"Günay Bank" ləğv edildi
"Banklar haqqında" Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "Günay Bank" ASC-nin lisenziyası 17 may 2023-cü ildən etibarən ləğv edilib.
Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti Qərar qəbul edib.
Bankın bağlanmasına əsas olaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən azlığı, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi əsas göstərilib.
Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan Qərarı ilə "Günay Bank" ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, "Günay Bank" ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
"Günay Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. "Günay Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
Bildirilib ki, "Günay Bank" ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. "Günay Bank" ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1095 Tarix: 17 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşReferendum keçiriləcək? - AÇIQLAMA
"Referendumun keçiriləcəyi, parlament üzvlərinin sayının artırılması ilə bağlı gedən müzakirələr barəsində nə eşitmişəm, nə də məlumatım var". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ilin sonuna kimi referendumun keçiriləcəyi, deputat sayının artırılacağı ilə bağl
04.06.2026 319 ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirib
ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı sanksiya mexanizmlərinin sərtləşdirilməsi və Ukraynaya əlavə maliyyə dəstəyinin ayrılması ilə bağlı yeni qanun layihəsini qəbul edib. Məlumata görə, sənəd 226 deputatın lehinə, 195 deputatın isə əleyhinə səsi ilə təsdiqlənib. Qanun layihəsi Rusiyanın mümkü
14:57 151 Müəllimini güllələyən şagirdin valideynlərindən İLK AÇIQLAMALAR
"İdrak" liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə keçirilən ilk məhkəmə hazırlıq iclası təxirə salınıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb təqsirləndirilən yeniyetmənin müdafiəçisinin prosesdə iştirak etməməsi olub. Vəki
13:49 385 MEDİA CNN-in feyk xəbəri ilə bağlı açıqlama yaydı
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyin İsrailin İranla apardığı müharibədə Azərbaycan ərazisindən istifadə etməsi iddiaları ilə nağlı açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada deyilir: . "5 iyun 2026-cı il tarixində CNN özünün uydurduğu "mənbələrə"
14:37 145 Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb
Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıb. "Armenpress" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici İşlər Nazirliyi sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığını xatırladıb
04.06.2026 252 Şənbə günü Bakıda 30 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-1
13:12 155 "Dünyanın ən zəngin pişiyi" mirasını ala bilmədi
Moda dünyasının ikonası Karl Lagerfeldin 2019-cu ildə vəfatından sonra 1,7 milyon avroluq mirasla "dünyanın ən zəngin pişiyi" kimi tanınan Choupettein əslində bu mirasdan bir qəpik belə ala bilmədiyi məlum olub. Lagerfeldin vəsiyyətinin yerinə yetirilməsi üçün bahalı vəkillər tutduğunu bildirə
04.06.2026 342 Berlin Moskvaya səsləndi: Sülh danışıqlarına başlamağın vaxtıdır
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı münaqişənin Avropanın iştirakı ilə həlli istiqamətində danışıqlara başlamağa çağırıb. xəbər verir ki, bu barədə Almaniyanın N-TV telekanalı məlumat yayıb. Nazir bildirib ki, artıq danışıqlar masasına əyləşməyi
10:33 170 "Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı yas məclislərində söz-söhbət yaradan şəxsləri qınayıb. "Yas məclisində yas sahibindən küsənlərlə əlaqəni tamam kəsmək lazımdir" deyə, Xoşqədəm bildirib. Xatırladaq ki, bir müddət əvvəl müğənn
04.06.2026 318