Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir.
"Qafqazinfo" xəbər verir ki, Britaniyanın rəqəmsal, mədəniyyət, media və idman naziri Liza Nandi 16 yaşdan kiçik uşaqların "eBay", "Facebook Marketplace", "Vinted" və "Depop" kimi alış-veriş platformalarından istifadəsini məhdudlaşdırmaq üçün yeni təşəbbüslə çıxış edib.
Hökumət rəsmilərinin və hüquq müdafiəçilərinin qənaətinə görə, bu saytlardakı daxili çat və mesajlaşma bölmələri yad şəxslər tərəfindən uşaqların istismar edilməsi riskini artırır. Britaniyanın "The Children's Society" xeyriyyə təşkilatı bildirib ki, bəzi bədniyyətli istifadəçilər məhz bu platformalar üzərindən pul müqabilində uşaqlardan uyğunsuz fotolar tələb ediblər.
Hökumətdəki mənbələr 16 yaşdan kiçik uşaqların həmin platformalarda ciddi risklərlə üzləşdiyini təsdiqləyən çoxlu sübutların olduğunu və uşaqların internetdə qorunması üçün kompleks tədbirlərin görüldüyünü vurğulayırlar.
Xatırladaq ki, Britaniya hökuməti bu ilin iyun ayında 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi üzərində işə başladığını elan edib.
Layihə çərçivəsində sosial media platformaları ilə yanaşı, oyun və canlı yayım tətbiqlərindəki mesajlaşma funksiyalarının məhdudlaşdırılması, uşaqların qadağaları aşmaq üçün istifadə etdiyi VPN xidmətlərinə çıxışın bloklanması nəzərdə tutulur.
Hökumət rəsmiləri sosial medianın uşaqların psixi sağlamlığına zərər vurduğunu, zorakılıq və təhlükəli məzmunların yayılmasını asanlaşdırdığını bildirirlər. Qanunvericilik aktının ilin sonunadək parlamentdən keçməsi və gələn ildən etibarən mərhələli şəkildə qüvvəyə minməsi planlaşdırılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 81 Tarix: 09 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
10:33 196 İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin v
14:01 163 Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət
11:13 215 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir
9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini
10:07 215 İlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
11:59 180 Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün gündəliyi müzakirə olunur
Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edi
14:00 154 Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə birliyi sarsılmaz strateji reallıqdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş, ardınca mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin siyasi və strateji mahiyyətini bir daha nümayiş etdirdi
12:19 243 Ərdoğan Azərbaycan xalqını təbrik etdi
"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman
14:34 164 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
17:30 92