Vəkillər İlkin Süleymanova bəraət istəyiblər - YENİLƏNİB
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkilləri - Əlibaba Rzayev, Zabil Qəhrəmanov, Murtuzəli Abbasov müdafiə çıxışı ediblər. Vəkillər birgə hazırladıqları çıxışda İlkin Süleymanova bəraət verilməsini istəyiblər.
Qeyd olunub ki, İlkin Süleymanovun ittiham olunduğu cinayətlə əlaqəsi yoxdur:
"İlkin Süleymanov günahkar deyil. Dəlil və sübutlar, şahid ifadələri, o cümlədən İlkinlə bir kamerada saxlanılan şəxslərin, müxtəlif ekspertlərin ifadələri də müttəhim kürsüsündə oturan şəxsin cinayətkar olmadığını təsdiqləyir. Gerçək çılpaqlığı ilə ortada olsa da, prokuror ona 20 il iş istəyib".
Proses davam edir.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işi üzrə təqsirləndirilən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrlə ittihamlar irəli sürülüb.
16:30
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
"Report"un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin vəkillərinin müdafiə çıxışı edəcəyi, İ.Süleymanovun son söz deyəcəyi və hökm oxunacağı gözlənilir.
Qeyd edək ki, prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəyib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittihamlar elan olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1147 Tarix: 24 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır. "Qafqazinfo"nun məlumatına görə, "BT Group" çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru "Openreach" xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analo
03.11.2026 414 Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
10:00 304 Qarabağın dirçəlişi Azərbaycan iqtisadiyyatına hansı töhfələri verə bilər?
Qarabağın dirçəlişi Azərbaycanın müasir tarixində yalnız ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan quruculuq vəzifəsi deyil. Bu proses, eyni zamanda, ölkənin iqtisadi inkişafı, yeni investisiya imkanlarının yaranması və regionların iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyə
14:03 237 Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.
10:10 300 3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
11:27 364 Boşandılar, amma ayrı qala bilmədilər - İkinci dəfə evlənən 7 məşhur cütlük
Bəzi məşhur cütlüklərin sevgi hekayələri boşanma ilə bitmir. Ayrılıqdan sonra bir-birləri olmadan yaşaya bilmədiklərini anlayan ulduzlar yenidən bir araya gələrək ailə qurmağa qərar verirlər. Lakin ikinci evlilik hər zaman xoşbəxt sonluqla nəticələnmir. xarici mediaya istinadən boşandıqdan sonra eyn
03.11.2026 579 Vətən müharibəsinin tarixi Zəfəri, Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti və Qarabağa Böyük Qayıdış
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu müharibə uzun illər davam edən işğala son qoymaqla yanaşı, ölkəmizin regional və beynəlxalq münasibətlər sistemində mövqeyini dəyişdirən, Cənubi Qafqazda yeni geosiyas
17:21 41 Temperatur 10 dərəcə enəcək
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
14:53 219 ZƏFƏR GÜNÜ VƏ ŞUŞA - AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİNİN, MİLLİ İRADƏSİNİN VƏ DÖVLƏTÇİLİK GÜCÜNÜN TƏNTƏNƏSİ
Azərbaycan xalqının müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr milli yaddaşımızın ən möhtəşəm səhifələrini təşkil edir. Bu tarixlər yalnız hərbi qələbənin təntənəsi deyil, həm də xalqın milli iradəsinin, dövlətçilik düşüncəsinin, tarixi ədalətə inamını
10:19 234