Bu gün "Yoldaş Zülümov"un doğum günüdür - FOTO

Bu gün "Yoldaş Zülümov"un doğum günüdür - FOTOMartın 22-si SSRİ Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anadan olmasının 108-ci ildönümü tamam olur.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatrı yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio ("Rəqs müəllimi"), Rəşid ("Kimdir müqəssir?"), Tağı ("Köhnə dudman"), Oddamdı ("Od gəlini"), Nadir ("Çiçəklənən arzular") rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.

O, sanki bu dünyaya insanları güldürmək üçün gəlmişdi. Hər səhnəyə çıxışı auditoriya üçün əsl bayrama çevrilirdi. Yüksək sənətkarlıqla yaratdığı obrazın xarakterini tamaşaçıya bütövlükdə çatdırırdı. Aktyorun mimika və jestlərdən məharətlə istifadəsi isə təkrarolunmaz bir sənətkarlıq nümunəsi idi.

Bu gün "Yoldaş Zülümov"un doğum günüdür - FOTOOnun zəngin obrazlar qalereyasına Vəli və Soltan bəy ("Arşın mal alan"), Hambal, Cəfər və Məşədi İbad ("Məşədi İbad"), Kəblə Heydər ("Evliykən subay"), Vəli və Sandro ("Aşıq Qərib"), Qulu ("Əlli yaşında cavan"), Kərim ("Lənkəran xanının vəziri"), Qulaməli (Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur"), Trufaldino ("İki ağanın bir nökəri"), Hamlet ("Tiflis nəğməsi"), Avo ("Şirin arzular"), Çako ("Keto və Kote") və digər əsərlər daxildir.

L.Abdullayev həm də populyar kino aktyoru kimi ad-san qazanıb. Kinoda ilk işi "Arşın mal alan" filmində (1945) Vəli rolu olub. Dahi Üzeyir bəy "Arşın mal alan" filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. "Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq" deyib. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefcilov) filmlərinə çəkilib.

Bu gün "Yoldaş Zülümov"un doğum günüdür - FOTOSevimli aktyor L.Abdullayevin sənəti yüksək qiymətləndirilmiş, ən yüksək fəxri adlara layiq görülmüş, orden və medallarla təltif olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilib.

L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı İkinci Fəxri xiyabandadır.


BiG.Az
Telegramda izləyin
Kino   Baxılıb: 1511   Tarix: 22 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kara Sevda"nın final bölümü İtaliyada reytinq rekordları qırdı

"Kara Sevda" serialının final bölümü dünən İtaliyada yayımlanıb. xəbər verir ki, 2.7 milyon insanın izlədiyi serial reytinqdə 1-ci olub. Serialın baş rolları Neslihan Atagül, Burak Özçivit və Kaan Urgancıoğluna aiddir. [hh4-unikal]

05.02.2025 1141
.

"Sen Ağlama İstanbul" final edəcək

Daha bir türk serialı final edəcək. xəbər verir ki, "Sen Ağlama İstanbul" serialı 8-ci bölümdə final edəcək. Bunun səbəbi reytinqlərin aşağı olmasıdır. [hh4-unikal]

06.02.2025 1161
.

"Yabancı Damat" evləndi- FOTOLAR

"Yabancı Damat" serialında Niko rolu ilə tanınan aktyor Özgür Çevik evlənib. xəbər verir ki, o, 4 ildir münasibətdə olduğu Hatice Kartoğlu ilə ailə qurub. Toydan görüntüləri təqdim edirik:. [hh4-unikal]

10.10.2024 1359
.

"No309" serialı bu gün Çexiyada yayımlanmağa başlayacaq

"No309" serialı bu gün Çexiyada yayımlanmağa başlayacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Serialın baş rolları Demet Özdemir və Furkan Palalıya aiddir. [hh4-unikal]

19.10.2024 828
.

"Yaşlandıqca daha yaxşı işlər görürəm" - Ancelina Coli

"Yaşlandıqca daha yaxşı işlər görürəm". xəbər verir ki, bu sözləri aktrisa Ancelina Coli deyib. "Aktrisalar üçün bu, rəqqasələr və müğənnilərdən daha asandır. Çünki bədənimiz dəyişmir" ,- deyə o qeyd edib. [hh4-unikal]

03.12.2024 974
.

Tanınmış aktyor vefat etdi

Türkiyənin məşhur aktyoru Rıza Akkın 65 yaşında dünyasını dəyişib. türk mətbuatına istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edərək məlumat veriblər. Bir müddət öncə beyin qanaması keçirən aktyor gecə saatlarinda vəfat edib. Mehin Mehman

02.11.2022 1801
.

"27 yaşımda ödəyə bilmədiyim borclar dağ kimi yığılmışdı" - Meryem Uzerli

"27 yaşımda ödəyə bilmədiyim borclar dağ kimi yığılmışdı. "Muhteşem Yüzyıl"dan gələn təkliflə həyatım dəyişdi". xəbər verir ki, bu sözləri aktrisa Meryem Uzerli deyib. Qeyd edək ki, aktrisa serialda Hürrem sultan rolunda olub. [hh4-unikal]

26.11.2024 2035
.

Afra Saraçoğlu qırmızı libası ilə göz oxşadı - FOTOLAR

Afra Saraçoğlu GQ mükafatlandırma mərasimində qırmızı libası ilə göz oxşayıb. xəbər verir ki, o, görüntüləri sosial şəbəkədə paylaşıb. Aktrisa, "ilin gözqamaşdıran uğuru" mükafatına layiq görülüb. [hh4-unikal]

04.12.2024 1278
.

"İlk ve Son"un afişası təqdim olundu

"İlk ve Son" serialının afişası təqdim olunub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Serialın baş rolları Hazal Subaşı və Ulaş Tunaya aiddir. [hh4-unikal]

10.10.2024 1395
.

TOP MP3