Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Adi xörək duzu çox geniş müalicəvi xüsusiyyətlərə malikdir. Xalq təbabətində duz müxtəlf pozulmalar zamanı çox təsirli müalicəvi vasitə kimi uğurla istifadə olunur.
Ənənəvi tibb də duzun müalicəvi xüsusiyyətlərini təsdiq edir.
Qədim zamanlarda duz məhlulu kəskin və xroniki iltihablar, irinli yaralar zamanı istifadə olunurdu. Dahı Hippokrat öz praktikasında duz islatmalarından istifadə edirdi.
Saglamolun.az xəbər verir ki, tanınmış rus cərrahı Piroqov 1-ci Dünya Müharibəsi zamanı duz islatmalarını yaraların müalicəsində uğurla istifadə edirdi.
Duz məhlulu ilə islatmalar yaradan mikrobları, toksinləri çıxardır və nəticədə yara tez bir zamanda təmizlənir, iltihab azalır.
Hal hazırda dəniz duzu məhlulu zökəm zamanı geniş istifadə olunur. Dəniz duzu əsasında hazırlanan burun damcıları pediatriyada tətbiq edilir və çox yaxşı müalicəvi effekt verir. Belə damcıların əks-göstərişləri və yanaşı təsirləri yoxdur.
Boğaz iltihabları zamanı duzla qarqaralar çox yaxşı müalicəvi effekt verir. 1 stəkan ilıq suda 1/2 çay qaşığı duz həll edin və gün ərzində bir neçə dəfə bu məhlulla qarqara edin.
Diş və damaqların iltihabları zamanı da bu məhluldan istifadə etmək olar (1/2 ç.q. duz + 1 stəkan su). Məhlulu tez-tez qarqara şəklində istifadə edirlər. Duz iltihabın azalmasına kömək edir.
Duz məhlulu göbələkəleyhinə təsirə malikdir. Bu səbəbdən duzla ayaq vannaları göbələk zamanı yaxşı kömək edə bilər. 1 l su üçün 2 xörək qaşığı duz götürülür. Duz suda həll olunur və ayaq vannaları üçün istifadə olunur. Həmçinin bu sadə vasitə pis ayaq qorusunu yox etməyə kömək edir.
İrinli yaralar, furunkullar zamanı 1 stəkan suda 1 xörək qaşığı duz həll olunur, bu məhlulda bir neçə qat qatlanmış tənzif isladılır və yaraya qoyulur.
Baş ağrıları zamanı 1 stəkan ilıq suda 1 çay qaşığı duz həll edin, məhlulda tənzif isladın və alnınıza qoyub bir qədər uzanın.
Duz kosmetologiyada da çox geniş istifadə olunur. Xörək duzunu yağlı xama ilə qarışdırın və skrab şəklində istifadə edin. Bu skrab dərini yaxşı təmizləyir, daha hamar edir, dərinin rəngini yaxşılaşdırır.
Həftədə 1-2 dəfə dəniz duzu ilə olan vannaları qəbul edin (dəzin duzu olmadıqda, adi xörək duzundan istifadə edin). İıq suya 5 qaşıq duz əlavə edin. Belə vannalar bədən dərisinə çox müsbət təsir edir, qan dövranı yaxşılaşdırır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1766 Tarix: 25 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBoyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18.09.2026 381 Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd
20.09.2026 311 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?
Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə
24.09.2026 111 Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq
"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza
03.09.2026 332 "Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20.09.2026 321 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 306 Sarıkökdən çox istifadə edin
Sarıkök son illərdə sağlam qidalanma siyahılarının ayrılmaz hissəsinə çevrilib. Axşam.az xəbər verir ki, bu ədviyyat güclü antioksidant təsirə malikdir və mütəxəssislərin fikrincə, bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Sarıkökdən niyə istifadə edilməli?. İltihabı azaldır. Artrit və oynaq ağrıların
12.09.2026 453 İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11.09.2026 395 Enerjini bərpa etmək üçün gündüz nə qədər yatmaq lazımdır?
Bəzən günün ortasında gözləriniz öz-özünə yumulur və o qədər yuxunuz gəlir ki, işləmək çətinləşir. Yuxu üzrə mütəxəssislər belə hallarda enerji toplamaq üçün qısa müddətə mürgüləməyə icazə verməyin faydalı olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" yazıb. Laki
21.09.2026 329