Tələbə bu avtomobildən 50 minlik saat oğurladı, oteldə əyləndi - Hava Limanında saxlanıldı

Tələbə bu avtomobildən 50 minlik saat oğurladı, oteldə əyləndi - Hava Limanında saxlanıldıBakıda çimərlikdə dostunun "Mercedes Benz S 63 AMG" markalı, AZ 10-BD-100 dövlət qeydiyyat nişanlı avtomobilindən 50 min manata yaxın qiyməti olan saatı oğurlayan şəxs Heydər Əliyev adına Hava Limanında saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə Nardaran yolu, dənizkənarı ərazidə yerləşən "Daçniklər çimərliyi" kimi tanınan ictimai çimərlik ərazisində baş verib.

Tələbə bu avtomobildən 50 minlik saat oğurladı, oteldə əyləndi - Hava Limanında saxlanıldı"Daçniklər çimərliyi"

Belə ki, 1 avqust 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin qiyabi şöbəsinin 4-cü kurs tələbəsi Elvin Mətləbov (soyad-şərti) dostu Kənana məxsus avtomobildən 2 iyun 2022-ci il tarixdə dəyəri 47600 manat olan, İsveçrə istehsalı, orijinal "AUDEMARS PİGUET" markalı qol saatını oğurlayıb.

Tələbə bu avtomobildən 50 minlik saat oğurladı, oteldə əyləndi - Hava Limanında saxlanıldı"AUDEMARS PİGUET" markalı qol saatını

Elvin saatı 23000 min dollara "Port Baku" Biznes Mərkəzində bahalı, orijinal qol saatlarının satışı ilə məşğul olan Samir adlı şəxsə satıb. O, Samiri inandırıb ki, saat özünündür və ailəsindən gizlin bunu satır.

Daha sonra Elvin əldə etdiyi pulla "Sea breez" hotelində nömrə götürərək qalıb, orada "Blue beach" restoranında qonaqlıq da verib. Qalan pulla "Badam Art" hotelində nömrə götürüb, orada da qonaqlıq verib, bahalı "Range Rover" markalı maşın icarəyə götürərək sürüb.

Tələbə bu avtomobildən 50 minlik saat oğurladı, oteldə əyləndi - Hava Limanında saxlanıldı"Blue beach" restoranı

Daha sonra Kənanın atası Elvinə zəng edərək ona saatın qaytarılması üçün bir gün vaxt verdiyini deyib.

Elvin də dərhal Günel adlı tanışı ilə İstanbula bilet alaraq Heydər Əliyev adına Hava Limanına yollanıb. Lakin sərhəd-buraxılış məntəqəsindən keçə bilməyib. Polis tərəfindən sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Tələbə bu avtomobildən 50 minlik saat oğurladı, oteldə əyləndi - Hava Limanında saxlanıldıOğurluq edilən avtomobil

Məhkəmənin qərarı ilə Elvin Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 14 ay ona təyin edilmiş azadlığın cəzadan çıxılıb və üzərində qəti olaraq 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1186   Tarix: 27 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Naxçıvanda qəzaya düşən deputat kimdir?

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini

10:27 58
.

"Müəllimlərin maaşı 2 min manat ola bilər"

Müəllimlərin əməkhaqqı məsələsi Azərbaycanda təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Son illərdə bu sahədə maaşların artırıldığı bildirilib. "2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə

13.11.2026 398
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 446
.

16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ

Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB

13.11.2026 320
.

Ölən adama 24 il həbs cəzası verildi

Rusiyanın Vladivostok Doqquzuncu Kassasiya Məhkəməsi "Xərçəng kralı" kimi tanınan saxalinli iş adamı Oleq Kan barəsində çıxarılan 24 illik həbs hökmünü qüvvədə saxlayıb. xəbər verir ki, xərçəng qaçaqmalçılığı, cinayətkar birlik yaratmaq və vergidən yayınmaqda təqsirli bilinən sahibkar qiyab

13.11.2026 298
.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 329
.

Uşaqların müdafiəsi, ailə və insan hüquqları: Həssas mövzuya balanslı yanaşma

Cəmiyyətdə həssas mövzular müzakirə olunarkən emosiyalar çox vaxt faktları üstələyir. LGBT məsələsi də Azərbaycanda müxtəlif ictimai və hüquqi yanaşmaların ortaya çıxdığı mövzulardan biridir. Bu barədə danışarkən insanları təhqir etmək, damğalamaq və ya qarşı tərəfi ittiham etmək əvəzinə, məsələnin mahiyyətin

13.11.2026 278
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 286
.

Şənbə günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 isti olacaq. Atmosfer təzyiqi 76

13.11.2026 271
.