iPhone 15 Pro-nun yeni FOTOLARI

iPhone 15 Pro-nun yeni FOTOLARIİnternetdə iPhone 15 Pro-nun yeni CAD render fotoları ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple bu il iPhone 15 Pro modellərində səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş fiziki düymələri sensorlu analoqlar ilə əvəz edəcək. Ortaya çıxmış yeni CAD render fotolarda isə görmək olar ki, şirkət bu ideyadan imtina edib. Beləliklə iPhone 15 Pro smartfonları səsin tənzimlənməsi üçün ənənəvi fiziki düymələri əldə edəcəklər. Lakin fiziki düymələr məsələsində sözügedən smartfonlarda bir dəyişiklik olacaq.

Söhbət, iPhone-larda olan səssiz rejimə keçid düyməsindən gedir. İndiyənə kimi olmuş bütün iPhone modellərində smartfonların səssiz rejimə keçid düyməsi sürüşdürmə mexanizminə sahib olub. Yəni istifadəçi öz smartfonunu səssiz rejimə keçirtmək və ya səssiz rejimdən çıxarmaq istədikdə həmin düyməni sola və ya sağa sürüşdürməli olur. Lakin iPhone 15 Pro modellərində həmin düymə ənənəvi düymə mexanizminə sahib olacaq. Yəni onu sürüşdürməyə ehtiyac qalmayacaq. İstifadəçi smartfonu səssiz rejimə keçirtmək və ya səssiz rejimdən çıxarmaq üçün sadəcə olaraq müvafiq düyməyə klikləməli olacaq.

Məlumata əsasən həmin düyməyə digər əməliyyatları da qoşmaq mümkün olacaq. Buna misal olaraq kamera tətbiqinin işə salınmasını gətirmək olar. Bununla belə iPhone 15 ilə iPhone 15 Plus sürüşdürmə mexanizminə sahib düyməni özlərində qoruyub saxlayacaqlar. Bundan əlavə olaraq CAD render fotolarda görmək olar ki, smartfonlar nazik ekran ətrafı çərçivələri və yuvarlaq kənar hissələri əldə edəcəklər. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı gözlənilir.
iPhone 15 Pro-nun yeni FOTOLARIiPhone 15 Pro-nun yeni FOTOLARIiPhone 15 Pro-nun yeni FOTOLARIiPhone 15 Pro-nun yeni FOTOLARI


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1671   Tarix: 27 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Naxçıvanda qəzaya düşən deputat kimdir?

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini

10:27 58
.

"Müəllimlərin maaşı 2 min manat ola bilər"

Müəllimlərin əməkhaqqı məsələsi Azərbaycanda təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Son illərdə bu sahədə maaşların artırıldığı bildirilib. "2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə

13.11.2026 398
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 446
.

16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ

Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB

13.11.2026 320
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 298
.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 329
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 278
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 286
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 271
.