"QİÇS-ə yoluxan narkotik istifadəçiləri xəstəlikdən qurtula bilmirlər" - RƏY

"QİÇS-ə yoluxan narkotik istifadəçiləri xəstəlikdən qurtula bilmirlər" - RƏY"Qazanılmış immun çatışmazlığı sindromuna (QİÇS) yoluxma daha çox narkotik istifadəçiləri arasında rast gəlinir".

Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, xəstəlik özünü daha çox 25-49 yaş qrupunda göstərir.

Maraqlıdır, bu günə qədər neçə narkotik istifadəçisi bu xəstəliyə yoluxub? QİÇS-ə niyə 25-49 yaş kateqoriyasında daha çox rast gəlinir? Yoluxmamaq üçün nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, QİÇS, əsasən, cinsi əlaqə ilə ötürülür:

"QİÇS - xəstəliyin son mərhələsidir. Burada sağalma ehtimalı aşağı olur. Əsas məqsəd son mərhələyə gəlməmək üçün müalicə olunmaqdır. Xəstəliyin əsas yoluxma yolu cinsi əlaqədir. İkinci isə venadaxili iynələrdən istifadədir. Hepatitlər də bu yolla keçirlər. Həmçinin xəstəlik anadan dölə ötürülə bilər".

M.Əliyev qeyd edib ki, əvvəllər QİÇS-ə daha çox narkomanlar arasında rast gəlmək mümkün idi:

"İndi cinsi əlaqə ilə yoluxma daha çoxdur. Mərkəzdə doqquz mindən çox qeydiyyatda olan var. Hələ bu, qeydiyyatda olanların sayıdır. Onların yarıdan çoxu narkoman deyil. Bu onu göstərir ki, yoluxma tək narkotik istifadəçiləri arasında yox, cinsi əlaqə ilə mövcuddur. Daha çox kişilər arasında rast gəlinir. Qadınlar arasında da bu xəstəlikdən əziyyət çəkənlər var. 25-49 yaş kateqoriyası cinsi aktiv yaş dövrüdür. Ona görə həmin yaş kateqoriyası göstərilib".

Terapevt Sübhan Hacıyev yoluxmamaq üçün şəxsi gigiyenaya son dərəcə diqqət edilməsinin vacibliyindən danışıb:

"Narkotik aludəçilərinin əksəriyyəti ən primitiv şəxsi gigiyena qaydalarına belə, riayət etmədikləri üçün nəinki QİÇS, eləcə də digər infeksion (məsələn, hepatit B, C) xəstəliklərə asanlıqla yoluxa bilirlər.

Bu onunla izah olunur ki, bu tip insanlar vena daxilinə narkotik maddələr yeridən zaman eyni şprislərdən dəfələrlə istifadə edirlər. Nəticədə, bir QİÇS və ya digər yoluxucu infeksiya daşıyıcısı olan şəxsin qanıyla təmasda olmuş iynə sağlam insanın damarına girdikdə onu asanlıqla yoluxdurmuş olur".

Narkoloq Asif Kəngərli narkomaniyadan əziyyət çəkənlərin QİÇS-i ağır keçirdiklərini qeyd edib:

"Narkotik maddə qəbul edənlərdə immunitet xeyli azalır. İmmuniteti aşağı olan şəxslərin də xəstələnmə ehtimalı daha çoxdur. Ona görə də virusa daha tez yoluxurlar. Xəstəliyi də ağır keçirirlər. Məntiq bunu deyir. QİÇS sağalmaz xəstəlikdir. Narkotik istifadəçiləri yoluxduqda ölümlə qarşılaşırlar. Çünki müalicə oluna bilmirlər".

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadənin sözlərinə görə, QİÇS-ə yoluxanların 65-70 faizi inyeksion narkotik istifadəçiləridir:

"Ümumi olaraq 1987-ci ildən bu günə, 2022-ci ilin ilk 10 ayını da nəzərə alsaq, 8 500 nəfər Azərbaycan vətəndaşı insan immunçatışmazlığı virusuna (İİV) yoluxub və hazırda xəstəliklə yaşayır. Bir dövr var idi ki, daha çox yoluxma inyeksion narkotik istifadəçiləri tərəfindən müşahidə olunurdu. İndi isə yoluxma heteroseksual yolla gedir".

S.Babazadə qeyd edib ki, qadın hamiləlikdə QİÇS-ə yoluxubsa, vaxtında müalicə olunsa, dünyaya sağlam övlad gətirə bilər:

"25-49 yaş kateqoriyası insanın ən reproduktiv dövrüdür. Bu yaşda xanımlar yoluxan zaman təhlükə yaranır. Hamiləlik dövründə qadın virusu uşağa ötürə bilər. Xanımın xəstəliyini erkən dövrdə aşkarladıqda yoluxmanın qarşısını ala bilirik.

QİÇS-dən sağalmaq mümkün deyil. İİV-in qanda yuyulması, təmizlənməsi prosesi yoxdur. Müalicə edirik. O da insanın qanında virus yükünü azaldır. QİÇS mərhələsinə gec halda çatır. Düzgün, vaxtında dərman qəbul olunarsa, İİV yükü 0 dərəcəyədək enir. İnsanın səhhətində heç bir problem yaranmadan həyatına davam edir. Narkotik istifadəçiləri isə xəstəliyi daha ağır keçirirlər".

Səbinə Babazadə əlavə edib ki, narkotik istifadəçilərin vəziyyətinin sonradan ağırlaşma riski də çoxdur:

"Bizim əsas tələbimiz odur ki, dövlət hesabına verilmiş dərman düzgün qəbul olunsun. O zaman ağırlaşma olmur. Dərman qəbul etməyən inyeksiyon narkotik istifadəçilərində ağırlaşma riski çoxdur.

Hər bir insan özünü qoruya bilər. İİV infeksiyası haqqında məlumatı olan adam bir gözəllik salonuna gedirsə, istifadə edilən alətin sterilliyinə əmin olmalıdır. Yəni bunu tələb etmək hüququ var. Tibbi, kosmetoloji alətlər steril olmalıdır. Xəstəlik hava-damcı yolu ilə keçmir. Məişət zəminində də keçmir. QİÇS xəstələrinin görünüşü sağlam insandan seçilmir. Sadəcə, onların qanında virus var".

İnfeksionist Nicat Əzimli isə əlavə edib ki, qanla təmasın mümkün olduğu mikro və ya makrotravmatik tibbi prosedurlara da diqqət yetirilməlidir:

"Bu xəstəliyin insandan insana ötürülməsi cinsi mayelər və qan vasitəsilə baş verir. Xüsusilə çox sayda cinsi partnyoru olan şəxslər qorunmadan vaginal və ya anal cinsi əlaqədə olduqlarında onlar üçün real təhlükə yaranır.

Əlavə olaraq qanla təmasın mümkün olduğu mikro və ya makrotravmatik tibbi prosedurlarda sanitariya qaydalarına riayət olunmaması halında (stomatoloji, cərrahi, inyeksion və s.), kosmetoloji prosedurlar zamanı (manikür, pedikür alətləri və s.) və narkotik maddələrin başqa şəxsin istifadə etdiyi şprislərlə damara inyeksiyası ilə də insan yoluxa bilər. Bəzi hallarda isə xəstə şəxsdə istifadə olunmuş iynənin təsadüfən digər insanın dərisinə batması ilə yoluxmalar qeydə alınır".

Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Zamin Əliyev inyeksiya yolu ilə narkotik maddə qəbul edən şəxslərin daha çox bu virusa yoluxduqlarını söyləyib:

"Abstinent vəziyyətində (bir dərmana ya da maddəyə olan fizioloji adaptasiya - red.) olan şəxs inyeksiya yoluyla narkotik maddə qəbul edirsə, o bu halda yeni şpris axtarmır və adətən, təkrarən eyni şprisdən, hətta digər şəxsin şprisindən istifadə edir. Bununla yanaşı, bir qabda hazırlanmış narkotik maddəni bir neçə şəxs təkrar istifadə olunmuş şpris vasitəsi ilə bölüşərsə, bu halda İİV-ə yoluxmaq təhlükəsi ilə üzləşir. Bu baxımdan QİÇS-ə narkotik maddə qəbulediciləri daha çox yoluxurlar".(oxu.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1231   Tarix: 10 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...

30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd

06.09.2026 309
.

Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza

03.09.2026 332
.

Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec

05.09.2026 294
.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21.09.2026 306
.

Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində

16.09.2026 299
.

Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?

İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3

07.09.2026 393
.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd

20.09.2026 311
.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans

20.09.2026 321
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15.09.2026 401
.