Qatarda oğul doğan ana: "Ermənilərin əlindən qaçıb 40 kilometr piyada yol gəldim"

Qatarda oğul doğan ana: "Ermənilərin əlindən qaçıb 40 kilometr piyada yol gəldim"Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı efirə gedib.

"Report" xəbər verir ki, bugünkü buraxılış Qərbi Azərbaycandan deportasiya olunmuş, erməni işgəncələrinə məruz qalmış Zivər Muradovanın həyat hekayəsinə həsr edilib.

O, Zəngəzur mahalının Qafan rayonunda doğulub, 1988-ci ildə ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb, rayonda yerləşən Elektron Zavodda işləyən azərbaycanlı kimi başına gətirilən müsibətlərdən, şahidi olduğu hadisələrdən, ermənilərin türklərə qarşı necə nifrət bəsləməsindən danışıb.

Onun sözlərinə görə, 1988-ci ildə erməni-müsəlman davası başlayanda ermənilər Sumqayıtdan zavoda axın ediblər: "Üstümə gəlirdilər ki, sən çıx get burdan, bizim rayonda qalma, sən türksən, öz ölkənə, Azərbaycana çıx get. Mən də kövrəlirdim, pis olurdum..."

Hamilə ola-ola doğma evlərini məcburən tərk etdiyini deyən Z.Muradova başına gələn müsibətləri göz yaşı ilə söyləyib: "Gecə saat üçün yarısı idi, ermənilərin yatan vaxtı idi. Qar da o qədər yağmışdı ki, tərpənmək mümkün deyildi. Biz qorxa-qorxa dəmir yoluna gəldik ki, bizi görməsinlər, yoxsa öldürərlər. Səhər tezdən dəmir yolu relsləri ilə Azərbaycan torpağına üz qoyduq. Otuzuncu kilometr deyilən yer var ora gəldik. Artıq mənim ayaqlarım yerimirdi, 40 kilometrədək yol gəlmişdik. Mən hamilə vəziyyətdə, ayaqlarım yerimirdi.

Bir yük maşını gəldi. Mənə dedilər ki, gəl otur sürücünün yanında. Gəldim sürücünün yanına, baxdım ki, orada bir qaçqın var, qucağında da əkiz övladı var. Mənə yer olmadı. Məni güc-bəla ilə maşının yük yerinə mindirdilər. Şayıflı deyilən yer var, ora gəlib çıxdıq. Məni dörd nəfər bir təhər maşından yerə endirdilər. Artıq heyim yox idi, ayaqlarımın altı qabar olmuşdu. Gəldik Bakı-Zəngilan qatarına mindik. Gördüm, özümü pis hiss edirəm, anama dedim ki, vəziyyətim pisdir. Orada azərbaycanlı qadınlar var idi. Anam onlara yaxınlaşıb dedi ki, qızımın ağrısı tutub. Nəhayət, Cəbrayıl rayonuna gələndə anam və bir nəfər məni qatarda yatızdırdılar və oğlum Namiq dünyaya gəldi..."

O, gec-tez yenə doğulduğu doğma Qafan rayonuna gedib orada yaşayacağına əmin olduğunu bildirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Zivər Muradovanın "Həyat hekayəsi"ni "Baku TV"nin yutub kanalında da izləmək mümkündür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1969   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur

Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyi

17:49 206
.

Böyük Qayıdış Qarabağ iqtisadiyyatına necə təsir edəcək?

Qarabağın işğaldan azad edilməsindən sonra həyata keçirilən Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm mərhələlərdən biri hesab olunur. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması yalnız demoqrafik baxımdan deyil, həm də bölgənin iqtisadi həyatını

11:52 294
.

QƏHVƏ 5 DƏQİQƏYƏ STRESİ AZALDIR

Qəhvə qoxusunu 5 dəqiqə ərzində nəfəsə çəkmək stresi azaldır və insana rahatlıq gətirir. Bunun Türkiyə mediasına istinadən bildirib. Araşdırmaya görə, təzə dəmlənmiş qəhvənin ətri narahatlıq, yorğunluq, çaşqınlıq və kədəri aradan qaldırır. Qəhvə ətri insanda qəfil enerji artımı yaratmaqdan daha çox

11:03 249
.

Bakı Humanitar Kollecində DƏHŞƏT: tələbəyə 6 bıçaq zərbəsi vuruldu

Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. "Bakupost"a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb. Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib. -ın əld

18:15 208
.

ABŞ-dakı seçkilər Ukraynada sülh danışıqlarına təsir edə bilər

Ukraynada müharibənin danışıqlar yolu ilə başa çatdırılması üçün ən əlverişli imkan 2026-cı ilin sonunadək qüvvədə qala bilər. xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Vaşinqtonda yerləşən Kvinsi Məsuliyyətli Dövlətçilik İnstitutunun tədqiqatçısı Mark Episkopos bildirib. Ekspert bu ehtimalın ABŞ-dak

10:48 246
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neç

10:32 263
.

Hədiyyə edilən ev boşanma zamanı ər-arvad arasında bölünə bilər?

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, ər-arvadın nikaha daxil olanadək sahib olduqları əmlak, habelə nikah dövründə hədiyyə, vərəsəlik və digər əvəzsiz əqdlər əsasında əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyəti hesab olunur və bir qayda olaraq, bölünmür. Lakin Ali Məhkəmə Plenumunu

12:32 335
.

Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yalnız hərbi Qələbə ilə nəticələnən hadisə deyil, həm də dövlətçilik tariximizin yeni mərhələsini müəyyənləşdirən fundamental dönüş nöqtəsi oldu. Bu müharibə uzun illər davam edən işğala son qoymaqla Azərbaycanın ərazi bütövlüyünü

17:16 180
.

Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam

Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyü

16:21 214
.