Həbs olunan sabiq rəis: "Direktorun əri mənə 30 min rüşvət təklif etdi, razılaşdım"

Həbs olunan sabiq rəis: "Direktorun əri mənə 30 min rüşvət təklif etdi, razılaşdım"Rüşvətə görə 10 il 6 ay həbs cəzası alan Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbovun məhkəmədə verdiyi ifadə məlum olub.

"Qafqazinfo" xəbər verir ki, A.Rəcəbov Gəncə Ağır Cinayətlər Məhkəməsindəki çıxışında rüşvət aldığını etiraf edib.

Özünü təqsirli bilən sabiq rəis musiqi məktəblərindən birində apardığı yoxlama nəticələrinin Mədəniyyət Nazirliyinə təqdim edilməməsi müqabilində ona 30 min manat rüşvət təklif olunduğunu deyib:

"Regional mədəniyyət idarəsinin balansında 9 uşaq musiqi məktəbi olub. Gədəbəy rayon Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləyən Təranə Şərifova ilə bağlı məktəbin müəllimləri tərəfindən bir neçə dəfə şikayət olmuşdu. Bu səbəbdən 2022-ci ildə məktəbin fəaliyyətinin yoxlanılması barədə tədbir görmək qərarına gəldim. Komissiya təşkil edib 2 gün müddətində məktəbdə yoxlama keçirdik. Yoxlama zamanı 17 müəllimin adına rəsmiləşdirilmiş əməkhaqqı kartlarının direktor Təranə xanımda olduğunu müəyyən etdik. Belə ki, direktor maaş kartlarını özündə saxlayıb hər müəllimə ayda əlbəəl 200-250 manat pul verirmiş. Lakin həmin müəllimlərin kartlarına orta hesabla ayda 1200-1400 manat pul köçürdü.

Yoxlamanın nəticəsinə əsasən, bəlli oldu ki, direktor bu əməlləri nəticəsində dövlət büdcəsinə 300 000 manat ziyan vurub. Yoxlamadan bir neçə gün sonra Təranə xanım xidməti otağıma gəlib işində yol verdiyi nöqsanları bağışlamağımı və onu işdən azad etməməyimi xahiş etdi. Mən isə onu bağışlaya bilməyəcəyimi, yoxlama zamanı toplanılmış materialları Mədəniyyət Nazirliyinin Daxili Nəzarət Şöbəsinə təqdim edəcəyimi bildirdim. Dedim ki, böyük ehtimalla materiallar nazirlik tərəfindən prokurorluq orqanlarına göndəriləcək".
Azər Rəcəbovun ifadəsinə əsasən, bir neçə gün sonra T.Şərifovanın əri Nazim Şərifov ona 30 min manat təklif edib ki, bu işi ört-basdır eləsin:

"Nazim otağıma gəlib "Əgər arvadımı həmin məktəbdə direktor kimi saxlamaq istəmirsənsə, onu başqa məktəbə direktor keçir. Yoxlama nəticələrini və müəllimlərin izahatlarını mənə ver, buna görə sənə 30 000 manat verəcəyəm" dedi. Razılaşdım, Təranəni Gədəbəy rayon Düzrəsullu uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin edəcəyimi, müəllimlərin izahatlarını və yoxlama nəticələrini isə cırıb atacağımı bildirdim. Nazimdən əvvəlcə 10 000 manat aldım. Lakin bu məbləğdən başqa heç vaxt, heç kimdən rüşvət almamışam".

Qeyd edək ki, Azər Rəcəbov 2021-ci ildə keçmiş mədəniyyət naziri Anar Kərimov tərəfindən Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. 2022-ci ilin iyununda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. O, Gədəbəy, Daşkəsən, Göygöl və Şəmkir rayonlarında yerləşən, kitabxanalar, mədəniyyət evləri, uşaq musiqi məktəbləri və uşaq incəsənət məktəblərinə direktor təyin edilməsi, ixtisar olunmalı və ya birləşdirilməli kənd klublarının Mədəniyyət Nazirliyinə göndəriləcək siyahıya daxil edilməməsi müqabilində vəzifəli şəxslərdən rüşvət almaqda ittiham olunub. Ayrı-ayrı şəxslərdən 102 min manat rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr müəyyən edilərək barəsində cinayət işi başlanıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 906   Tarix: 27 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 207
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 210
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

14:50 188
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 214
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

11:32 225
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

16:48 134
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

14:13 195
.

"İlham Əliyev alnından öpüləcək adamdır" - Video

Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri

10:22 242
.