Nar qabıqlarını 10 dəqiqə qaynadıb içsəniz... – İNANILMAZ FAYDALARI
Nar payız və qış mövsümünün ən faydalı meyvələrindən biridir. Potasium, dəmir və C vitamini ilə zəngin olan narın tərkibində eyni zamanda, B1, B2 vitaminləri, kalsium və fosfor var. İmmuniteti gücləndirərək başda xərçəng olmaqla, bir çox xəstəlikdən qoruyur.
BiG.AZ-ın ailem.az-a istinadən məlumatına görə narın və qabığının möcüzəvi faydaları aşağıdakılardır:
- Diş əti iltihablarına faydalıdır.
- Yüksək təzyiqi aşağı salır.
- Bədən müqavimətini artırır və enerji verir.
- Yorğunluğu yox edir.
- Sidik sökdürücü təsiri ilə toksin atılmasına kömək edər.
- İmmuniteti gücləndirir.
- Bağırsaq parazitlərinin düşmənidir. Yaxşı bakteriyaların artmasına kömək edər.
- Dərinizin qüsursuz görünməsinə kömək edər.
- Böyrək iltihablarının yox olmasına kömək edir.
- Qandakı xolesterol nisbətini aşağı salır.
- Nar suyu damar sağlığını, ürəyi qoruyur.
Tək dənələri deyil, qabığı da faydalıdır.
Narın tək dənələrində yox, qabığının tərkibində də faydalı vitaminlər var. Çində aparılan araşdırma nar qabığının suyundan daha faydalı olduğunu ortaya çıxarıb. Nar qabığı tərkibindəki ellajik asit sayəsində başda döş xərçəngi olmaqla, bütün xərçəng növlərinə həm sağaldıcı, həm də əngəlləyici təsir göstərir.
- Nar qabığı xolesterolu azaldır, beta hüceyrələrini artıraraq şəkər, ürək-damar xəstələrinə daha çox fayda göstərir.
- Pankreas, qida borusu, dəri, bağırsaq, prostat, döş xərçənglərində əks təsir yaradır.
- Nar qabıqları ürək üçün çox faydalıdır - ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir.
- Nar qabıqları ishal zamanı çox yaxşı kömək edir - bağırsaqları "yığır", iltihabı azaldır. Bu dəmləməni uşaqlara da vermək olar.
- Ağız boşluğunda istənilən iltihab, yara və s. zamanı nar qabıqlarının dəmləməsi çox yaxşı kömək edir. Damaqları möhkəmləndirir, qanamasını azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişdə iltihab zamanı, dişin çəkilməsindən sonra nar qabıqlarının dəmləməsinə 1 çay qaşığı duz əlavə edin və qarqara edin və ya dəmləməni ağzınıza alın və bir neçə dəqiqə ərzində xəstə və ya çəkilmiş diş olan tərəfdə saxlayın.
- Nar qabıqlarının dəmləməsi qurdqovucu təsirə malikdir.
- Bu dəmləmə öskürək zamanı da yaxşı kömək edir. Onu 1/3 stəkan olmaqla gün ərzində 3 dəfə ilıq şəkildə için.
- Nar qabıqlarının dəmləməsi qastrit və mədə xorası zamanı da müalicəvi təsir edir - iltihabı azaldır, xora və eroziyaların sağalmasını tezləşdirir.
Nar qabığını qurudun. 100 qram qaynamış suya 2 qram nar qabığı ataraq 10 dəqiqə qaynadın. Bu suyu hər gün çay olaraq için. Başda xərçəng, ürək və şəkər xəstəlikləri olmaqla, bir çox xəstəlikdən qorunmuş olacaqsınız. Odur ki, bundan sonra nar yedikdə qabıqlarını qətiyyən atmayın.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3686 Tarix: 24 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVəba hələ də insanların sağlamlığına təsir edir - Təhlükəli xəstəliklərlə əlaqə tapıldı
XIV əsrdə baş vermiş və milyonlarla insanın ölümünə səbəb olmuş Qara ölüm pandemiyası zamanı yaranan genetik dəyişikliklər bu gün də insan orqanizminin təhlükəli infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır. Lakin alimlər bildirirlər ki, bunun mənfi tərəfi də var. Qaynarinfo xəbər verir ki, genetikləri
27.07.2026 355 Bir-iki fincan, ya daha çox? - Həkim qəhvənin qan təzyiqini kəskin artıran miqdarını açıqlayıb
Qəhvənin orqanizmə təsiri onun istehlak miqdarından birbaşa asılıdır. xəbər verir ki, bu barədə rusiyalı kardioloq və tibb elmləri namizədi Valentina Baydina nəşrinə verdiyi müsahibədə danışıb. Həkim orqanizmə mənfi təsir göstərə biləcək qəhvə miqdarını açıqlayıb. Valentina Baydina bildirib ki, çox miqdard
12.07.2026 408 Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı
Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun "ScienceAlert" nəşri istinadən məlumatına görə, aktyor bildirib ki
13.07.2026 622 İnsan beynində diş çıxa bilərmi - Şok faktlar
İlk baxışda bu, qorxu filmini xatırladır. Amma təəccüblüdür ki, tibbdə həqiqətən də beyində dişə bənzər strukturların aşkar edildiyi çox nadir hallar təsvir olunub. BİG.AZ -a istinadən xəbər verir ki, əslində, beyin özü diş yaratmır. Bunun səbəbi adətən teratoma adlanan çox nadir bir şiş növüdür. Teratomala
14.07.2026 533 55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?
100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək
22.07.2026 728 Allergiyadan astmaya aparan səbəblər: Kondisioner də nəfəs yollarını zədələyir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında tənəffüs yolları xəstəliklərindən danışılıb. Tənəffüs yolları xəstəlikləri hansı qruplara bölünür?. Ən çox rast gəlinən problemlər hansılardır?. Tənəffüs yolları xəstəliklərinin səbəbləri nələrdir?. Hava çirkliliyi ağciyərlərə necə təsir edir?. Siqareti
01.08.2026 269 Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq
Mütəxəssislər supermarket rəflərində satılan ən keyfiyyətsiz balıq növlərini açıqlayıblar. Dondurulmuş balıq tez və faydalı şam yeməyi üçün ideal seçim kimi görünür. xarici mediaya istinadən xəbər verir ki, supermarketlərdəki cəlbedici qiymətlərin arxasında bəzən qida dəyərini itirmiş, hətta sağlamlı
02.08.2026 257 5-dən çox yuxu pozğunluğu simptomu insult riskini kəskin artırır
Yuxu problemləri insult riskini 16% artırır. -a istinadən xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. O qeyd edib ki, insult ciddi və həyati təhlükə yaradan təcili vəziyyətdir:. "Bu
02.08.2026 461 Hovuzdan istifadə zamanı ən çox edilən səhvlər
Yay aylarında hovuzlardan istifadə geniş yayılsa da, gigiyena qaydalarına əməl olunmadıqda müxtəlif infeksiyalara yoluxma riski artır. xəbər verir ki, hovuza girməzdən əvvəl və çıxdıqdan sonra duş qəbul etmək, hovuz kənarında ayaqyalın gəzməmək və şəxsi dəsmal, başmaqdan istifadə etmək vacibdir. Bu
01.08.2026 278