Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb.

Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki, əsas məqsəd valideyn alimenti ödəmək imkanında olmadıqda və ya bu öhdəliyin icrasından yayındıqda, uşağın maddi təminatını həyata keçirmək, eləcə də hüquqlarını qorumaqdır.

Bu təcrübədən dünyanın bir sıra ölkələrində istifadə olunur. Məsələn, İsveçdə valideyn alimenti gecikdirdikdə və ya tam ödəmədikdə, dövlət uşağa müəyyən edilmiş minimum məbləğdə vəsait ödəyir. Daha sonra həmin məbləği borclu valideyndən geri tələb edir.

Bəs Azərbaycanda bu təcrübənin tətbiqinə nə zaman başlanılacaq? Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr hansı mərhələdədir?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, proses hələ təşəbbüs mərhələsindədir:

"Azərbaycanda Aliment Fondunun yaradılması ideyası artıq bir neçə ildir ki, həm Milli Məclisdə, həm də aidiyyəti dövlət qurumları səviyyəsində müzakirə edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova hələ 2021-ci ildə belə bir fondun yaradılması təklifini irəli sürüb və sonrakı illərdə bu təşəbbüsü müdafiə edib. Ədliyyə Nazirliyinin 2025-ci ilin yanvarındakı açıqlamasına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə qurumlararası işçi qrupunun formalaşdırılması istiqamətində iş aparılırdı. Dövlət Komitəsinin sədri Bahar Muradova da fondun yaradılması üçün ehtiyacların və maliyyə imkanlarının təhlil edildiyini bildirib. 2026-cı ilin fevralında Milli Məclisin İnsan hüquqları komitəsində məsələ qaldırılıb, aliment öhdəliklərinin icrası ilə bağlı problemlər və qanunvericiliyə dəyişiklik edilməsi zərurəti vurğulanıb. Bu prosesin hələ təşəbbüs və müzakirə mərhələsində olduğunu söyləmək daha düzgündür".

Millət vəkili hesab edir ki, fondun yaradılması yalnız siyasi və sosial qərar deyil. Bunun üçün maliyyələşmə mənbələri, hüquqi mexanizmlər, ödənişlərin şərtləri və dövlətin ödədiyi vəsaitin borclu valideynlərdən geri alınması qaydaları müəyyənləşdirilməlidir:

"Fikrimcə, burada əsas məsələ fondun yaradılıb-yaradılmamasından daha çox onun hansı prinsiplərlə fəaliyyət göstərəcəyidir. Fondun yaradılacağına dair təsdiqlənmiş konkret tarix yoxdur. Bununla belə, müzakirələrin davam etməsi onun gündəmdən çıxmadığını göstərir".

Müşfiq Məmmədli Aliment Fondunun həllinə kömək edəcəyi məsələlərdən də danışıb:

"İlk növbədə, aliment ödənişlərinin gecikməsi və ya ümumiyyətlə, həyata keçirilməməsi nəticəsində uşaqların qarşılaşdığı sosial çətinlikləri azaltmaq mümkün olar. Aliment ödənilmədikdə, dövlət müəyyən edilmiş şərtlərlə müvəqqəti ödəniş həyata keçirə bilər. Uşağın qidalanması, müalicəsi, dərman təminatı və təhsil xərclərinin qarşılanmasında fasilələrin qarşısı alınar. Fond təkbaşına uşaq böyüdən valideynlərin müdafiəsi baxımından da əhəmiyyətlidir, xüsusilə aztəminatlı ailələrin maliyyə yükü yüngülləşər. Dövlət ödədiyi vəsaiti sonradan borclu valideyndən qanunla müəyyən edilmiş qaydada tələb edə bilər. Burada mühüm bir prinsip var: fond aliment ödəməyən valideyni məsuliyyətdən azad etməməlidir. Əksinə, fond uşağın təminatında yaranan fasiləni aradan qaldırmalı, dövlət isə ödənilmiş vəsaitin geri qaytarılması üçün təsirli hüquqi mexanizmlər tətbiq etməlidir.

Ümumiyyətlə, aliment borcunun müəyyənləşdirilməsi və icra öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət tədbirləri artıq qanunvericilikdə nəzərdə tutulur. Fondun fəaliyyəti həmin icra mexanizmləri ilə əlaqələndirilə bilər".

Deputat hesab edir ki, Aliment Fondunun yaradılması məsələsinə yalnız maliyyə mexanizmi kimi deyil, uşaqların hüquqlarının qorunması və sosial ədalətin təmini baxımından yanaşmaq lazımdır:

"Boşanma valideynlər arasında ailə münasibətlərinə son qoya bilər, lakin onların övlad qarşısındakı məsuliyyətini aradan qaldırmır. Heç bir uşaq valideynlərindən birinin aliment öhdəliyini yerinə yetirməməsinə görə təhsilindən, sağlamlığından və normal yaşayış şəraitindən məhrum olmamalıdır.

Əsas prinsipimiz belə olmalıdır: valideynlər arasında yaranan mübahisələrin sosial və iqtisadi ağırlığını uşaqlar daşımamalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 62   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 230
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

17:20 167
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

17:00 184
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

15:30 188
.

Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik

11:56 182
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

20:00 113
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

15:40 184
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 186
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

20:15 100
.