"Kalmar oyunu"nun ikinci və üçüncü mövsümlərinin buraxılış tarixləri açıqlanıb

"Kalmar oyunu"nun ikinci və üçüncü mövsümlərinin buraxılış tarixləri açıqlanıbCənubi Koreyanın "Kalmar oyunu" serialının ikinci sezonu dekabrın 26-da "Netflix"də yayımlanacaq.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə striminq xidməti "YouTube" kanalında yayımlanan yeni videoda məlumat verib.

Qeyd edək ki, daha əvvəl ilk mövsümün baş rol ifaçısı Li Con Сe premyeranın dekabrda baş tutacağını demişdi.

Birdəqiqəlik tizerdə yeni ölümcül yarışların iştirakçılarını və onların təşkilatçılarını görmək olar. Tizerdə ikinci sezonun premyera tarixi açıqlanır, həmçinin üçüncü və 2025-ci ildə buraxılacaq final mövsümü elan edilir.

Həmçinin şounun rejissoru, ssenaristi və icraçı prodüseri Hvan Don Hyok qarşıdan gələn epizodların süjeti haqqında təfərrüatı paylaşıb. Beləliklə, birinci sezonun baş qəhrəmanı Son Ki Hun və ya 456-cı nömrə (Li Con Ce) çoxlu dostunu itirdiyi qanlı oyunların təşkilatçılarından qisas almaq niyyətindədir.

"İkinci mövsümün çəkilişlərinə başladığımız ilk günü xatırlayıram, "İnana bilmirəm, "Kalmar oyunu" dünyasına qayıtdım!" - deyə düşündüm. Bu, demək olar ki, sürrealistik görünürdü. Maraqlıdır, sizin üçün üç ildən sonra "Kalmar oyunu"na qayıtmaq necədir?" - deyə layihənin rejissoru və ssenari müəllifi pərəstişkarlarına yazdığı məktubda bildirib.


BiG.Az
Telegramda izləyin
Kino   Baxılıb: 1413   Tarix: 01 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Halis ağa "Yalı Çapkını"ndan ayrılır?

"Yalı Çapkını"nda Halis ağa rolunu canlandıran Çetin Tekindorun serialdan ayrılması iddiaları yayılmışdı. xəbər verir ki, bu iddialar təsdiqini tapmayıb. Aktyorun ssenariyə görə müvəqqəti olaraq səhnəsinin olmadığı bildirilib. [hh4-unikal]

07.10.2024 4964
.

"İlk ve Son"un afişası təqdim olundu

"İlk ve Son" serialının afişası təqdim olunub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Serialın baş rolları Hazal Subaşı və Ulaş Tunaya aiddir. [hh4-unikal]

10.10.2024 1395
.

"Türk serialları ölkənin tanıtımına böyük töhfə verir" -Gözde Kansu

"Türk serialları ölkənin tanıtımına böyük töhfə verir". xəbər verir ki, bu sözləri aktrisa Gözde Kansu deyib. Qeyd edək ki, Gözde Kansu "Yalı Çapkını" serialında rol oynayır. [hh4-unikal]

11.10.2024 1094
.

"Kara Sevda"nın final bölümü İtaliyada reytinq rekordları qırdı

"Kara Sevda" serialının final bölümü dünən İtaliyada yayımlanıb. xəbər verir ki, 2.7 milyon insanın izlədiyi serial reytinqdə 1-ci olub. Serialın baş rolları Neslihan Atagül, Burak Özçivit və Kaan Urgancıoğluna aiddir. [hh4-unikal]

05.02.2025 1141
.

Ebru Şahin "Gizli Bahçe" nin izləyicilərinə təşəkkür etdi

Ebru Şahin finala çıxan "Gizli Bahçe" serialının izləyicilərinə təşəkkür edib. xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib. "İzləyən, dəstək olan, anlayan bütün izləyicilərimizə və canım komandamıza təşəkkürlər. Yeni səhifələrdə görüşənədək" ,- deyə o bildirib. [hh4-unikal

26.11.2024 1411
.

"Sihirli Annem"in Betüşü və Suzanı illər sonra yenidən birlikdə- FOTO

"Sihirli Annem" serialının Betüşü İnci Türkay və Suzanı Zuhal Topal Londonda görüşüblər. xəbər verir ki, bu barədə Zuhal Topal sosial şəbəkədə paylaşım edib. "Canım İncini ziyarət etdim" ,- deyə o qeyd edib. [hh4-unikal]

19.10.2024 2844
.

"Bir Zamanlar İstanbul" serialının yayım günü məlum oldu

"Bir Zamanlar İstanbul" serialının yayım günü məlum olub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Serial cümə axşamları TRT1-də yayımlanacaq. Baş rollar Cihangir Ceyhan və Alina Boza aiddir. [hh4-unikal]

27.01.2025 1017
.

"Yaşlandıqca daha yaxşı işlər görürəm" - Ancelina Coli

"Yaşlandıqca daha yaxşı işlər görürəm". xəbər verir ki, bu sözləri aktrisa Ancelina Coli deyib. "Aktrisalar üçün bu, rəqqasələr və müğənnilərdən daha asandır. Çünki bədənimiz dəyişmir" ,- deyə o qeyd edib. [hh4-unikal]

03.12.2024 974
.

Tanınmış aktyor vefat etdi

Türkiyənin məşhur aktyoru Rıza Akkın 65 yaşında dünyasını dəyişib. türk mətbuatına istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edərək məlumat veriblər. Bir müddət öncə beyin qanaması keçirən aktyor gecə saatlarinda vəfat edib. Mehin Mehman

02.11.2022 1801
.

TOP MP3