Artıq piylərdən bu yolla azad olun - Gün ərzində...

Artıq piylərdən bu yolla azad olun - Gün ərzində...Dövrümüzün ən aktual problemlərindən biri artiq çəki və piylənmə problemidir. Dadlı yəməkləri, ləziz şirniyyatları, meyvə sularını süfrədə görəndə çox vaxt özümüzü saxlaya bilmirik."3 günlük dünyadır" bəhanəsi ilə ən dadlı təamların dadına baxırıq. Günün sonunda isə yenə peşmanlıq çəkirik. Artıq çəki orqanizmdə müxtəlif fəsadlar törədir: bədənimizin fərqli nahiyərində piy toxumaları toplanır və bu, orqanların normal fəaliyyətinə mənfi təsir göstərir

Həkim-diyetoloq Günay Həsənova qaraciyərin piylənməsi barədə BiG.AZ-a danışaraq məsləhətlərini verib.

Artıq piylərdən bu yolla azad olun - Gün ərzində...O vurğulayıb ki, qaraciyərdə piy toxuması olmur, artıq qidalanma və orqanizmdə mübadilə proseslərinin ləngiməsi nəticəsində əvvəlcə yalnız qaraciyərin ətrafları piylənməyə başlayır, qarın boşluğunda piy toxuması toplanır, sonra yavaş-yavaş qaraciyər sıxılır, onun hüceyrələrinə də piy yığılmağa başlayır və xəstəlik əlamətləri üzə çıxır.

"Əvvəlcə yeməkdən sonra köp əmələ gəlir, sonra ürəkbulanma, bəzi hallarda qusma, sonra sağ qabırğaaltı nahiyədə ağrılar və qaraciyərin bərkiməsi baş verir. Yaxşı olar ki, hər kəs yediyi qidalara və işlətdiyi enerjiyə diqqət etsin. Bir oturumda 5 adamın yeməyini yeyən biri 5 adamın işini də görməlidir ki, qaraciyəri piylənib sıradan çıxmasın.

Normalda, insan aktiv hərəkəti və açıq havada gəzməyi bir vərdişə çevirməlidir.

Alkoqol və siqaret qaraciyərin birinci düşmənləridir.

Həddindən çox kimyəvi dərman qəbulu, əsasən hərarətsalıcılar və ağrıkəsicilər xəstəliyin ağırlaşmasına səbəb olur, çox antibiotik qəbulu zamanı bəzən mədə-bağırsaqda göbələklər inkişaf edir ki, bu göbələklərin ifraz etdikləri toksinləri qaraciyərimiz təmizləmək məcburiyyətində qalır.

Piylənməyə uğramış qaraciyər hüceyrələri zamanla parçalanır və onların yerinə birləşdirici toxuma əmələ gəlir. Sonra fibrozlaşma gedir, qaraciyər yavaş-yavaş sıradan çıxmağa başlayır və sirroza doğru addımlayır, bu da olduqca təhlükəli haldır. Sirroz qarşısı alına bilməyən bir qaraciyər xəstəliyidir, orqanın çatışmazlığı ilə nəticələnir".

Bəs orqanizmdə qaraciyər piylənməsi varsa, nə etməliyik?

Həkim bu sualın cavabında aşağıdakı məsləhətləri verib:

1. Gündəlik rasiondan siqaret və alkoqol çıxarılmalı, yağlı yeməklər, kimyəvi dərmanlar, rafinə olunmuş ərzaqlar azaldılmalıdır.
2. Hər gün 2 saat açıq havada iti addımlarla gəzməli, bol su içməli, çay və qəhvədən az istifadə etməli, acmadan yeməməli, doymadan süfrədən durmalı, bol-bol göyərti yeyilməlidir.
3. İstifadə olunan yağlar zeytun yağı və təmiz kərə yağı ilə əvəz olunmalı, yeməkdən yarım saat əvvəl təzə salatlar yeyilməlidir.

Diyetoloq onu da qeyd edib ki, müxtəlif detokslarla bədənimizi piylərdən azad edə bilərik.

Onun tövsiyə etdiyi detoksun reseptini təqdim edirik:

yarım dilimlənmiş limon
yarım dilimlənmış alma
8-9 ədəd qara istiot
4-5 mixək
baş barmaq ölçüsündə zəncəfil
2 budaq nanə
1 orta boy sarıkök kötüyü
6-7 baş üzərlik
1 paket yaşıl çay
1 darcın çubuğu
1.5-2 litrə yaxın qaynar su əlavə edib dəmlənməsini gözləyin və gün ərzində için.

Mehin Mehman


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1337   Tarix: 14 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...

30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd

06.09.2026 309
.

Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq

"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza

03.09.2026 332
.

Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec

05.09.2026 294
.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21.09.2026 306
.

Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində

16.09.2026 299
.

Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?

İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3

07.09.2026 393
.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd

20.09.2026 311
.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans

20.09.2026 321
.

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. "Qafqazinfo" xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:. "Üzüm, qaragilə, qırmızı soğan, böyürtkə

15.09.2026 401
.