. Məsələn, müəyyən indeksi izləyən ETF bir əməliyyatla həmin indeksə daxil olan çoxsaylı şirkətlərə çıxış verə bilər.

Ona görə mən "hansı daha yaxşıdır?" sualına vahid cavab verməzdim. Əsas məsələ hansı alətin sizin məqsədinizə, investisiya müddətinizə və risk imkanınıza uyğun olduğunu anlamaqdır.

Bütün pulları bir yerə qoymamaq məntiqli qərardırmı?
Bu tövsiyəni tez-tez eşidirik: "Bütün pullarını bir yerə qoyma". Əslində söhbət diversifikasiyadan gedir. Amma diversifikasiya sadəcə müxtəlif səhmlər almaq demək deyil. Məsələn, bütün pullarınızı müxtəlif texnologiya şirkətlərinin səhmlərinə yatırmısınızsa, şirkətlərin sayı çox olsa da, portfeliniz hələ də eyni sektorun vəziyyətindən ciddi şəkildə asılı ola bilər. Daha geniş yanaşmada investor səhm, istiqraz və nağd vəsait kimi müxtəlif aktiv siniflərini, eləcə də müxtəlif sektorları, şirkətləri və coğrafiyaları nəzərə ala bilər.

ETF-lər də müəyyən hallarda diversifikasiyaya kömək edə bilər, amma ETF almaq avtomatik olaraq riskin tam bölüşdürülməsi demək deyil. Əsas məsələ həmin ETF-nin daxilində nələrin olduğuna baxmaqdır.

Yəni diversifikasiyanın məqsədi sadəcə çoxlu investisiya almaq deyil. Məqsəd bir şirkətin, bir sektorun və ya bir bazarın mənfi dəyişiminin bütün portfelinizə həddindən artıq təsir etməsinin qarşısını almaqdır.

Bəs konkret investisiya alətini seçərkən investor nəyə baxmalıdır?
Yeni başlayan investorun özünə verəcəyi ilk sual "Bu investisiya qalxacaqmı?" olmalı deyil. Əvvəlcə daha sadə suallardan başlamaq lazımdır:

Mən nə alıram?

Bu investisiyanın gəliri haradan formalaşır?

Əsas riskləri hansılardır?

Qiymətinə nə təsir edə bilər?

Bununla bağlı hansı xərclərim olacaq?

Və bəlkə də ən vacib sual: "Mən bunu həqiqətən anlaya bilirəmmi?"

Məsələn, səhm alırsınızsa, şirkətin nə işlə məşğul olduğunu və necə gəlir yaratdığını bilməlisiniz. ETF alırsınızsa, hansı indeksi və ya sektoru izlədiyini, daxilində hansı aktivlərin olduğunu və xərclərini araşdırmalısınız. İstiqraz alırsınızsa, emitentin kim olduğunu, müddəti, gəlirlilik şərtlərini və əsas riskləri anlamalısınız.

Bu gün rəqəmsal platformalar investisiyaya çıxışı əvvəlkindən daha asan edir. Məsələn, Birbank Invest-də 1 ABŞ dollarından başlamaq və 12 000-dən çox səhm və ETF üzrə investisiya etmək mümkündür. Bu, investisiyaya giriş baryerini aşağı salır. Amma seçim imkanının çox olması bir şeyi dəyişmir: investor yenə də nə aldığını anlamalıdır.

Yaxşı investor olmaq "düzgün səhmi tapmaqdan" əvvəl düzgün sualları verməyi öyrənməkdən başlayır. Çünki investisiyada məqsəd hər fürsətdən istifadə etmək deyil, anladığınız, maliyyə planınıza uyğun olan və risklərini qəbul edə bildiyiniz qərarı verməkdir.

Təşəkkür edirəm Elşad bəy, bu mövzunu davam etdirək.
Mütləq. Təşəkkür edirəm.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 980   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. BİG.AZ report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

00:09 130
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

00:15 100
.

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb - Foto

Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev

21.11.2026 190
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21.11.2026 168
.

Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib

Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib. "Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədində

21.11.2026 174
.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21.11.2026 189
.

Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset Kanada ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri müvafiq göstəriş

21.11.2026 120
.

Qırğızıstanın səhiyyə naziri həmkarının həyatını xilas etdi

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat paylaşıb. Nazirin sözlərinə görə, bu tibbi müdaxilə infarktın qarşısını vaxtında almağa kömək edib:. "Mənim üçün xüsusi bir iş gün

21.11.2026 134
.

Börnhem Britaniyanı Avropa İttifaqına qaytarmaq istəyir

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) qatılmasının tərəfdarıdır və cəmiyyətin də bu fikri bölüşdüyünə inanır. bildirir ki, bu barədə "The Times" nəşri onun ətrafındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Qaynağın sözlərinə görə, bu

21.11.2026 160
.