"İran Azərbaycanın inkişafını həzm edə bilmir" - ŞƏRH
"İran İslam Respublikasının xarici işlər nazirliyi, xüsusi xidmət orqanları, müdafiə nazirliyi və son günlərdə parlamenti Azərbaycanın əldə etdiyi uğurlara və Azərbaycanın xarici siyasətinə uyğun olaraq qarşılıqlı şəkildə hər hansı bir dövlətlə münasibətlər qurmasına olduqca qısqanclıqla yanaşır".
Bu fikirləri BiG.AZ-a açıqlamasında politoloq Amid Əliyev Azərbaycanın İsraildəki səfirliyi ilə bağlı İranın bəyanatını şərh edərkən deyib.
O bildirib ki, İran heç bir zaman şimalda Azərbaycan kimi müstəqil bir dövlətin inkişafını və mövcudluğunu həzm edə bilmir:
"Məsələn, İsraili nümunə kimi götürsək Azərbaycan səfirliyinin İsraildə açılması, son dövrdə aktiv şəkildə müşahidə olunan qarşılıqlı əlaqələrin inkişafı İran tərəfindən qısqanclıqla qarşılanır. Bunun da əsas səbəbləri vardır ki, İran heç bir zaman şimalda Azərbaycan kimi müstəqil bir dövlətin inkişafını və mövcudluğunu həzm edə bilmir və özünə düşmən hesab etdiyi İsraillə Azərbaycan arasında münasibətlərin inkişafına isti yanaşa bilmir. İranın bütün dövlət aparatı sinxron şəkildə Azərbaycana edilən təhdidlərdə məhz İsrailin adını çəkirlər.
İran tərəfindən İranın xüsusi xidmət orqanları və dövlət aparatı tərəfindən Azərbaycana edilən belə çıxışların, təhdidlərin bir neçə mənası var. Birincisi, bilirik ki, son 8 aydır, İranda daxildə böyük etiraz aksiyaları baş qaldırıb. Yəni, vətəndaşların dövlətə itaətsizliyi, vətəndaşla dövlət arasında etibar və etimad bağları demək olar ki, sarsılıb. Bu məsələləri aradan qaldırmaq üçün İran öz xaricində vahid bir düşmən axtarır ki, xalqın, vətəndaşlarının ağrı-acısını bir kənara qoyub onları bu düşmənə qarşı cəmləşdirib vahid bir cəbhə yarada bilsin. Lakin bu da alınmır, çünki insanlar, İran vətəndaşları ümumi islahatlar yox, siyasi rejimin dəyişdirilməsini istəyirlər. Bu da mütəmadi olaraq İran dövləti tərəfindən Qafqazda Azərbaycana qarşı təhdid dolu fikirləri, ritorikanı artırılması ilə müşahidə olunur.
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 686 Tarix: 06 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir
Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə
11:08 188 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 199 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 318 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 404 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 142 Bayrağımız qürurumuz və fəxrimizdir
Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca
11:31 194 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 161 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 161 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
05.11.2026 512