Qar yemək olarmı? - ARAŞDIRMA
Uzun müddət sonra Bakıya yağan qar sakinlərin sevincinə səbəb olub. Bir çoxlarımız uşaqlıqdan qarı sevirik. Bəziləri hətta "ilk qardan yemək lazımdır" deyib onun dadına da baxırlar. Qarın ağlığı xüsusən uşaqları cəlb edərək onu dadmağa "vəsvəsə edir".
Bəzi yerlərdə qarı əridib su kimi istifadə edirlər.
Bəs, görəsən. qar yemək olarmı? Bunun nə kimi fayda, yaxud zərərləri ola bilər?
BiG.AZ mövzuyla bağlı kiçik araşdırma aparıb.
Bir çox həkimlər qar yeməyin əleyhinədirlər.
Həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu sualımızın cavabında qeyd edib ki, xüsusən boğazı həssas olanlar soyuqlaya, angina ola bilərlər.
Lakin bu, mövcud risklərdən cəmi biridir.
Müasir ekoloji vəziyyət bütün dünyada son dərəcə əlverişsizdir. Qar yeməklə siz ciddi xəstəliklərə tutula bilərsiniz.
Qar, tozu özünə tez çəkir. Sənaye müəssisələrin çox olduğu şəhərlərdə havadakı zərərli kimyəvi birləşmələr də qara daha tez hopur.
Digər tərəfdən, qar üzərində gəzən insan və heyvanları, avtomobilləri də nəzərə almaq lazımdır. Belə halda qarın təmiz qalması mümkünsüzdür. Xüsusən sarı rəngdə olan qarı yemək təhlükəlidir. Heyvanların nəcasətindən başqa, maşın yağı, qum və kimyəvi maddələr da qara bu rəngi verə bilər.
2015-ci ildə aparılan araşdırmanın nəticələrinə əsasən, hətta yerə təzə düşən qar da avtomobil qazı ehtiva edir.
Hətta böyük şəhərlərdən uzaq olan ucqar yerlərdə belə, qarın tərkibində böyük miqdarda kömür tozu və havanı çirkləndirən maddələr mövcuddur. Alimlər hesab edirlər ki, qar yerə düşmədən öncə də insan orqanizminə zərərlidir.
Buna baxmayaraq, qardaş Türkiyədə "qar halvası" hazırlayıb yeyənlər var. Bəzilərinin sözlərinə görə, qara doşab əlavə etməklə hazırlanan bu "halva" maddələr mübadiləsini sürətləndirir.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3087 Tarix: 12 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi
İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur
08.11.2026 525 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 668 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 913 Hər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
01.11.2026 797 Protein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
01.11.2026 724 Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə
Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj
16.11.2026 383 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1058 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 700 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 796