İftar süfrəsi üçün reseptlər

İftar süfrəsi üçün reseptlərAxşam.az iftar süfrəsi üçün reseptlər təqdim edir:

Odrubad üsulu maş şorbası

Ərzaq:

1 stəkan quru maş lobya (gecədən soyuq suya qoyun)
2 xörək qaşığı ərinmiş kərə yağı
500 qr. doğranmış sümüksüz qoyun və ya mal əti
1 ədəd doğranmış orta boy soğan
2 xörək qaşığı tomat pastası
8 stəkan su
zövqə görə duz və istiot
4 ədəd karfof
4 ədəd quru gavalı
1 xörək qaşığı quru nanə

Hazırlanması:

Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bişəndən sonra yuyub, kənarda saxlayın. Qazana yağı və əti töküb, 15 dəqiqə qızardın. Soğanı da qazana əlavə edib 5 dəqiqə bişirin. Tomat pastasını əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın. qaynamağa başlayanda odu azaldın. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər bişirin. Kartof, quru gavalı, quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin.

Biryani plov

Ərzaq:
3 xörək qaşığı yağ
3 xörək qaşığı duru yağ
1 ədəd soğan
2 ədəd kök
4 yemək qaşığı yaşıl noxud
1 stəkan pomidor püresi
1,5 çay qaşığı duz, qara istiot
2 stəkan düyü
8 ədəd toyuq budu
3 stəkan isti toyuq bulyonu

Üzəri üçün:
1 xörək qaşığı tomat pastası
3 xörək qaşığı duru yağ

Hazırlanması:
Tavaya duru və kərə yağını töküb, soğanı qızardın. Üzərinə kök və yaşıl noxudu əlavə edin. Pomidor püresi, duz və istiotu töküb qarışdırın. Bir dəfə qaynayandan sonra yuyulmuş düyünü töküb, 4-5 dəqiqə qarışdıra-qarışdıra bişirin. Hazır olan düyünü sobaya qoyacağınız qaba tökün. Üzərinə qaynadılmış toyuq budlarını, düzün. Üstünə toyuq suyunu əlavə edin. Bir kasada duru yağ və tomat pastasını qarışdırıb, üzərinə əlavə edin. Yağlı kağızı isladıb, üstünə sərin. 200 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirin. Üstündən kağızı götürüb, 5 dəqiqə daha bişirin.

Şirin toplar

Ərzaq:
200 qr. qaymaq
1 stəkan şəkər tozu
3,5-4 stəkan hind qozu tozu

Hazırlanması:
Qaymağı və şəkər tozunu qaba töküb, mikserlə bərkiyənə qədər qarışdırın. Hind qozu tozunu az-az töküb qarışdırın. 30 dəqiqə soyuducuda saxlayın. Sonra qoz böyüklüyündə götürüb, yumru top formasında düzəldib, qaba düzün. İstəsəniz üzərinə şokolad sousu tökə bilərsiniz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1103   Tarix: 06 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 188
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 199
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 318
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 404
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 142
.

Bayrağımız qürurumuz və fəxrimizdir

Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca

11:31 194
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 161
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 161
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 512
.