Talıbovların 94 milyonluq bankını bu şəxslər alıb – DOSYE
Xəbər verdiyimiz kimi, uzun illərdən sonra "Naxçıvan Bank" ASC-nin səhmdarlarının adları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, 2008-ci ildən dövlət qeydiyyatına alındıqdan sonra "Naxçıvan Bank" ASC səhmdarları haqqında məlumatları açıqlamayıb.
15 ildən sonra – 2022-ci il üçün açıqlanan maliyyə hesabatında bank səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus olduğu qeyd olunub.
Açıqlanan maliyyə hesabatında həmçinin qeyd olunub ki, bu ilin fevral ayının 1-də Talıbovun ailə üzvləri "Naxçıvanbank" ASC-dəki səhmləri satıblar.
Hazırda 94 milyon manat nizamnamə kapitalı olan bankın maliyyə hesabatında bildirilir ki, bankın yeni səhmdarları Hüseyn Məmmədov Yaşar oğlu (63,66%), Rüfət Məmmədov Əhədağa oğlu (26,52%) və Binnət Novruzov Yasin oğludur (9,82%).
"Naxçıvan Bank" ASC-nin əsas səhmdarı olan Hüseyn Məmmədov kim olması haqqında məlumat yoxdur. Bu şəxs ictimaiyyət arasında tanınan biri deyil. Hüseyn Məmmədov bankın digər 2 səhmdarından fərqli olaraq Müşahidə Şurasında da təmsil olunmur.
Müşahidə Şurasında yer alan digər 2 səhmdar isə kifayət qədər tanınmış şəxslərdir.
Bank səhmlərinin 26,52%-nə sahib olan Rüfət Məmmədov daha əvvəl ölkənin aparıcı şirkətlərindən olan "Gilan" Holdinqdə İdarə heyətinin sədr müavini olub. Daha sonra "Gilan"a bağlı olan "Azər-Maya" ASC-nin İdarə Heyətinə sədr təyin edilib.
R.Məmmədov Azərbaycanın Tibb Universitetində mikrobioloq kimi magistr dərəcəsinə 2007-ci ildə yiyələnib. 2020-ci ildə İsveçrənin Montre Biznes Məktəbində MBA dərəcəsinə yiyələnib.
O, iş karyerasına yüksəlişə Danimarkanın Bakıdakı pivə istehsal edən törəmə şirkəti "Carlsberg Azerbaijan" şirkətində 2010-cu ildə direktor müavini kimi yiyələnib. İki il sonra, yəni 2012-ci ilin sentyabrında zavod direktoru təyin edilib.
Üç il sonra (2015 – sentyabr) "Gilan Holdinq"ə Əməliyyat direktoru kimi gəlmiş, 2016-cı ilin noyabrından 2020-ci ilin sentyabrına qədər isə həmin holdinqdə İdarə Heyəti sədrinin 1-ci müavini olub.
"Naxçıvanbank" ASC-nin səhmlərinin 9,82%-nə sahib olan Binnət Novruzov isə əvvəllər "Rabitəbank" ASC-də baş direktor olub.
Eyni zamanda bankın Müşahidə Şurasının sədri olan Binnət Novruzov 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
2007-2008-ci illərdə "Unibank" ASC-də, 2009-2010-cu illərdə "Bank of Baku" ASC-də çalışıb. 2016-2021-cı illərdə "Rabitəbank" ASC-də baş direktor olub.
Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən "SOCAR Overseas Ltd" şirkətində direktor müavini olub.
"Naxçıvanbank" ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərnin Mançester Universitetində magistr təhsili alır.
Onu da xatırladaq ki, Binnət Novruzov 2016-2021-cı illərdə baş direktor olduğu "Rabitəbank" ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.
1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda "Rabitəbank" ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1169 Tarix: 08 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHədiyyə edilən ev boşanma zamanı ər-arvad arasında bölünə bilər?
Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, ər-arvadın nikaha daxil olanadək sahib olduqları əmlak, habelə nikah dövründə hədiyyə, vərəsəlik və digər əvəzsiz əqdlər əsasında əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyəti hesab olunur və bir qayda olaraq, bölünmür. Lakin Ali Məhkəmə Plenumunu
04.11.2026 431 Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
04.11.2026 182 Xamenei ABŞ-ı təhdid etdi: "Cavabımız daha geniş ölçüdə olacaq"
ABŞ-ın hücumu təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş ölçüdə olacaq. xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei "Dünya imperializmi ilə milli mübarizə günü" ilə bağlı bəyanatında xəbərdarlıq edib. Onun sözlərinə görə, İranın Hörmüz boğazında idarəçiliy
04.11.2026 220 "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh
04.11.2026 138 Bred Pittə daha bir zərbə: qızı atasının soyadından imtina etdi
Ancelina Coli və Bred Pittin ayrılığından illər keçsə də övladları ilə bağlı hadisələr gündəmdən düşmür. xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 18 yaşlı qızı Vivyen Coli-Pittin də bacı və qardaşları kimi atasının soyadından rəsmi imtina etdiyi bildirilir. Los-Anceles Ali Məhkəməsind
04.11.2026 227 Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon
Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır. -ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminə
04.11.2026 190 Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar
Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo
04.11.2026 246 Vətən müharibəsinin Zəfəri, Şuşa Bəyannaməsi və Qarabağa Böyük Qayıdış - Azərbaycanın tarixi uğurlarının yeni mərhələsi
Azərbaycanın müasir tarixində Vətən müharibəsi, Şuşa Bəyannaməsinin imzalanması və Qarabağda Böyük Qayıdış prosesinin həyata keçirilməsi bir-biri ilə sıx bağlı olan mühüm tarixi hadisələrdir. Bu hadisələr ölkəmizin ərazi bütövlüyünün bərpası, regional mövqelərinin möhkəmlənməsi və işğaldan azad edilmi
04.11.2026 244 Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
04.11.2026 391