İzmirdəki partlayışda ölənlərin sayı artıb

İzmirdəki partlayışda ölənlərin sayı artıbTürkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb.

Oxu.Az-ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa müraciətində bildirib.

"İzmir vilayətinin Aliağa rayonundakı metallurgiya zavodunda baş verən partlayış nəticəsində 16 nəfər həlak olub, 13 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır", - deyə dövlət başçısı qeyd edib.

18:28

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən metallurgiya kombinatında baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İzmir vilayətinin valisi Süleyman Elban jurnalistlərə açıqlamasında bildirib.

"Aliağada ölənlərin sayı 10-a yüksəlib, 15 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır. Dağıntılar altında daha dörd nəfər qalır", - deyə vali qeyd edib.

16:25

Türkiyənin İzmir şəhərinin sənaye mərkəzlərindən biri olan Aliağa rayonundakı "HABAŞ" dəmir-polad zavodunda güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Oxu. Az "TRT Haber"-ə istinadən məlumat verir.

Belə ki, partlayış nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb. Dağıntılar altında qalan 8 nəfərin axtarışları davam edir.

Partlayışın səbəbi hələ müəyyən edilməyib.

14:53

Türkiyənin İzmir şəhərindəki zavodda baş verən partlayış nəticəsində həlak olanlar və xəsarət alanlar var, çox sayda işçi dağıntılar altında qalıb.

Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən yazır.

"Yanğınsöndürənlər partlayışdan sonra baş verən yanğınla mübarizə aparmağa davam edirlər. Ölən və yaralananların olduğu bildirilir", - deyə məlumatda vurğulanır.

NTV-nin yaydığı məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb, 14 nəfər xəsarət alıb, onlardan üçü ağır vəziyyətdədir. 10 nəfər itkin düşmüş hesab edilir.

14:34

Türkiyənin İzmir şəhərində "HABAŞ" dəmir-polad zavodunda güclü partlayış baş verib.

Bu barədə Oxu.Az Türkiyə mətbuatına istinadən məlumat verir.

Məlumata görə, partlayışdan sonra yanğın başlayıb və hazırda yanğınsöndürənlər onu söndürməyə çalışırlar.

Hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili yardım qrupları göndərilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 63   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

13:50 230
.

Adanada zəlzələ olub

Türkiyədə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə qeydə alınıb. Yerli vaxtla saat 15:28-də baş verən zəlzələnin ocağı 15,35 km dərinlikdə yerləşib

17:20 167
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

17:00 184
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

15:30 188
.

Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik

11:56 182
.

Şəhid qardaşı Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı

20:00 113
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

15:40 184
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 186
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

20:15 100
.