Son günlər yayılmış qrip koronavirusla bağlıdır? - AÇIQLAMA

Son günlər yayılmış qrip koronavirusla bağlıdır? - AÇIQLAMASon günlərdə ölkədə yoluxucu qrip mənşəli xəstəlik yayılıb. Daha çox azyaşlılarda təsadüf olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Böyüklər və uşaqlar arasında yayılan qrip artıq müəyyən kütlə arasında yayılıb. Xəstəlik yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürək kimi simptomlarla müşahidə olunur.

Daha əvvəl isə Səhiyyə Nazirliyi azyaşlı uşaqların qrip əleyhinə peyvənd olunması ilə bağlı tövsiyə verib. Komleks tədbirlər planı çərçivəsində bütün şəhər və rayonlarda müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri 2022-ci ilin oktyabr ayının 10-dan başlayaraq bir ay ərzində həyata keçiriləcək.

Azərbaycan həkimləri İctimai Birliyinin sədr müavini, həkim Aydın Əliyev BiG.AZ-a bildirib ki, son zamanlar yayılan xəstəlik mövsümi xarakter daşıyır:

"Bu xəstəlik mövsümi kəskin respirator xəstəliklər qrupundandır. Əksər hallarda virus mənşəli olur. Amma bunun koronavirusla əlaqəsi yoxdur. Səhiyyə Nazirliyinin qripə qarşı peyvəndlənmə ilə bağlı yaydığı açıqlama tövsiyə xarakteri daşıyır. Yəni uşaqların mövsümi kəskin respirator xəstəliklərlə bağlı, əsasən virus törədicisi xəstəliklərə qarşı peyvəndlər var və könüllü sürətdə həyata keçirilir. Səhiyyə Nazirliyi bunu məcburi qaydada etmir. Sadəcə peyvəndlənmə ilə bağlı maarifləndirmə işi aparmaq olar. Yəni peyvənd olunmuş uşaqlar bu xəstəlikləri daha yüngül keçirirlər. Yaxud çox yüngül keçirdiyinə görə onların xəstəliyə yoluxduğu bilinmir.

Təbii ki, bu məsələdə immunitetin inkişafı üçün peyvəndlərin qoruyucu təsiri var. Amma bunun bir epidemik hal olduğunu düşünmürəm. Müəyyən qədər yayılma olsa da, tam kütləvi xarakter daşımır. Hər il olduğu kimi, payız vaxtı mövsümi olaraq kəskin respirator xəstəliklərin sayı artır. Hələ ki, bununla bağlı təhlükəli durum müşahidə etmirəm".

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Təşkilatının "Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030" sənədinə uyğun olaraq, "2022-2023-cü ilin payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji gücləndirilməsi məqsədilə" əmr imzalayıb.

Nuranə


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1874   Tarix: 21 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.