Oğlan uşaqları qızlardan daha çox kəkələyir
Ağır psixoloji travmalar, o cümlədən güclü qorxu, ifrat sevinc hissi kəkələməni artıran başlıca səbəblərdir
Son illərdə kəkələmə hallarının xüsusilə uşaqlar arasında artdığını nəzərə alaraq, bu haqda valideynlərə, əsasən də gənc valideynlərə maarifləndirmə məqsədlə qısa məlumat verməyi lazım bildik və mütəxəssisə müraciət etdik.
"Medicina" xəbər verir ki, ATU-nun Nevrologiya kafedrasının assistenti, həkim-nevroloq İsa Alışanov kəkələmənin artikulyasiya aparatının nitq aktının formalaşmasında iştirak edən əzələlərinin funksional və ya orqanik genezli qıcolmaları səbəbindən baş verdiyini dedi.
Bildirdi ki, dünya əhalisinin təxminən 1 faizinin əziyyət çəkdiyi kəkələmə səslərin, hecaların və sözlərin uzadılması, danışıqda tez-tez fasilələrin olması ilə müşahidə edilən nitq qüsurudur. Onun sözlərinə görə, ən çox 2-6 yaş arasında inkişaf edən kəkələməyə qızlarla müqayisədə daha çox oğlanlarda rast gəlinir.
Həkim-nevroloq kəkələməyə gətirib çıxaran əsas amillərdən danışaraq qeyd etdi ki, ağır psixoloji travmalar, o cümlədən güclü qorxu, ifrat sevinc hissi və s. kəkələməni artıran başlıca səbəblərdir. Eyni zamanda insan psixikasına mənfi təsir edən uzunmüddətli patoloji vəziyyətlər, uşağın baş beyin funksiyalarının müxtəlif səbəbli doğuş zədələri, hipoksiya, asfiksiya, beyin silkələnmələri və digər pozulma halları da adıçəkilən nitq qüsurunu kəskinləşdirə bilər.
Kəkələyən uşaqlar bağçada, məktəbdə, eləcə də digər kollektivlərdə həmyaşıdları ilə ünsiyyətdə olarkən müəyyən problemlərlə qarşılaşırlar. Bu da onların həyat tərzinə, xüsusən də davranışına, xasiyyətinə və rəftarına mənfi təsir göstərir:
"Belə ki, kəkələyən uşaqlar ünsiyyətdən çəkinir, özünə qapanmaya, tək qalmağa, hətta təcavüzkarlığa meylli olurlar. Ən başlıcası isə, danışmağa həvəs göstərmirlər, ünsiyyətdən qaçırlar. Onlarda loqofobiya inkişaf edir. Ona görə də valideynlər övladlarının kəkələdiyini hiss etdikləri andan pediatra, ilk növbədə uşaq nevroloquna müraciət etsələr, problem böyüməz və nəticədə kəkələmə aradan qalxar".
Müalicənin daha effektli olması üçün uşaq nevroloqu, psixoloq və loqopedin əlaqəli işləməsinin vacibliyinə toxunan həkim, diaqnoz vaxtında qoyulduqda və müalicə düzgün aparıldıqda, tam sağalmaya nail olmağın mümkünlüyünü diqqətə çatdırdı.
Xatırladaq ki, kəkələmədən əziyyət çəkən ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı Uinston Çerçil, kino aktrisası, müğənni və model Merilin Monro, məşhur fizik, riyaziyyatçı, astronom və kimyaçı alim İsaak Nyuton və nitq qüsurlu digər tarixi şəxsiyyətlər özlərini ifadə etməyi bacarıblar.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1356 Tarix: 25 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 913 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 755 Məşhurlar ən çox bu kokteyli içir
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.
25.10.2026 1140 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 952 Yuxu iflici zamanı beyində nələr baş verir?
"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman
14.11.2026 427 İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi
İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur
08.11.2026 525 Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər
Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri
04.11.2026 777 Sevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30.10.2026 1009 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 1079