Zamanəmizin bəlası olan NARKOMANİYA - Nələrə yol açır?
Son dönəmin bəlasına çevrilən narkomaniya günü-gündən can almaqda davam edir. Cəmiyyətimizi məhvə aparan bu xəstəlik durmadan artır.
Otuz illik mübarizədə canlı düşmənə qalib gəlsək də, nədənsə cansız düşmənə uduzmaqdayıq.
Torpaqlarımızın bütövlüyü uğrunda can verən oğullarımız "şəhidlik" zirvəsinə yüksəldikləri halda, bir qism gənclərimizin narkomaniya aludəçisinə çevrilməsi təəssüf hissi doğurur.
Bəs bu xəstəliyin durmadan artması nədən qaynaqlanır?
Araşdırmalar göstərir ki, insanlar uşaqlıq, yeniyetməlik və gənclik dövründə aldığı travmaları, problemləri unutmağa daim səy göstərirlər. Bəzən buna nail olsalar da, çox zaman alınmır. Bəzilərində bu, psixoloji problemlərə çevrilir, bəzilərində isə travma olaraq qalır. Çox zaman insan həyatın acı üzünə tab gətirməyərək, çıxış yolunu ya özünə qəsddə, ya da narkomaniya aludəçisinə çevrilməkdə görür. Bir neçə saatlıq olsa da, dərdini unutmaq, həzz almaq üçün bilə-bilə özünü uçuruma aparır. Sonda isə olan insanlığa olur...
Bu maddənin aludəçiləri ilk öncə özlərini cəmiyyətdən təcrid edirlər. Bu xəstəlik insanı hər dəqiqə məhv edir, göz görə-görə çürüdür. Lakin ətrafdakılar çox vaxt yardım edə bilmir, aciz halda bir insanın məhvinə şahid olurlar.
Narkomaniya insan şəxsiyyətinin alçalmasına, yox olmasına gətirib çıxarır, sanki onun beynini öldürür. İntellekt azalır, nitq pozulur. Zəiflik, halsızlıq, gərginlik müşahidə olunur. Bir neçə saatlıq həzzin verdiyi rahatlıq dünyanın qaralması ilə nəticələnir.
Narkomaniya cinayətkarlıq və zorakarlığa yol açır, xəstəliklərin yayılmasına səbəb olur, ailələri dağıdır, insanlığı öldürür. İnsanı o hala salır ki, ona qurşanan hətta sevdiklərini də təhlükə qarşısında qoyur. Yalançılıq, əxlaqsızlıq, oğurluq məhz bu bəladan başlayır.
Bir anlıq boşluq insan həyatını uçuruma aparır. İllərlə onu böyüdüb, boya-başa çatdıran ata-anasının üzünə ağ olur. İllərlə əziyyətlə qurub-yaratdıqlarını məhv edir.
Bu bəladan yaxa qurtarmaq çox çətindir. İnsanı hətta bir istifadədən belə, aludəçisinə çevirən narkotik maddələrlə uzun müddət mübarizə aparılsa da, çox zaman nəticəsiz olur.
Heyif ki, günü-gündən artan bu xəstəliyin qarşısını almaqda acizik.
Cəmiyyəti bu bəlanın çəngindən qurtarmaq üçün mütəmadi tədbirlər görülməlidir. Məktəblərdə maarifləndirmə işləri gücləndirilməlidir.
Xüsusilə valideynlər çox diqqətli olmalıdırlar. Onların bir anlıq səhlənkarlığı böyük, geriyə dönüşü olmayan nəticələrə getirib çıxara bilər. Ata-ana yeniyetiməlik, gənclik dövründə uşaqların yanında olmalı, onları başa düşməyə çalışmalıdır. Övladlarında ani baş verən dəyişikliyi psixoloqla birlikdə həll etməyə çalışmalıdırlar.
Mehin Mehman
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1225 Tarix: 29 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrək sağlamlığı üçün ən faydalı qəlyanaltı - Diyetoloqlar açıqladı
Diyetoloqlar bildirirlər ki, məşhur qəlyanaltılar - kartof çipsi, peçenye və qurudulmuş ət məhsulları adətən yüksək miqdarda natrium və doymuş yağ ehtiva etdiyindən ürək sağlamlığı üçün əlverişli seçim sayılmır. Qaynarinfo xəbər verir ki, "Martha Stewart" portalının yazdığına görə, ürək üçü
29.07.2026 533 Yoğun bağırsaq xərçənginin qarşısını necə almaq olar? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında yoğun bağırsaq xərçəngi barədə müzakirə aparılıb. Yoğun bağırsaq xərçəngi nədir?. İrsi meyillilik xəstəliyin yaranma riskini artırırmı?. Qidalanma yoğun bağırsaq xərçənginə necə təsir edir?. Bütün poliplər təhlükəlidirmi?. Gənclərdə yoğu
11.07.2026 514 İnsult zamanı nəyi etmək, nəyi etməmək lazımdır? - VİDEO
"Baku Med" verilişinin budəfəki buraxılışında invaziv və qeyri-invaziv radiologiyadan danışılıb. İnsult nədir və hansı hallarda baş verir?. Gənclərdə insultun səbəbləri nələrdir?. Onun ilkin əlamətləri hansılardır?. İnsult zamanı ilk yardım necə göstərilməlidir?. İnsanların insult zamanı ə
18.07.2026 376 Azərbaycanda Daun sindromlu şəxslərin sayı 30 faiz artıb
Azərbaycanda son beş ildə tibb müəssisələrində qeydiyyatda olan Daun sindromlu şəxslərin sayı artıb. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin 2021-2025-ci illər üzrə açıqladığı statistik göstəricilər göstərir. Məlumata görə, Daun sindromu ilə qeydiyyatda olanların ümumi sayı 2021-ci ildə 85
16.07.2026 569 5-dən çox yuxu pozğunluğu simptomu insult riskini kəskin artırır
Yuxu problemləri insult riskini 16% artırır. -a istinadən xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. O qeyd edib ki, insult ciddi və həyati təhlükə yaradan təcili vəziyyətdir:. "Bu
02.08.2026 460 Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?
Bəzən yorğunluq gündəlik həyatın adi bir hissəsi kimi qəbul olunsa da, hər gün davam edən halsızlıq orqanizmdə gizli sağlamlıq probleminin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, davamlı yorğunluğun əsas səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərli diabet, B12 vitamin
01.08.2026 279 Su içməyi necə vərdişə çevirmək olar? - 5 tövsiyə
Su orqanizmin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bununla belə, bir çox insan gün ərzində tövsiyə olunan miqdarda su qəbul etmir. Qaynarinfo "BHG" nəşrinə istinadən xəbər verir ki, diyetoloqlar su içməyi gündəlik vərdişə çevirməyə kömək edəcək sadə məsləhətlər bölüşüblər. Diyetolo
13.07.2026 452 Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı
Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun "ScienceAlert" nəşri istinadən məlumatına görə, aktyor bildirib ki
13.07.2026 622 Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb
"Günorta yeməyindən sonra yatmaq üçün ən uyğun vaxt saat 13:00-15:00 aralığıdır". Ölkə.az "EatingWell" nəşrinə istinadla xəbər verir ki, bu barədə dietoloq və nutrisioloq Daniyel Smayli danışıb. Onun sözlərinə görə, bu saatlarda orqanizmdə təbii enerji azalması baş verir. Buna gör
15.07.2026 551