"Dərman strateji məhsuldur, baha satan məsuliyyətə cəlb olunmalıdır"

"Dərman strateji məhsuldur, baha satan məsuliyyətə cəlb olunmalıdır"Azərbaycanda dərman vasitələrinin qiymətində növbəti bahalaşma, eyni zamanda qiymət fərqləri müşahidə olunur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov da bu məsələyə diqqət çəkib.

O deyib ki, süni qiymət artımı müşahidə edilir və ciddi monitorinqlərə ehtiyac var. Eyni zamanda vurğulayıb ki, Türkiyədə aldığı dərmanlarla Azərbaycandakı preparatların qiyməti arasında səkkiz dəfəyə qədər fərq var.

Həmçinin son günlər yodun qiymətində kəskin bahalaşma olduğu barədə məlumatlar paylaşılır.

Dərman qiymətlərində bahalaşma ilə əlaqədar Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, apteklər özbaşına qiyməti artıra bilmir:

"Dərmanların qiymətinə müvafiq strukturlar nəzarət edir. Apteklər özbaşına qiymətləri artıra bilmir. Məsələ bundadır ki, burada dərmanların daha ucuz satılması üçün iki çıxış yolu var. Bizim qardaş ölkəmiz olan Türkiyədən buraya gətirilən pereparatlar da baha satılır. Bunun qarşısını almaq üçün Azərbaycana daxil olan zaman gömrük rüsumları azaldılmalıdır. O halda qiymətlər enə bilər. Ümumiyyətlə, bu, digər ölkələrdən gətirilən dərmanlara da tətbiq olunmalıdır".

E.Qəribli qeyd edib ki, bəzi dərmanların əlavə dəyər vergisi azaldılmalıdır:

"Bəzi dərman məhsulları var ki, onun rüsumları, vergisi digərlərinə nisbətən azaldılmalıdır. Həssas təbəqənin daha çox hansı məhsullardan istifadə etdiyi müəyyən olunmalıdır. Vergiləri azaltmaqla problemləri həll etmək mümkündür. İdxal da azaldılmalıdır. Rüsumun və əlavə dəyər vergisinin differensasiyasına ehtiyac var".

Həkim-terapevt Abbas Bağırov satılan dərmanların keyfiyyətinin aşağı olduğunu söyləyib:

"Azərbaycanda bazarda tətbiq olunan farmakoloji pereparatlar, dərman maddələri və hazır satılan dərmanlar bəzi həkimlərin və praktiki səhiyyə işçilərinin hesabına farmasevtlik effektinə görə digər ölkələrdə satılan dərmanların əksəriyyətindən zəifdir. Bu birinci məsələdir. İkinci bir məsələ böhrandır. Bahalaşma müşahidə olunur. Orta təbəqənin nümayəndələri ehtiyacı olduğu dərmanları ala bilmirlər".

A.Bağırov əlavə edib ki, bəzi dərmanların komponentləri arasında farmakoloji və bioloji uyğunsuzluq var:

"Bəzən doza həddi düzgün olmur. Farmakoloji sistem yenidən tərtib olunmalıdır. Bu məsələlərə diqqət, nəzarət artırılmalıdır. Həqiqətən də, bizdə dərman bazarında böhranlı vəziyyətlər var. Bəzi dərmanların qiyməti həddindən çox şişirdilir. Xaricdən gətirilən məhsulun qiyməti başadüşüləndir. Amma bu qədər fərq olmamalıdır. Qiymətlərə nəzarət gücləndirilməlidir".

Farmakoloq Aydın Əliyevin sözlərinə görə, ölkəmizdə dərman istehsalına başlanmalıdır:

"Son bir neçə ildir ki, dərmanlar haqqında daha çox danışılır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, keyfiyyətsiz məhsul gətirilməsin. Çünki onlar da xəstəlik yaradır. Həkim diaqnozu düzgün bilməli və düzgün dərman yazmalıdır. Dərmanın keyfiyyəti həkimlik deyil. Preparatlar müvafiq ekspertizadan keçirilməlidir.

Ölkəmizdə dərman istehsalına başlanmalıdır. Bir neçə dərman zavodu açılmalıdır. Dərmanlar televiziyalarda reklam olunmamalıdır. Dərman paltar, maşın deyil".

A.Əliyev qeyd edib ki, dərman strateji məhsuldur, baha satan məsuliyyətə cəlb olunmalıdır:

"Dərmanların qiymətini Tarif Şurası təsdiq edir. Kimsə tətbiq olunan qiymətdən artıq satırsa, hüquqi məsuliyyətə cəlb olunmalıdır. Bazarda satılan tərəvəz deyil ki, istənilən qiymətə satılsın. Strateji məhsuldur. İnsanların sağlamlığıdır. Onlara qoyulan qiymətlər dəyişməməlidir. Birbaşa nəzarət çətindir, buna görə də dərmanların elektron şəkildə qiymətləri olmalıdır. İnsanlar elektron resursa daxil olub, qiyməti öyrənə bilməlidirlər. Ancaq bu cür tənzimləmək olar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 663   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

16:40 176
.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

14:40 181
.

Şuşadan dünyaya ünvanlanan siyasi mesaj: Azərbaycan-Türkiyə müttəfiqliyi regional reallıqların əsas dayaqlarından biridir

Azərbaycan və Türkiyə münasibətləri müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərlə strateji maraqların vəhdət təşkil etdiyi nadir tərəfdaşlıq nümunələrindən biridir. Bu münasibətlərin mahiyyəti yalnız ortaq dil, din, mədəniyyət və tarixi bağlılıqla ölçülmür. İki dövlət arasındakı əlaqələ

12:37 186
.

Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik

11:56 182
.

Azərbaycanda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi

18:00 177
.

Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd

19:30 113
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v

14:01 181
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

20:15 73
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

20:00 88
.