Hədiyyə edilən ev boşanma zamanı ər-arvad arasında bölünə bilər?
Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, ər-arvadın nikaha daxil olanadək sahib olduqları əmlak, habelə nikah dövründə hədiyyə, vərəsəlik və digər əvəzsiz əqdlər əsasında əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyəti hesab olunur və bir qayda olaraq, bölünmür.
Lakin Ali Məhkəmə Plenumunun 12 mart 2024-cü il tarixli "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" qərarında əmlakın bağışlanması zamanı onu hədiyyə edən şəxsin niyyətinin də nəzərə alınmalı olduğu vurğulanıb.
Belə ki, əmlakın bağışlanma yolu ilə və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ər-arvaddan birinin irəli sürdüyü dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilərkən, əmlakı bağışladığı iddia edilən şəxsin həqiqi iradəsi müəyyən edilməlidir. Yəni əmlakın məhz kimə bağışlandığı - ər-arvaddan birinə, yoxsa bütövlükdə ailəyə hədiyyə edildiyi araşdırılmalıdır. Bu zaman tərəflərin nikahda olduğu müddət və işin digər diqqətəlayiq halları da nəzərə alınmalıdır.
Ali Məhkəmənin mövqeyinə görə, nikah pozulduqdan sonra ər-arvaddan birinin yaxın qohumunun onun maraqlarını müdafiə edərək mübahisəli əmlakın məhz həmin şəxsə bağışlandığını bildirməsi, hətta bununla bağlı geriyə tarixlə yazılı müqavilə tərtib etməsi şübhə doğurduqda, təqdim edilən sübutların mötəbərliyi digər sübutlarla birlikdə qiymətləndirilməlidir.
Bu halda əsas götürülməli olan bağışlama həyata keçirildikdən sonra qohumun verdiyi açıqlama deyil, əmlakın bağışlandığı vaxt onun həqiqi niyyəti və iradə ifadəsidir. Bu məsələ hər bir işin konkret hallarına uyğun olaraq müəyyən edilməlidir.
Məsələn, valideynin nikahdan qısa müddət sonra övladına doğum günü münasibətilə hədiyyə etdiyi əmlakın məhz həmin övlada bağışlanmış əmlak hesab edilməsi daha ağlabatan görünür. Lakin uzun illər birlikdə və mehriban ailə kimi yaşamış, uşaqların dünyaya gəlməsi ilə ailə bağları daha da möhkəmlənmiş, gəlinini və ya kürəkənini də öz övladı kimi qəbul etmiş qayınana və ya qayınatanın mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qiymətləndirilə bilər.
Birinci halda bağışlanan əmlak ər-arvaddan birinin fərdi mülkiyyəti hesab olunur və bölünmür. İkinci halda isə əmlak ər-arvadın ümumi mülkiyyəti kimi qiymətləndirilə və boşanma zamanı bölünə bilər.
Bundan əlavə, nikah dövründə ər-arvadın ümumi vəsaiti, onlardan birinin şəxsi vəsaiti və ya əməyi hesabına ər-arvaddan birinə məxsus əmlakın dəyərini xeyli artıran əsaslı təmir, yenidənqurma, avadanlıqların dəyişdirilməsi və digər əsaslı işlər həyata keçirilərsə, həmin əmlak onların birgə mülkiyyəti hesab edilə bilər.
Beləliklə, boşanma zamanı hədiyyə edilmiş evin və ya digər əmlakın bölünüb-bölünməməsi yalnız onun kimin adına rəsmiləşdirilməsi ilə deyil, bağışlama zamanı şəxsin həqiqi niyyəti, əmlakın əldə edilmə şəraiti və nikah dövründə ona qoyulan vəsaitin xarakteri ilə də müəyyən edilə bilər.
Rəşad Əliyev-Vəkillər Kollegiyasının üzvü
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 149 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477