Ali məktəblərə keçid balları ARTIRILA BİLƏR

Ali məktəblərə keçid balları ARTIRILA BİLƏRBu il ali məktəblərə qəbulda keçid ballarının aşağı salınacağını demək düzgün deyil.

Bunu Modern.az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi bildirib. Onun sözlərinə görə, hələ blok imtahanı keçirilməmiş, eyni zamanda 2 apreldə keçirilən imtahanın cavabları açıqlanmamış belə fikri ancaq proseslərdən xəbərsiz, proseslərin içində olmayan şəxslər səsləndirə bilər:

"5-12 mart tarixlərində keçirilən imtahanların ötənilki imtahanlarla eynilik təşkil etdiyini demək olar. Hətta bəzi intervallarda builki imtahanlar daha yaxşıdır. Bu isə onu deməyə əsas verir ki, ötənilki plan yerləri saxlanılsa, keçid ballarında hətta artım ola bilər. Bu barədə fikri blok imtahanlarının nəticəsi bəlli olduqdan sonra söyləmək olar. Ancaq buraxılış imthanları əvvəlkilərindən daha yaxşıdır".

Ali məktəblərə keçid balları ARTIRILA BİLƏREkspert hesab edir ki, birinci blok imtahanından sonra balların necə olacağını təxmin etmək olar:

"May ayının 20-21-i və iyunun 4-5-də birinci blok imtahanı olacaq. Məhz ikinci blok imtahanına qədər builki gözləntilərin nələrdən ibarət olduğunu dəqiq demək olar. Digər yandan plan yerlərinin artırılması nəzərdə tutulur. Bu da ixtisaslar üzrə formalaşacaq keçid ballarına öz təsirini göstərəcək. Tutaq ki, 1-ci qrup üzrə müsabiqəyə 20 min nəfər buraxılır, ancaq 16 min olan plan yerləri 17 minə yüksəldilir, belə olan halda ötən il 4 min nəfər çöldə qalmışdısa, indi 3 min nəfər kənarda qalacaq. Eyni zamanda, bu, ixtisaslar üzrə formalaşan ballarda enmələrə səbəb ola bilər".

E.Əfəndi builki blok imtahanlarının daha yaxşı keçəcəyinə inandığını söyləyib:

"Ötən ildən fərqli olaraq, builki imtahanlara daha pozitiv yanaşıram. Çünki builki abituriyentlər pandemiya dövründən sonra rahat hazırlıq keçə biliblər. Onlar nə hibrid, nə də distant təhsil alıblar. Ötən ildən bu ilə qədər daha sərbəst formada hazırlaşıblar. Bunlar elə dövrə düşüb ki, dərslərin distant keçirilməsi onlara elə də təsir etməyib. Ona görə də, bu abituriyentlərin blok imtahanında nəticələri digərlərinə nisbətən daha yaxşı gözlənilir".

Təhsil eksperti əlavə edib ki, birinci qrup ixtisaslar, xüsusilə İT, kompüter mühəndisliyi və pedoqoji yönümlü ixtisaslarda, eyni zamanda 2-ci qrup üzrə ixtisaslarda qəbul plan yerlərinin bir qədər artımı gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1390   Tarix: 27 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 207
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 210
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

14:50 188
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 214
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

11:32 225
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

16:48 134
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

14:13 195
.

"İlham Əliyev alnından öpüləcək adamdır" - Video

Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri

10:22 242
.