"Qarabağ" Avropa Liqası ilə vidalaşdı
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
"Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya "Frayburq"unu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma "köhlən atlar"ın hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələn alan ölkə çempionu rəqibi geri çəkilməyə məcbur edib. Görüşün əvvəlində Kvabena Ovusunun qüvvətli zərbəsindən sonra qapıçı Noah Atubolu qola mane olub. 10-cu dəqiqədə Kadi Borges fərqlənməyə yaxın olsa da, top müdafiəçilərə dəyərək meydanı tərk edib.
23-cü dəqiqədə rəqibin əks hücumu zamanı Bəhlul Mustafazadə cərimə meydançasında Kevin Şadeyə qarşı kobudluq edərək penaltiyə səbəb olub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Nils Petersen 25-ci dəqiqədə qonaqları hesabda önə keçirib.
Qoldan sonra da "Qarabağ" topa nəzarət edən tərəf olub və təzyiqi daha da artırıb. 39-cu dəqiqədə Ovusu cərimə meydançasında əlverişli şansı boşa verərək topu qapının üstündən vurub. Bundesliqa təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
İkinci hissəyə də "köhlən atlar" daha fəal başlayıb. 53-cü dəqiqədə baş hakim Aleksey Kulbakov rəqib qapısına penalti təyin etsə də, VAR sisteminə baxıldıqdan sonra qərarını dəyişib. Ardınca Marko Veşoviç topu qapıdan keçirsə də, növbəti dəfə eyni hal yaşanıb. 62-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Kevin Medina birbaşa qırmızı alaraq meydandan qovulub. Referi ilk olaraq sarı vərəqə versə də, VAR-a baxdıqdan sonra müdafiəçini cəzalandırıb. 71-ci dəqiqədə Ovusu qapıçı ilə təkbətək qalsa da, şansdan yararlana bilməyib. "Qarabağ" sonlara yaxın təzyiqi artırıb və 90+2-ci dəqiqədə Kvabena Ovusunun qolu ilə bərabərlik qolunu vurub.
Beləliklə, rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək.
G qrupunun digər matçında "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ına 0:2 hesabı ilə yenilib. 14 xala malik "Frayburq" qrup lideri kimi 1/8 finala yüksəlib. Xallarının sayını 9-a çatdıran "Nant" Avropa Liqasında pley-offa vəsiqə qazanıb. "Qarabağ" 8 xalla üçüncü olubsa, "Olimpiakos" 2 xalla sonuncu yeri tutub.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1446 Tarix: 03 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
18.10.2026 533 Prezident Əhmədə nə dedi? - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb
05.10.2026 658 İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 351 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 310 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?
Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund
14.10.2026 644 "Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20.10.2026 1035 Ronaldo Portuqaliya millisini tərk etdi
Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo Portuqaliya milli komandasının heyətindən ayrılıb. Axşam.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında paylaşım edib. Ronaldo Danimarka ilə oyundan əvvəl baş məşqçi Xorxe Jezusla yaranmış münaqişədən sonra bu addımı atıb:. "Milli komandanı
01.10.2026 643 15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov qurumdan ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bu vəzifəyə 15 gün əvvəl təyin olunmuşdu
01.10.2026 749 Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video
Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər. Azarkeşlərin narazılığ
04.10.2026 710