Əfsanəvi futbolçular Azərbaycana nə üçün gəlir? - AÇIQLAMA

Əfsanəvi futbolçular Azərbaycana nə üçün gəlir? - AÇIQLAMAİspaniya yığmasının və Madrid "Real"ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.

Bu barədə jurnalist, təşkilatçı Ağa Dadaşzadə şəxsi feysbuk hesabında paylaşım edib.

Səfərin səbəbi barədə Offsideplus.az-a verən Dadaşzadə ispanların ölkəmizə istirahət məqsədi ilə gələcəyini bildirib:

"İker Kasilyasla Raul Qonsales azərbaycanlı iş adamı tərəfindən ölkəmizə dəvət olunub. Həmin iş adamı hazırda İspaniyada şəxsi bizneslə məşğuldur. Elə adıçəkilən futbolçularla dostluq əlaqələri olan soydaşımız onları Azərbaycana dəvət edib. Sabiq oyunçuların iyun ayının ortalarında Bakıya səfəri gözlənilir. Gəlişin məqsədi isə Azərbaycanda dincəlməkdir. İlk olaraq paytaxta qədəm qoyacaq futbolçular Bakıdakı məşhur otellərdən birində qalacaqlar. Onların bir neçə bölgəyə də səfəri planlaşdırılıb. Bu rayonlardan biri Qubadır".

Həmsöhbətimiz ispaniyalı futbolçuların yerli mətbuatla görüşünü də təşkil etmək istədiklərini söylədi:

"İndiyədək Azərbaycana bir sıra məşhur futbolçular gəlib. Lakin onların mətbuatla görüşü təşkil olunmayıb. Çalışırıq ki, bu dəfə Kasilyasla Qonsalesi azərbaycanlı media nümayəndələri ilə görüşdürək. Onu da qeyd edim ki, bu səfərin nə Gənclər və İdman Nazirliyi, nə də AFFA ilə əlaqəsi var. Bu, bir az əvvəl qeyd etdiyim kimi, azərbaycanlı iş adamının bilavasitə təşəbbüsü ilə həyata keçiriləcək".

Maraq üçün qeyd edək ki, bir neçə il əvvəl "Milan" klubunun isveçli ulduzu Zlatan İbrahimoviç də ölkəmizə səfərə gəlmişdi. Azərbaycan təbiətinin seyrinə çıxan 40 yaşlı hücumçu İsmayıllıda ova da getmişdi./Oxu.az


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1525   Tarix: 16 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sabah" ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxacaq. Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq

05.08.2026 233
.

DÇ-2026: İkinci finalçı müəyyənləşdi

Futbol üzrə dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub. Qaynarinfo-nun məlumatına görə, Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. Baxmayaraq ki, matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqəd

16.07.2026 520
.

Bakıdakı güləş üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər açıqlanıb

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev

25.07.2026 228
.

Peruda 500-dən çox körpəyə Erlinq Holand adı verilib

2026-cı il futbol üzrə dünya çempionatı zamanı Peruda yüzlərlə yeni doğulan körpə Norveç millisinin ulduzu Erlinq Holandın şərəfinə adlandırılıb. xəbər verir ki, bu barədə "L'Equipe" nəşri Peru Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki

12.07.2026 428
.

Dünya bu görüntülərdən danışır - Fotolar

Bu gün tarixin 23-cü mundialının - DÇ-2026-nın qalibi müəyyənləşib. Axşam.az xəbər verir ki, həlledici görüşdə son çempion Argentina İspaniya yığması ilə üz-üzə gəlib. Nyu-York yaxınlığındakı "New York New Jersey Stadium"da keçirilən görüşdə İspaniya dünya çempionu olub. Bu, Argentina üçü

20.07.2026 682
.

"Real Madrid"in əsas transfer hədəfi bəlli oldu

Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo "Leypsiq"in cinah hücumçusu Yan Diomandın komandanın əsas transfer hədəfi olduğunu təsdiqləyib. xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, portuqaliyalı mütəxəssi

26.07.2026 243
.

"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilməyib

İspaniyanın "Real" və Almaniyanın "Leyptsiq" klubları arasında Fildişi Sahili yığmasının vingeri Yan Diomandenin transferi ilə bağlı aparılan danışıqlarda yekun razılıq əldə olunmayıb. "Report" "Bild"ə istinadən xəbər verir ki, Almaniya klubu Madrid təmsilçisini

01.08.2026 233
.

Frank De Blekere AFFA-dan ayrılaraq Serbiya Futbol Federasiyasına keçib

Belçikalı FIFA referisi Frank De Blekerenin AFFA-dakı fəaliyyəti başa çatıb. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib. 2024-cü ilin iyulunda AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimli

01.08.2026 212
.

Vozinya oynayacağı komandanı seçdi - FOTO

Kabo-Verde milli futbol komandasının qapıçısı Vozinya (əsl adı Jozimar Joze Evora Diaş) karyerasını Çilini təmsil edən "Kolo-Kolo" klubunda davam etdirməyə qərar verib. xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano "X" sosial şəbəkəsindəki hesabında məluma

25.07.2026 295
.

TOP MP3