Çeçen taboruna Zelenskini öldürmək əmr edilib? – Kadırovun bəhs etdiyi "ən çətin tapşırıq" nədir?

Çeçen taboruna Zelenskini öldürmək əmr edilib? – Kadırovun bəhs etdiyi "ən çətin tapşırıq" nədir?Çeçenistan rəhbəri Ramazan Kadırov sosial şəbəkə hesabında Qroznıda 12 mindən çox döyüşçünün Ukraynada əməliyyatlara könüllü qatılmağa və istənilən çətin tapşırıqları yerinə yetirməyə hazır olduğunu bildirib. Bu gün isə bir qrup çeçen könüllünün Ukrayna əməliyyatına qatılmaq üçün yola düşdüyünü əks etdirən görüntülər yayılıb.

Görünür, Putinin çeçenləri Ukrayna müharibəsinə cəlb etməkdə iki məqsədi var.

Birinci ehtimal odur ki, çeçenlərin qarşısına qoyulan əsas hədəf Ukrayna Prezidenti Vladimir Zelenskini və onu əvəzləyə biləcək şəxsləri ən qısa zamanda ələ keçirmək, lazım gələrsə öldürməkdir. Kadırovun "12 mindən çox döyüşçü Ali Baş Komandan Vladimir Putindən ən çətin tapşırıqların icrası üçün əmr gözləyir" sözləri də bunu təsdiq edir. Mümkündür ki, Kadırovun qeyd etdiyi "ən çətin tapşırıq" məhz Zelenskini aradan götürməkdir.

Zelenski hazırda Ukrayna və onun xalqı üçün simvollaşmış personadır. Aydın məsələdir ki, onun ölümü Ukrayna xalqının müqavimətini və qələbəyə olan inamını sarsıda bilər. Digər tərəfdən, Zelenskinin əvvəlcə Putinlə danışıqlar masasına otumağa razı olduğunu deyərək, , Qərbin dəstəyini aldıqdan sonra isə bundan imtina etməsi Kremli qəzəbləndirib. Görünür, elə bu səbəbdən də çeçenlərin qarşısında ümdə vəzifə kimi Prezident Zelenskini ələ keçirmək və ya öldürmək tapşırığı qoyulub.

İkincisi, Putin Ukraynanın Rusiya-Çeçenistan müharibəsində çeçenlərə verdiyi dəstəyi unutmayıb. Rusiyada yaşayan digər milli azlıqların deyil, məhz çeçenlərin prosesə cəlb edilməsi iki xalq arasında müharibədən sonra davam edəcək etnik gərginliyin zəminini yaratmağa hesablanıb. Çeçenlər Ukraynada sivil vətəndaşlara atəş açsa, terror aktı həyata keçirsə, bu, iki xalq arasında uzun illər davam edəcək etnik nifrətin əsasını qoyacaq./sfera


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2027   Tarix: 26 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - Video

8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub. Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?. "Qafqazinfo"nun məlumatına görə

11.11.2026 381
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 293
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

11.11.2026 245
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

11.11.2026 276
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11.11.2026 258
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

11.11.2026 230
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11.11.2026 408
.