Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədirGürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub.

Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentlikləri və biznes nəşrləri səfərin gedişini operativ işıqlandırıb, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanınn Şuşadakı görüşü və səsləndirdikləri mesajları ayrıca xəbərlərlə təqdim ediblər.

Gürcüstanın Birinci Kanalı 1TV noyabrın 8-də Türkiyə Prezidentinin Azərbaycana səfəri barədə materialda Füzuli Beynəlxalq Hava Limanında qarşılanma, sonra Şuşada keçirilən rəsmi qarşılanma mərasimi və səfərin 8 Noyabr - Zəfər Günü ilə eyni vaxta təsadüf etməsi diqqətə çatdırılıb.

Telekanal daha sonra Azərbaycan və Türkiyə prezidentlərinin birgə mətbuat konfransındakı çıxışlarını ayrıca materialla yayımlayıb. Dərc olunan xəbərin başlığında Türkiyə Prezidentinin Azərbaycanın regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində səylərini dəstəkləməsi önə çıxarılıb. Materialda Azərbaycan Prezidentinin Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olması barədə fikirlərinə də yer verilib.

Gürcüstanın nüfuzlu xəbər agentliklərindən olan "InterpressNews" da səfəri geniş işıqlandırıb. Agentliyin yayımladığı xəbərdə Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri, Şuşadakı qarşılanma mərasimi və iki dövlət başçısının mətbuata açıqlamaları barədə məlumat verilib. Xəbərdə həmçinin Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin Xocalı soyqırımı memorialını ziyarət etdiyi qeyd olunub.

Gürcüstan mediasının səfərə marağı isə yalnız noyabrın 8-də başlamayıb. Səfərdən üç gün əvvəl, noyabrın 5-də 1TV Türkiyə Prezidentinin Azərbaycanla münasibətlər barədə açıqlamalarını ayrıca xəbər kimi yayıb. Materialın başlığında iki ölkə arasındakı münasibətlərin adi diplomatik əlaqələrdən daha geniş olduğu və mövcud qardaşlıq münasibətlərinin istənilən maneəni aşa biləcəyi barədə mesaj önə çıxarılıb.

Eyni açıqlama "InterpressNews"un da diqqət mərkəzində olub. Agentlik noyabrın 5-də "Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur" fikrini başlığa çıxarıb.

Beləliklə, Gürcüstan mediasının yanaşmasında səfərin iki mühüm istiqaməti diqqəti cəlb edir. Birinci istiqamət Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlər, iki dövlət başçısının səsləndirdiyi birlik və həmrəylik mesajlarıdır. İkinci istiqamət isə münasibətlərin Cənubi Qafqazda sülh, təhlükəsizlik və regional proseslər baxımından əhəmiyyətidir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Gürcüstan nəşrləri səfəri yalnız protokol tədbiri kimi təqdim etməyib. Türkiyə Prezidentinin səfərdən əvvəl verdiyi açıqlamalar da ayrıca gündəmə gətirilib, daha sonra səfərin özü, Şuşadakı rəsmi qarşılanma, iki dövlət başçısının görüşü və mətbuat konfransındakı çıxışları ardıcıl şəkildə işıqlandırılıb.

Azərbaycan Prezidentinin çıxışından Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığı, iki ölkənin müharibə dövründəki həmrəyliyi və münasibətlərin gələcək inkişafı ilə bağlı fikirlər ön plana çıxarılıb. Türkiyə Prezidentinin çıxışında isə Azərbaycanın regionda uzunmüddətli sülh yaratmaq istiqamətində səylərinə dəstək, Qarabağın bərpası və Cənubi Qafqazda yeni dövrün formalaşması ilə bağlı mesajlar Gürcüstan mediasının diqqət yetirdiyi əsas məqamlar olub.

Yerli medianın səfərə yanaşması göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri Tbilisinin informasiya gündəmində yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, həm də Cənubi Qafqazdakı regional proseslər fonunda izlənilir. Səfərin 8 Noyabr - Azərbaycanın Zəfər Günü ilə eyni vaxta təsadüf etməsi, Şuşada keçirilməsi və iki ölkə prezidentinin regionda sülh və əməkdaşlıqla bağlı mesajları isə gürcü nəşrlərinin materiallarında xüsusi yer tutub.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədirAzərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədirAzərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 55   Tarix: 08 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib

Finlandiyanın şimalında baş vermiş böyük yanğın nəticəsində milli toxumluq kartof fondunun beşdə biri məhv olub. "Report" "Yle" teleradio şirkətinə istinadən xəbər verir ki, yanğın cümə günü axşam Şimali Ostrobotniya əyalətinin Türnyavya şəhərindəki anbar kompleksində qeydə alınıb

19:50 155
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

18:19 170
.

ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib. "Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib. Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pu

19:40 157
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

17:38 146
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

22:31 84
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

21:20 166
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

21:00 134
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

22:26 77
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

19:46 177
.