İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycan tarixinin şanlı Qələbəsinə siyasi və mənəvi baxış8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi Qələbənin əhəmiyyətini, Azərbaycanın keçdiyi çətin və şərəfli yolu, eləcə də qarşıda duran strateji hədəfləri bir daha gündəmə gətirir.

Zəfər Günü sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün Azərbaycan xalqının 30 ilə yaxın davam edən işğala qarşı mübarizəsinin, sarsılmaz inamının və milli birliyinin təntənəsidir. Prezident İlham Əliyevin müraciətinin əsas mahiyyəti də məhz bu tarixi reallığın siyasi və mənəvi baxımdan qiymətləndirilməsindən ibarətdir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. 44 gün ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən, xalqımızın yaddaşına əbədi həkk olunan tarixi hadisəyə çevrildi. Məhz bu Qələbədən sonra Azərbaycan regionda yeni siyasi reallıqların müəllifi oldu.

Bu tarixi uğurun əldə edilməsində Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Ali Baş Komandan kimi rəhbərliyi və Azərbaycan xalqının dövlət başçısı ətrafında sıx birləşməsi mühüm rol oynadı. Müharibə dövründə xalq-ordu birliyi ən yüksək səviyyəyə çatdı. Cəmiyyətin bütün təbəqələri vahid amal - torpaqlarımızın azad edilməsi naminə səfərbər oldu.

Zəfər Günü müraciətinin mühüm mesajlarından biri şəhidlərimizin və qazilərimizin fədakarlığının unudulmamasıdır. Çünki bu Qələbənin hər qarışında qəhrəman əsgər və zabitlərimizin qanı, şəhid analarının göz yaşı, qazilərimizin iradəsi var. Azərbaycan xalqı heç vaxt Vətən uğrunda canından keçən övladlarının qəhrəmanlığını unutmayacaq.

Qələbənin tarixi əhəmiyyəti 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərpası ilə daha da möhkəmləndi. Bununla da ölkəmiz ərazi bütövlüyü və suverenliyini tam təmin edən dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu, Azərbaycan dövlətinin gücünün, siyasi iradəsinin və milli maraqlara əsaslanan müstəqil siyasətinin nəticəsi idi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Zəfərin davamıdır. Yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması, məktəblərin, xəstəxanaların, yolların və digər sosial obyektlərin istifadəyə verilməsi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması Azərbaycanın gələcəyə hesablanmış strategiyasını nümayiş etdirir. Böyük Qayıdış proqramı tarixi ədalətin bərpasının real nəticələrini ortaya qoyur.

Prezident İlham Əliyevin müraciətinin digər mühüm siyasi istiqaməti Azərbaycanın gələcək inkişafı ilə bağlıdır. Qazanılmış Qələbənin qorunması, ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, iqtisadi potensialın artırılması və beynəlxalq mövqelərin möhkəmləndirilməsi dövlət siyasətinin əsas prioritetləri olaraq qalır. Çünki güclü dövlət, güclü iqtisadiyyat və müasir ordu milli təhlükəsizliyin başlıca təminatıdır.

Bu gün Zəfər Günü həm də gənc nəsil üçün böyük vətənpərvərlik məktəbidir. Gələcək nəsillər bilməlidir ki, Azərbaycan xalqı öz torpaqlarını heç vaxt unutmadı, milli iradəsini itirmədi və tarixi ədalətin bərpasına nail oldu. Bu Qələbə Vətənə sevginin, dövlətə sədaqətin və milli həmrəyliyin hansı böyük nəticələrə gətirib çıxara biləcəyinin parlaq nümunəsidir.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti bir daha təsdiqləyir ki, Azərbaycan xalqı öz tarixi ilə fəxr etməkdə haqlıdır. 8 Noyabr milli yaddaşımızın, dövlətçilik tariximizin və müstəqillik iradəmizin ən şanlı səhifələrindən biridir. Bu Qələbə Azərbaycan dövlətinin gücünü təsdiqləməklə yanaşı, gələcək nəsillərə də əbədi qürur və məsuliyyət mirasıdır.

Zəfər Azərbaycan xalqının birliyinin, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir. Qarabağ Azərbaycandır!

Hicran Hüseynova
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 72   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

08.11.2026 296
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 215
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

08.11.2026 311
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 1
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

08.11.2026 261
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya

11:33 157
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 335
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin və milli qürurumuzun rəmzidir

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə əks etdirən mühüm tarixi gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin, suverenliyinin və gələcəyə inamının rəmzidir. Bu bayraq Azərbaycanın tarixini

10:07 195
.

Putin, Tramp və Si Cinpin arasında mümkün görüşün gündəliyi müzakirə olunur

Rusiya, ABŞ və Çin Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında APEC sammiti çərçivəsində mümkün görüşün gündəliyi ilə bağlı fikir mübadiləsi aparırlar. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edi

14:00 10
.