Paşinyan: "Rusiya Ukraynada müharibəni uduzsa, Ermənistanın başına nələr gələcəyini təsəvvür edə bilmirəm"
"Rusiya Ukraynada müharibəni uduzarsa, Ermənistanın başına nələrin gələcəyini təsəvvür edə bilmirəm".
"Report" "Hraparak"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan başçılıq etdiyi hakim Mülki Müqavilə Partiyasının toplantısında bildirib.
İclasın gündəliyində xarici siyasi proseslər və Ermənistanın təhlükəsizliyi məsələləri olub. Görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və hökumətin digər təmsilçiləri iştirak edib. A.Mirzoyan mayın əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Vaşinqtonda keçirdiyi danışıqlar barədə məlumat verib.
Toplantıda çıxış edən Nikol Paşinayn ünvanına deyilən ittihamlara, o cümlədən mayın 9-da Moskvada Qələbə günü ilə bağlı keçirilən tədbirlərdə iştirakına toxunub. Onun mayın 9-da məlum tədbirlərdə iştirakı Ukrayna və Qərb tərəfindən tənqid edilib. Xatırladaq ki, Ukrayna MDB-yə üzv 7 dövlətin liderlərinin bu mərasimdə iştirakını "mənəviyyatsız və dost olmayan" davranış adlandırıb. N.Paşinyan görüş iştirakçılarının nəzərinə çatdırıb ki, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən maraqlardan çıxış edərək iştirakla bağlı doğru qərar qəbul edib. O, toplantı iştirakçılarına xatırladıb ki, İrəvan strateji tərəfdaşı olan Rusiyadan təbii qaz alır. N.Paşinyan deyib ki, Moskvada keçirilən paraddan imtina etməsi təhlükəli avantüra olardı.
"Bundan başqa Paşinyan qeyd edib ki, Ukrayna müharibəsində Rusiya uğursuzluğa düçar olarsa, Ermənistanın başına nə gələcəyinin təsəvvür belə edə bilmir", - qəzet yazıb. Nəşrin məlumatına görə, N.Paşinyan deyib: "Bu halda Ermənistanı 100 il əvvəl baş vermiş hadisələr və müstəqilliyin itirilməsi gözləyir. Biz təkbaşına Türkiyə-Azərbaycan tandeminə qarşı müqavimət göstərə bilmərik".
Görüşdə o, azərbaycanlıları və türkiyəli siyasətçiləri qətlə yetirən terrorçulara İrəvanda abidənin ucaldılmasına da münasibət bildirib. Baş nazir bildirib ki, onun başçılıq etdiyi hökumət Türkiyə ilə barışıq siyasəti yürütməyə çalışdığı bir zamanda belə bir abidənin ucaldılması məqsədəuyğun deyil. O, məlum abidənin ucaldılması məsələsinin onunla müzakirə edilmədiyini və bu hadisədən xəbərsiz olduğunu söyləyib. Bununla belə N.Paşinyan abidənin sökülməsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Baş nazir səkkiz anklav kəndin Azərbaycana qaytarılması ilə bağlı sualı da cavabsız qoyub. "Hraparak" yazıb ki, N.Paşinyan Qarabağ və Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın rayonunda yaradılmış sərhəd-keçid məntəqəsi ilə bağlı məsələlərə ümumiyyətlə toxunmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 948 Tarix: 13 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevdən həmkarına - Təbrik
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə
05.11.2026 226 Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
05.11.2026 279 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
05.11.2026 238 Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah
05.11.2026 180 VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!
Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz
05.11.2026 216 Ayı ana və qızını parçaladı
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində qonur ayının hücumu nəticəsində iki qadın həyatını itirib. xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qurbanları 20 yaşlı Sela Rid və onun anası, art-terapevt Cennifer Balkarras olub. Məlumata görə, ana və qızı bazar günü Bella-Kula yaşayı
05.11.2026 174 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
05.11.2026 232 Dişləri fırçalayanda bu üç səhvi etməyin
Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri
05.11.2026 129 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 1