Həkimdən aclıqla müalicə metodu - İlk iki gün... - VİDEO

Həkimdən aclıqla müalicə metodu - İlk iki gün... - VİDEOArtıq çəki və onunla müşahidə olunan xroniki xəstəliklər müasir təbabətin aktual tibbi-sosial problemlərindən biridir. Son illərdə dünyada artıq çəkili insanların sayı artıb. Piylənməsi və ya artıq çəkisi olan şəxslərdə bir sıra ciddi xəstəliklərin əmələ gəlməsi müşahidə olunur. Arıqlamaq istəyən insanlara isə geniş sayda dərman preparatları təklif olunur. Həmin dərmanlar ya çəkinin azalmasına az təsir edir, ya da onların qəbulunu dayandırdıqda çəkinin artması davam edir. Piylənmə ilə mübarizə üçün ilk növbədə qidalanmada tam dəyişiklik etmək lazımdır. Sağlam qidalanma və fiziki aktivlik arıqlamağın ən mükəmməl yoludur.

Lakin artıq çəki və piylənmə ilə mübarizədə ən yaxşı üsullardan biri də aclıqdır. Son dövrlərdə məşhurlar arasında da dəbdə olan aralıqlı oruc və ya su orucu bu növ üsullardandır.

BiG.AZ xəbər verir ki, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu öz şəxsi təcrübəsində insanlara özlərini aclıqla müalicə etməyi məsləhət görür.

Bunun üçün o, iki gün heç bir qida qəbul etmədən gündə 3 litrə yaxın distillə edilmiş su (apteklərdə satılır) içməyi, 3-cü gündə stəkanın 1/3 hissəsi meyvə şirəsi, qalanı distillə olunmuş su olmaqla 3 litr içməyi, 4-cü və 5-ci gün isə bu qarışımı yarı-yarı dozada qəbul etməyi tövsiyə edir.

"Aclıqla sağlıq ac qalmaq deyil!" - deyə həkim vurğulayır.

Aclıqla müalicə barədə bunları bilirsiniz?

Aclığı bir çoxları işgəncə kimi görür, lakin biz oxuculara Şəki rayonlararası endokrinoloji dispanserin baş həkimi, tibb elmləri namizədi Tofiq Mehdiyevin bu barədə məqaləsini oxumağı tövsiyə edirik:

Aclıqla müalicə bütün xalqların həyat təcrübəsində hələ lap qədim zamanlardan müvəffəqiyyətlə istifadə olunur. Bizə gəlib çatan qədim tibbi və fəlsəfi əlyazmalardan məlum olur ki, aclıqla müalicə eramızdan 2000 il əvvəl təbiət filosofu Asklepiad tərəfindən təsvir olunub. Həmin dövrdə yaşamış Plutarx belə bir fikir deyib: "Dərman əvəzinə, 1-2 gün ac qalmaq daha məsləhətdir".

Bir çox tarixi qaynaqlarda, xüsusilə, qədim Hind və Çin əlyazmalarında qidalanma zamanı məhdudiyyət yaradılmasına dair analoji tövsiyələrə rast gəlmək mümkündür.

Bibliyada İsa peyğəmbərin, eləcə də, Moisey və İlyanın 40 gün müddətində ac qalmaları barəsində yazılıb.

Qurani-Kərimin Əl-Bəqərə surəsinin 185-ci ayəsində deyilir: "İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil olmuşdur. Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar".

X-XI əsrlərdə yaşamış Qədim Şərqin böyük təbibi Abu Əli İbn Sina öz xəstələrinə çox vaxt ac qalmalarını məsləhət görüb. Acqalma nəinki çəkini azaldır, eyni zamanda həyatı vacib funksiyaların bərpa olunmasına və möhkəmlənməsinə kömək edir.

Sağlam həyat tərzinin ciddiliyi üzrə çempionat keçirilmiş olsaydı Pol Breq adlı həkim alim "dünya çempionu" olardı. O həftədə 4 dəfə, bəzən daha çox acqalma ilə, tərəvəz və meyvələrlə qidalanma ilə, saatlarla idmanla məşğul olmaqla 95 il ömür sürüb. O, qocalıqdan (aterosklerozdan) yox, bədbəxt hadisədən həlak olub. Maraqlı cəhət odur ki, onun meyitinin müayinəsində ürək və damar sistemində ateroskleroz aşkar olunmayıb. Aterosklerozun profilaktikası və qocalıq prosesinin sürətinin azaldılması üçün Pol Breqin keçdiyi həyat yolu hər bir şəxsə örnək ola bilər.

Acqalma zamanı orqanizmdə nə baş verir?

Qida qəbulunun dayandırılmasının 2-3-cü sutkasında mədə-bağırsaq sisteminin sekresiyasında keyfiyyətcə dəyişiklik yaranmağa başlayır. Xlorid turşusunun sekresiyası dayanır. Mədənin boşluğunda kəsmik kütləsini xatırladan doymamış yağ turşuları və zülallardan ibarət xüsusi qidalı qarışıq əmələ gəlir. Doymamış yağ turşuları hormonları fəallaşdırır ki, onlar da aclıq hissiyyatını zəiflədir, nəticədə aclığın 3-4-cü günündə insanda qida qəbuluna qarşı həvəs azalır və ya yox olur. Bu dövrdə alkoqoliklərdə spirtli içkiyə qarşı, narkomanlarda narkotikə qarşı, siqaret çəkənlərdə isə nikotinə qarşı həvəs sönür.

Aclıqla müalicənin üstün cəhətlərindən biri odur ki, "dərmanın kəsilməsi sindromu"-yəni bu və ya digər dərman preparatının qəbulunun dayandırılmasına qarşı cavab reaksiyası müşahidə edilmir.

Acqalmanın 7-9-cu sutkasında mədənin həzm sekresiyası tam dayanır. Onun əvəzinə spontan mədə sekresiyası əmələ gəlir. Əmələ gələn sekretdə (şirələrdə) çoxlu miqdarda zülallar olur ki, onlar yenidən mədənin selikli qişasından qana sorulurlar. Bu hal orqanizmin müdafiə uyğunlaşma reaksiyasına aid olub, zülalların itirilməsini azaldır, ən mühüm üzvlərdə zülalların bərpası və qurulması üçün istifadə olunan plastik materialların-amin turşularının daimi axınını təmin edir.

Aclıq dövründə bağırsaqların mikroflorası dəyişilir, çürümə törədən mikroblar məhv olur, süd turşusunu qıcqırdan mikroflora isə saxlanılır, həm də canlanır. Nəticədə bağırsaqlardakı bakteriyalar vitaminlərin, amin turşularının və digər bioloji fəal maddələrin sintezini yaxşılaşdırır. Elmi cəhətdən sübut olunub ki, membranları deformasiyaya uğrayan, bölünən və bölünməyən "qoca hüceyrələr" endogen qidalanma zamanı (daxili ehtiyatlar hesabına) cavan hüceyrələrə mənsub olan formalar alırlar. Bu bir daha hüceyrələrin aclıq zamanı təbii baryerlərinin bərpa olunmasını göstərir. Orqanizmdə eyni zamanda yağlar və maddələr mübadiləsinin digər növlərinin normallaşması baş verir.

Aclıq zamanı mədə-bağırsaq sistemində olan bütün vəzlərdə həzm şirələrinin əmələ gəlməsi azalır. Tənəffüs yavaşıyır, sinir sisteminin yükü azalır.

Aclıqla əlaqədar yaranan qida çatışmazlıqları orqanizmdə bütün lazımsız toxumaları məhv edir (autolizis prosesi nəticəsində), ehtiyat qida maddələri bədəndəki həyati zəruri üzvlərin funksiyasının saxlanması üçün istifadə olunur. Orqanizmdə yığılan toksinlər (zəhərlər) aclıq prosesində qan dövranı sisteminə daxil olur, oradan ifrazat üzvlərinə çatdırılır və onların vasitəsilə orqanizmdən xaric edilir.

Orqanizmdən köhnə fekalın (nəcisin) və maddələr mübadiləsinin zəhərli aralıq maddələrinin kənar olunması, eləcə də, ifrazat üzvlərinin funksiyasını tənzimləmək üçün M.Birxer Bennerin hazırladığı təmizləyici dietadan istifadə edilir.

Bu dieta aşağıdakı qaydada aparılır:

4 gün ərzində ət, balıq, yumurta, kolbasa, ağ çörək, suxari, mayadan hazırlanan un məmulatları, sup və bulyonlar, şokolad, konfetlər və digər şirniyyatlar, spirtli içki və tütün qəbulu tam dayandırılır. Bu günlərdə ancaq tərəvəz və meyvələr çiy halda və ya onların qurudulmuş formaları əvvəlcədən suda saxlamaqla yumşaldılaraq istifadə olunur. Qoz və fındıq ləpəsi, kasnı yarpaqlarının dəmləməsi, yaşıl çay, bal, 1-3 çay qaşığı bitki yağı, çiy kartof şirəsi tövsiyə olunur. Bişmiş xörəklər qida rasionundan istisna edilir. Gün ərzində 100 qr. qurudulmuş çovdar çörəyi yemək mümkündür.

5-ci gün əvvəlki 4 gündəki tövsiyələri yerinə yetirməklə, 1 ədəd quru suxari əlavə edilir.

6-cı gün göstərilən dietaya nahar zamanı 2-3 ədəd soyutma kartof və ya onun püresi, duzsuz yemək şərtilə əlavə olunur.

7-ci gün əvvəlki dietaya 2 suxari və 0,5 litr qatıq əlavə edilir.

8-9-cu günlər 1 ədəd yumurta (qaynar suda saxlanılmış, isti) , 10-cu gündən 14-cü günə kimi yuxarıdakı rasiona 1 çay qaşığı kərə yağı və 2 xörək qaşığı kəsmik, 1 çay qaşığı bitki yağı əlavə edilir.

15-ci gündən başlayaraq göstərilən dietaya həftədə 2 dəfədən artıq olmamaqla (məsələn: həftənin 1 və 2-ci günləri) 100 qr. bişmiş mal əti və birinci 4 günün rejimi təkrar edilir.

Aclıq prosesində həyat fəaliyyəti dayanmır, belə ki, maddələr mübadiləsinin fəallığında kifayət qədər azalma qeyd edilsə də, digərlərində sürətlənmə müşahidə olunur. Adətən orqanizmin qidaya, havaya, suya, istiliyə, günəş işığına, həyat fəaliyyətinə, istirahətə, yuxuya, təmizliyin saxlanılmasına, zehni fəaliyyətə olan ehtiyacı aclıq zamanı kifayət qədər ödənilməlidir.

Aclıq zamanı zehni, fiziki gərginlik azaldılmalıdır ki, aclıqda qalan orqanizmin enerjisi tükənməsin və ehtiyatda olan enerji oksidləşmə və bərpa proseslərinin güclənməsinə yönəlsin. Fiziki istirahət dedikdə fiziki fəallığın tamamilə dayandırılması, sərbəst dayanmaq və ya yataqda uzanmaq, zehni istirahət dedikdə isə emosional gərginlik və düşünmə fəallığının saxlanılması nəzərdə tutulur. Emosional sabitlik kifayət qədər istirahət nəticəsində yaranır. Dinc, sakit, az hərəkətli həyat tərzi enerjinin saxlanmasını təmin edir.

1. Qısa müddətli aclıq zamanı bir sıra idman hərəkətlərinə icazə verilsə də, enerjinin az itirilməsi üçün istirahətə ehtiyac var.

2. Aclıq vəziyyətində olan orqanizmin soyuğa davamlılığı azalır, ona görə də onun bədən temperaturunun normal saxlanması üçün isti şərait tələb olunur.

3. İçmək üçün ancaq təmiz su lazımdır. Mineral, xoş tamı və dadı olmayan suyun içilməsi tövsiyə edilmir. Distillə, yaz yağışı, filtrasiyadan keçən, heç bir qarışığı olmayan şəffaf sudan istifadə edilməlidir. Soyuq su maddələr mübadiləsini zəiflətdiyi üçün məsləhət deyil. Yaxşı olardı ki, qaynanmış (dağ) isti sudan istifadə edilsin.

4. Aclıq zamanı hər gün vanna və ya duş qəbul edilməsi tövsiyə edilsə də, bu əməliyyat qısa müddətli olmalıdır ki, orqanizm çox enerji itirməsin. Suyun temperaturu bədən temperaturuna yaxın olmalıdır.

5. Aclıq zamanı günəş vannasının qəbulu çox xeyirlidir, belə ki, günəş şüası kalsium mübadiləsinə müsbət təsir edir, fosforun mənimsənilməsində mühüm rol oynayır. Qızmar günəş altında bu prosedurun qəbul edilməsi məsləhət deyil.

6. Aclıqla müalicə zamanı işlətmə dərmanlarından və imalələrdən istifadə edilməməlidir. Çünki, bu halda orqanizm bu məsələni öz-özünə tənzimləyir. Əgər aclıq keçirən şəxs bu dövrdə çox əziyyət çəkərsə və sağlamlığında ümumi narahatçılıq meydana çıxarsa, onda aclıq prosesi dayandırılmalıdır.

Aclıqla müalicədən adi qidalanmaya tədricən keçmək tələb olunur.

Birinci 3 gün yarı hissəsi su ilə qarışdırılmış şirələrin (yerkökü və ya alma) içilməsi tövsiyə olunur. 4-cü gündən başlayaraq qida rasionuna tərəvəz və meyvələr əlavə olunur. 6-cı gün ancaq tərəvəz supu məsləhət görülür. Aclıqla müalicədən sonrakı 10-cu gündə qidalanma adi qaydada aparılır.

Aclıqla müalicə aşağıdakı hallarda əks-göstəriş hesab edilir: dəmir defisitli anemiya, sidik və ya öd daşı xəstəlikləri, venaların varikoz genişlənməsi, ürək ritminin və keçiriciliyinin pozulması, böhran halında olan arterial hipertenziya, onkoloji xəstəliklər, kəskin və xroniki hepatit, qara ciyər və böyrək çatışmazlığı, qara ciyərin sirrozu, podaqra, tənəffüs yolları və qarın boşluğunun irinli iltihabı xəstəlikləri, yoluxucu və parazit xəstəlikləri, mədə və on iki barmaq bağırsağın xora xəstəliyi, bir çox endokrin xəstəliklər, o cümlədən şəkərli diabet və s.

Nəzərə almaq lazımdır ki, bir-iki gün yüngül aclıq rejimi hər bir insana xeyir gətirir. Lakin uzun müddətli acqalma üçün müstəqil qərar çıxartmaq tövsiyə olunmur. Aclıqla müalicə üçün həkimə müraciət etmək, tam kompleks müayinələrdən keçmək və aclıq müddətində həkimin nəzarəti altında olmaq tövsiyə olunur. Ancaq mütəxəssislərin müşahidəsi altında ac qalmaq mümkündür. Qədim Şərqin hikmətli kəlamı bu gün də öz aktuallığını itirməyib: "Əgər qidanı dərman kimi qəbul etməsən, dərmanı qida kimi qəbul edərsən".

Ədiblər demişkən, kim ki, yüz il yaşamasa, günah onun özündədir.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1187   Tarix: 15 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

TOP MP3