Azərbaycan avarçəkəni Avropa çempionu olub

Azərbaycan avarçəkəni Avropa çempionu olubİspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşiblər.

Bu barədə Avarçəkmə Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı qitə birinciliyində Diana Dimçenko təmsil edib.

"Baku" avarçəkmə klubu adından yarışan Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb. O, bu mərhələdə ən yaxşı nəticəni göstərib. 4000 metr məsafəni 22 dəqiqə 56,72 saniyəyə qət edən idmançımız finiş xəttinə birinci çatıb. Bununla Diana Dimçenko əsas finala vəsiqəni təmin edib.

Azərbaycan təmsilçisi finalda da uğurlu çıxış edib. Dimçenko ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülüb.

Qeyd edək ki, Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk Azərbaycan təmsilçisidir.

Əlavə olaraq xatırladaq ki, Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında Azərbaycan bayrağı altında gümüş medal qazanıb.(oxu.az)


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 898   Tarix: 29 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Onlar "Sabah"la oynamaq üçün Bakıya gələcəklər

Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi "Barselona", Almaniyanın "Borussiya"

27.08.2026 395
.

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub

İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub. "Report" xəbər verir ki, bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi "Kadis" klubu məlumat yayıb. Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq. Xatırladaq ki, Susa karyerasında İtaliyanı

29.08.2026 205
.

Nikolas Ceksonun 70 milyon avroluq transferi rəsmiləşdi

İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonun transferini rəsmən açıqlayıb. xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin rəsmi saytı məlumat yayıb. Daha əvvəl mediada 25 yaşlı hücumçunun transferi üçün "Aston Villa"nın 70 milyon avro ödəməy

30.08.2026 209
.

"Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı

Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb

27.08.2026 236
.

Abdullah Zubir "Qarabağ"dan ayrıldı

Abdullah Zubir "Qarabağ"dan ayrılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, ötən gün komandanın düşərgəsini tərk edib. Fransalı yarımmüdafiəçi Qətərə yollanıb. O bu ölkənin "Əş-Şahaniya" klubu ilə müqavilə imzalayacaq. Zubir tibbi yoxlanışdan keçdikdən sonr

15.08.2026 411
.

19 yaşlı üzgüçüdən İNANILMAZ REKORD: Dünyanın ən yaxşı nəticəsini göstərdi

19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1 500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə yeni dünya rekordu müəyyənləşdirib. xəbər verir ki, Parisdə keçirilən Avropa çempionatının finalında o, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edib. Əvvəlki rekord amerikalı Bobbi Finkə məxsus olub. O, Paris Olimpiadasınd

16.08.2026 390
.

Məğlubedilməz 33 yaşlı boksçu vəfat etdi

Puerto-Rikolu boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə onun atası sosial şəbəkələrdə məlumat paylaşıb. Kolon 2015-ci il oktyabrın 17-də ABŞ-da məğlubedilməz Terrel Uilyamsla döyüşdən sonra kədərli şöhrət qazanmışdı. Həmin görüşdə Priçard başı

15.08.2026 371
.

Ronaldo evlənəcəyini anasına toydan 30 saniyə əvvəl deyib

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo ilə uzun illərdir birlikdə olduğu Corcina Rodrigesin gizli şəkildə evlənib. xarici mediaya istinadən xəbər verir ki, Ronaldo və Corcina avqustun 11-də Lissabon yaxınlığındakı Quinta da Marina ərazisində yerləşən, dəyəri təxminən 30 milyon funt sterlinq olan malikanələrind

16.08.2026 509
.

İmtina etdiyi oğlu da qapıçı oldu - Özü və övladları kimsəsiz böyüyən futbolçunun HƏYATI

Bir vaxtlar "Flamenqo"nun kapitanı idi və Braziliyanın ən yaxşı qapıçılarından biri hesab edilirdi. Adı hətta Avropanın böyük klubları ilə yanaşı çəkilir, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında milli komandanın qapısını qoruyacağı ehtimal edilirdi. Ancaq onun həyatında futbo

06.09.2026 230
.