Kür çayında suyun səviyyəsi qalxıb: Su istifadəçiləri hansı tədbirlər görməlidir?
İqlim dəyişikliyi və məhdud su resursları şəraitində Kür çayının aşağı axarına digər çaylar üzrə daxilolmaların kritik səviyyədə azalması hesabına su təchizatında müəyyən çətinliklər müşahidə olunduğu üçün Mingəçevir su anbarından Kür çayına, Yuxarı Qarabağ kanalına və Yuxarı Şirvan kanalına buraxılan suyun həcmi artırılıb.
Bu barədə Oxu.Az-a "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən ("Azmelsutəsərrüfat") bildirilib.
Məlumata görə, martın 17-dən Mingəçevir su anbarından Kür çayına saniyədə 160 kubmetr, Yuxarı Qarabağ kanalına 80 kubmetr və Yuxarı Şirvan kanalına 50 kubmetr su buraxılır.
"Qeyd edilən su sərfləri mart ayı üçün xarakterik olmayan, yəni yüksək səviyyədədir. Belə ki, ötən ilin müvafiq dövründə Mingəçevir su anbarından Kür çayına saniyədə 90 kubmetr, Yuxarı Qarabağ kanalına 70 kubmetr və Yuxarı Şirvan kanalına 45 kubmetr su buraxılırdı.
Araz çayı üzrə su ehtiyatlarının kəskin şəkildə aşağı olması səbəbindən bu mənbədən təmin edilən suvarma sahələrinin suya olan tələbatının ödənilməsi məqsədilə Yuxarı Qarabağ kanalı vasitəsilə Araz çayı hövzəsinə - Bəhrəmtəpə hidroqovşağına saniyədə 22,4 kubmetr su transferi həyata keçirilir", - "Azmelsutəsərrüfat"dan bildirilib.
Vurğulanır ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində son bir neçə il ərzində yaradılmış ehtiyatlar hesabına Kür çayının aşağı axarında yaranmış çətinliklərin cari ilin suvarma mövsümündə operativ qaydada tam tənzimlənməsi nəzərdə tutulur.
"Ölkədə su ehtiyatları sahəsində gərgin şəraitin davam etdiyi bir zamanda qeyd edilənlərlə yanaşı su istifadəçiləri də öz öhdəliklərinə düşən, onlardan asılı olan məsələlərə məsuliyyətlə yanaşmalı, sudan qənaətli istifadə üçün bir sıra zəruri tədbirlər görməlidirlər.
Belə ki, torpaqda aqrotexniki tədbirlər, hamarlama işləri, şırımların normalara uyğun açılması, digər tərəfdən selləmə suvarmasından imtina edərək suya qənaət edən suvarma üsullarından, habelə gecə suvarmasından istifadə edilməsi, məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipinə əsaslanan suvarma qrafiklərinə və sudan istifadə limitlərinə riayət edilməsi zəruridir", - ASC qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 660 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutinin yeni təklifindən sonra Kreml Avropa və ABŞ-yə müraciət etdi
Rusiya Avropa və ABŞ-ni Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi üçün Kiyevə təsir göstərməyə çağırır. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Bunu xarici mediaya istinadən xəbər verir. "Əgər sülhə can atdıqları ilə bağlı bəyanatları doğrudursa, amerikalılar
13.11.2026 309 "Müəllimlərin maaşı 2 min manat ola bilər"
Müəllimlərin əməkhaqqı məsələsi Azərbaycanda təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Son illərdə bu sahədə maaşların artırıldığı bildirilib. "2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə
13.11.2026 458 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 320 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 186 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 163 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 171 5 il əvvəl çıxdığı işə qayıdır?
Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-c
13.11.2026 419 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 352 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 102