Yeniyetmələrdə depressiya təhlükəsi - Valideynlər nəyə hazır olmalıdır?

Yeniyetmələrdə depressiya təhlükəsi - Valideynlər nəyə hazır olmalıdır?Əhval-ruhiyə dəyişkənliyi, ruh düşkünlüyü, əsəbilik, aqressivlik, gərginlik, həddindən artıq emossionallıq, insanlardan uzaq durmaq, özünə qapanma, ölüm və intihar barədə düşünmək... bütün bunlar yeniyetmələrdə müşahidə olunan depressiyanın əsas əlamətləridir.

Yeniyetməlik uşağın ən həssas dövrü hesab olunur.

Bu dövrdə onlarda yeniyetməliyə xas xüsusiyyətlərlə yanaşı, zərərli vərdişlərə və depressiyaya meyllilik yüksək olur. Uşaqlıq dövründən yeniyetməlik dövrünə keçidin əsas xüsusiyyətləri uşağın özünü hər kəsdən üstün tutması, ağıllı hesab etməsi, heç kəsi, xüsusən də valideynlərlə dil tapmamasıdır. Kənardan verilən öyüd-nəsihət və məsləhətlər ona əlavə qıcıq təsiri bağışlayır. Uşaqlıq çağından yeniyetməlik dövrünə keçiddə onlarda valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır. Yeniyetməlik dönəmində valideynə uşaq saydığı, söz keçirə bildiyi övladı ilə ünsiyyət qurmaq, dil tapmaq müşkülə çevrilir. Bu zaman valideynlə yeniyetmə övladı arasında konfliktlər, münaqişələr baş qaldırır. Hər hərəkəti, davranışı tənqid olunan, etdiyi yanlışlıqlara görə cəzalandırılan uşaq isə ona olan bu münasibətdən depressiyaya düşür. Mütəxəssislər deyir ki, son dövrlər yeniyetmələr arasında depressiyadan əziyyət çəkənlərin sayı xeyli artıb.

2020-ci ildə yetkinlik yaşına çatmayan şəxslər arasında özünü öldürmə və özünü öldürməyə cəhd hadisələrinin sayı 65 olub. Onların 37-si özünə qəsd edib, 28 yeniyetmə isə özünü öldürməyə cəhd edib. 2019-cu ildə yetkinlik yaşına çatmayan şəxslər arasında özünü öldürmə və özünü öldürməyə cəhd faktlarının sayı 71, 2018-ci ildə 81 olub.

Hit.az bildirir ki, psixoloq Vəfa Əkbər deyir ki, depressiya müxtəlif vəziyyətlərə və stress yaradan amillərə qarşı verilən reaksiyadır. Özünə inamı aşağı olan, çətin vəziyyətlərdə özünü idarə etmə gücünün olmadığını fikirləşən yeniyetmələrdə, stress yaradan hadisə və vəziyyətlərlə qarşı-qarşıya qaldıqda depressiyaya düşmək riski yüksəkdir. Yeniyetmələrdə depressiya diaqnozu qoymaq çətindir, çünki bu dövrdə əhval-ruhiyyədə dəyişikliklərinə çox rast gəlinir. Bəzən dünyanın gözəl bir yer olduğunu düşünən uşaq bəzən də həyatın dözülməz olduğunu fikirləşə bilər:

"Yeniyetməlik dövrü hər kəsdə eyni formada baş vermir. Həmin dövrdə həm fizioloji, həm psixoloji, həm sosial baxımdan dəyişikliklər olur. Bəziləri yeniyetməlik dövrünü heç bir problem yaşamadan keçir, bəzilərinə isə daha dərindən təsir edir".

Psixoloqun dediyinə görə, depressiyada olan yeniyetmələrdə əsasən, iştahada və yuxuda pozuntular, dərslərində nəzərəçarpacaq dərəcədə geri qalma, dostlarından və hər hansı fəaliyyətdən uzaq olma, enerji ve motivasiyanın aşağı olması müşahidə olunur. Həmçinin onlarda heç bir şeydən zövq ala bilməmək, əsəbi olmaq, ona qarşı deyilən sözlərə aşırı reaksiya, ideallarına, arzularına çata bilməyəcəyini düşünmə, özünəinamın aşağı olması, günahkarlıq hissi, qərarsızlıq, unutqanıq, konsentrasiya ola bilməmək, daimi narahatlıq, intihar fikirləri, buna meyllilik kimi əlamətlər müşahidə olunur. İctimai yerlərdən uzaq olmaq, ünsiyyətdən qaçmaq, günün əksər hissəsində əhval-ruhiyyənin yaxşı olmaması və ya ovqatın ani şəkildə dəyişməsi depressiyanın əsas əlamətlərindəndir:

"Yeniyetmədə sadalanan bu hallar müşahidə olunursa demək ki, o depressiyadadır".

Vəfa Əkbər bildirib ki, özgüvən problemi, əks cinslə yaşanan problemlər, məktəb və ailədaxili problemlər depressiyaya səbəb ola bilər. Yeniyetmələrdə depressiya riskini artıran amillər valideynlərindən hansısa birinin ölümü və ya boşanma, ailədaxili münaqişələr, yaşayış yerinin tez-tez dəyişdirilməsi və s: "Yeniyetmələrin depressiyaya düşməsinin səbəblərindən biri də valideynlərin öz doğrularını onlara diqtə etməsidir. Valideyn çox zaman onları yönəltməyə, dəyişməyə çalışır. Onun fikirlərini önəmsəmir, öz doğru bildiyi istiqamətə yönəltmək üçün uşağa fiziki və psixoloji təzyiqlər edir. Gənclik dövrünə yaxınlaşan yeniyetmələrin azadlığa can atması, ailələrin isə bu arzuları məhdudlaşdırmaq istəməsi əksər hallarda ciddi problemlərə səbəb olur. Bu zaman da uşaq onlardan uzaqlaşır, özünə qapanır və depressiyaya düşür".

Psixoloqun sözlərinə görə, depressiyaya səbəb olan faktorlardan biri də valideynlərin bir-birinə olan yalançı münasibətidir. Xoşbəxt kimi görünməyə çalışmaları, saxta ailə səadəti sərgiləmələridir: "Uşaq valideynlərinin saxta münasibətini, xoşbəxt olmadıqları halda özlərini xoşbəxt kimi göstərmələrini görüb onlara güvənmir. Qarşılaşdığı hər hansı bir hadisəni, problemlərini, yaşadıqlarını onlarla bölüşmür və özünə qapanır, depressiyaya düşür".

Vəfa Əkbər vurğulayıb ki, bəzi ailələr övladlarının yeniyetməlik dövrünə hazır olmurlar: "Yeniyetməlik dövründə uşaqlar valideynlərinə qarşı üsyankar, aqressiv olur. Bu zaman valideynlər anlayış göstərməli və onları başa düşməyə çalışmalıdırlar. Uşaq nə qədər valideyninə səni görmək istəmirəm desə də onun ən böyük dəstəkçisi valideyn və onun sevgisidir. Bu dönəmdə uşağın daha çox valideyn sevgisinə ehtiyac duyur. Ata və ana bu dönəmdə övladına dəstək, qol-qanad olsa, anlayış, nəvaziş göstərsə, o da bu çətin dövrü daha asan keçirər. Bu dövr çox həssas bir dönəm hesab olunduğu üçün valideyn tərəfindən yol verilən hər hansı bir yanlışlıq gələcəkdə çox böyük fəsadlarla nəticələnə bilər. İndiki yeniyetmələrdə informasiya bolluğu var. Amma təəssüf ki, bu informasiyanı döğru istifadə etməyi bacarmırlar. Valideynlər bu barədə övladlarını doğru istiqamətə yönəltmələri çox vacibdir. Yeniyetmələr bəzən çox aqressiv davranışlar göstərirlər və o zaman onlarla danışmaq heç bir əhəmiyyət kəsb etmir, sakitləşmələrini gözləyib daha sonra danışmaq daha yaxşıdır.

Depressiyada olan yeniyetmələrin müalicə olunması son dərəcə vacib məsələdir. Onlara dəstək göstərilməsi mütləqdir. Valideynin öhdəsindən gəlmədiyi psixoloji problemlər yarandıqda psixoloqa müraciət etmək lazımdır. Depressiya ciddi xəstəlikdir və müalicə olunmazsa daha ciddi problemlərlə qarşılaşıla bilər. Qeyd edim ki, yeniyetməlik dövründə uşaqlarda intihara meyililik yüksək olur. Bu yaşda intiharlara daha cox rast gəlinir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, yeniyetməlik dövrünə kimi uşaqlar arasında intihar halları çox az olur, bu yaşdan sonra isə artır:

"Yeniyetməlik dönəmində uşaqlar gərgin və stressli olur. Onların bir qismi bu dönəmdə özündən razı, digər qismi isə özündən narazı olur. Yetkinliyə xas davranışlar nümayiş etdirəndə, dərslərdə geriləmələr, qəbul imtahanında zəif nəticə göstərəndə, bir sözlə qoyulan tələbləri yerinə yetirə bilmədiyi üçün ailəsi ona qarşı təzyiq göstərir. Nəticədə psixoloji durumu normal vəziyyətdə olmayan yeniyetmə intihar yolunu seçir".

Onun sözlərinə görə, intihara digər səbəb uşaqların keçid dövrü problemidir. Həmin müddətdə uşaqların müstəqillik arzusu baş qaldırır:

"Onun bu arzusuna qarşı çıxanda isə valideynlə uşaq arasında konfliktlər, mübahisələr yaranır. Hətta çox xırda məsələlər üstündə evdə ciddi söz-söhbət olur. Bu kimi hallarda uşaqlar valideynlərinin acığına, onları cəzalandırmaq üçün intihar edirlər".

Elgün Səfərov vurğulayıb ki, yeniyetmələr arasında intiharlar daha çox ailələrdəki problemlər səbəbindən baş verir: "Uşaq yeniyetməlik dövründə müəyyən sıxıntılar keçirir. Valideynin diqqətinə, qayğısına, sevgisində, anlayışlı davranışa daha artıq ehtiyac duyur. Valideynlərin alkoqol içkilərdən, narkotik maddələrdən istifadəsi, uşaqlara etinasızlıq göstərilməsi, təhsildən yayınma, psixoloji duruma təsir edən digər halların baş verməsi ruhən gərgin vəziyyətdə olan yeniyetmənin intiharına gətirib çıxarır".

Valideyn Günay Salmanova deyir ki, oğlu hazırda yeniyetməlik yaşındadır. Onda yeniyetməliyə xas bir sıra xüsusiyyətlər özünü büruzə verir: "Gərgindir, aqresivdir, öz bildiyini edir, valideynlərinin dediyi söz, verdiyi məsləhətlər ona qıcıq kimi gəlir. Bu durum bizi narahat etsə də səbirli olub, anlayış göstərməyə, onu başa düşməyə çalışırıq. Düşünürük ki, biz ona qarşı aqressiv davransaq, tənqid etsək, cəzalandırsaq bunun heç bir müsbət nəticəsi olmayacaq. Əksinə bu onda mənəvi-psixoloji travmalar yaradacaq.

Övladımızla dil tapmağa, dost olmağa çalışırıq. Qəti şəkildə onu qıcıqlandıran, gərginləşdirən mövzulara, məsələlərə toxunmuruq. Seçiminə, zövqünə müdaxilə etmirik. Nəzarətdə saxlayırıq, nəzərimizdaim onun üzərindədir. Ancaq bunu onun özünə hiss etdirməməyə çalışırıq. Bu yaş dövründə valideynlər çox diqqətli və ehtiyatlı olmalıdırlar. Özlərinin düzgün saydıqları tərbiyə üsullarından istifadə etməməlidirlər. Anlayışlı, təmkinli və ən önəmlisi isə münasibətdə çox diqqətli olmalıdırlar. Yeniyetmələr sərbəstliyə, azadlığa meylli olurlar. Ata və ana övladına hiss etdirmədən, kənardan nəzarət etməklə ona müəyyən azadlıqlar verə bilər. Çünki valideynlər övladına güvənməsə, etibar etməsə, bu həmin yeniyetmənin ailədən tədricən uzaqlaşması ilə nəticələnəcək.

Uşaq özünə, ona güvənə biləcək, ona inanan, arxa dayaq ola biləcək şəxs axtarmağa başlayacaq ki, bu da vəziyyətin daha da ağırlaşmasına səbəb olacaq. Valideynlə övlad arasında bu yaş dövründə hər hansı bir konfliktin baş verməməsi üçün valideyn əlindən gələni etməlidir. Çünki bu dövrdə tərəflər arasında yaşanan gərginliklər gələcəkdə valideyn-övlad münasibətlərinin soyumasına səbəb olur". /medicina.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1407   Tarix: 19 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycana təşəkkür etdi

Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) təşkil etdiyi üçün Azərbaycana təşəkkür edib. Report-a istinadən xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində danışıb. "Azərbaycana v

17:38 69
.

Axios xəbər verir ki, Tramp hərbi seçimlər üzrə yüksək səviyyəli milli təhlükəsizlik qrupu ilə görüşəcək

Axios-un verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı hərbi əməliyyat variantlarını müzakirə etmək üçün milli təhlükəsizlik üzrə yüksək vəzifəli komandası ilə görüşməsi gözlənilir. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, bu görüşdən sonra İrana hücum edilib edilməyəcəyi il

11:22 168
.

Amerika nüvə sualtı qayıqlarının istehsalını artırır

ABŞ 2027-2031-ci illər ərzində sualtı qayıqların tikintisinə ümumilikdə 124,9 milyard dollar xərcləməyi planlaşdırır. xəbər verir ki, bu barədə RIA Novosti ABŞ Hərbi Dəniz Qüvvələrinin illik planına istinadən məlumat yayıb. Məlumata görə, ABŞ həmin dövrdə hər il ən azı bir "Columbia" sinifl

11:42 165
.

Şuşa ilə Trabzon qardaşlaşır

Türkiyənin Qaradəniz bölgəsində yerləşən Trabzon şəhəri ilə Azərbaycanın qədim şəhərlərindən olan Şuşa qardaşlaşacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç məlumat verib. O bildirib ki, "qardaşlaşmış şəhər" statusuna dair protoko

15:17 147
.

Yağıntılar aylıq normanın 589%-ni təşkil edib

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb. Bakıda və Abşeron yarımadasında yağan yağış mayı

12:21 179
.

İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar

İslam Respublikasından fərqli olaraq, ABŞ və İsrail İranla 40 günlük münaqişə zamanı sərf olunan raket və bombaların ehtiyatlarını doldurmaqda çətinlik çəkəcəklər. "Report"un "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsini

17.05.2026 256
.

Kubadan ABŞ-a sərt mesaj: "Özümüzü müdafiə edəcəyik"

Kuba ABŞ tərəfindən mümkün hücum olacağı təqdirdə özünü müdafiə edəcəyini bəyan edib. xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. Nazirlik bildirib ki, "Kuba hücuma məruz qalarsa, qanuni özünümüdafiə hüququndan istifadə edəcək". Açıqlama xaric

11:35 172
.

Süni intellekt müəllimləri əvəz edəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son illər süni intellekt texnologiyalarının sürətli inkişafı bir çox peşələrin gələcəyi ilə bağlı ciddi müzakirələr yaradıb. Xüsusilə inkişaf etmiş ölkələrdə bəzi məktəblərdə robot və süni intellekt əsaslı tədris sistemlərinin tətbiqi diqqət çəkir. Artıq bir sıra ölkələrdə dərs prosesində müəllimlər

12:09 193
.

Qida təhlükəsizliyi: düyü seçimi və saxlanma qaydaları

"Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də fiziki baxımdan məntiqsiz hesab olunur. Plastik qranulların istehsal xərcləri təbii düyünün becərilməsi və emalından daha yüksəkdir. Belə olduğu halda heç bir istehsalçı daha baha başa gələn məhsulu daha ucuz qiymətə satmaz. Adətə

13:58 166
.

TOP MP3