Diyetoloqdan xəbərdarlıq: Çox miqdarda qəhvə qəbulu beyninizi "yavaşladacaq"
Bir çox insanlar beyni "sürətləndirmək" üçün çox miqdarda qəhvə içirlər.
Diyetoloq, Rusiya Milli Diyetoloqlar Assosiasiyasının üzvü Natalya Kruqlova bu içkinin əks nəticə verdiyi bir sıra halları açıqlayıb.
Məlumdur ki, qəhvə və digər içkilərin tərkibində olan psixoaktiv maddə - kofein əhval-ruhiyyəni yüksəldir. Ancaq bəzi hallarda sinir sistemini "yavaşladır" və insanın idrak qabiliyyətinin müvəqqəti azalmasına səbəb olur. Çox vaxt bu, bir insanın yuxu çatışmazlığı səbəbindən çox qəhvə içdiyi zaman olur.
"Həddindən artıq kofein inhibisyona səbəb ola bilər. Bu, xüsusilə insan yuxu çatışmazlığı ilə qarşılaşdıqda nəzərə çarpır. Əgər özünüzü çoxlu kofein ilə stimullaşdırırsınızsa, nəticədə bu, narahatlığın artmasına, performansın azalmasına səbəb ola bilər", - deyə diyetoloq bildirib.
Kruqlova qeyd edib ki, kofeinin gündəlik qəbulu 400 milliqramdır. Bu doza keçilərsə, beyin "yavaşlamağa" başlayacaq.
"Bu, bir neçə stəkan kofe, üstəgəl iki və ya üç stəkan çaydır, çünki onların tərkibində də kofein var. Əgər siz yalnız qəhvə içirsinizsə, deməli, bu, üç və ya daha çox fincana bərabərdir", - Kruqlova bildirib.
O vurğulayıb ki, beynin işi heç də həmişə üçüncü fincan qəhvədən dərhal sonra yavaşlamır. Diyetoloqun sözlərinə görə, bu təsir hər kəsdə kofeindən sui-istifadə edildikdən sonra müxtəlif vaxtlarda özünü göstərir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1221 Tarix: 27 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 836 Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14.10.2026 949 Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 839 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 988 Gözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10.10.2026 843 3 kiçik vərdiş ömrü 9 il uzada bilər
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin
14.10.2026 883 İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi
İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur
08.11.2026 329 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 732 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 665