Bakıda arvadını idarədə güllələyən polisdən XƏBƏR VAR

Bakıda arvadını idarədə güllələyən polisdən XƏBƏR VARBakıda həyat yoldaşını güllələyərək qətlə yetirən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə İsmayıl Məmmədovun vəkili cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmədə iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, elektron formada məhkəməyə vəsatət göndərib. Hakim həmin vəsatətin növbəti iclasda müzakirəyə çıxarılacağını deyib.

Hazırlıq iclası yanvarın 25-nə təxirə salınıb.

Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1624   Tarix: 18 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatının 30-dan çox hədəfinə zərbə endirib

İsrail ordusu bazar ertəsi günü bildirib ki, İsrail Müdafiə Qüvvələri son bir gün ərzində Livanın cənubundakı 30-dan çox Hizbullah terrorçu infrastruktur obyektinə, o cümlədən silah anbarına, müşahidə məntəqələrinə və İsrail qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar üçün istifadə edilən binalara zərb

11:04 167
.

Axios xəbər verir ki, Tramp hərbi seçimlər üzrə yüksək səviyyəli milli təhlükəsizlik qrupu ilə görüşəcək

Axios-un verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı hərbi əməliyyat variantlarını müzakirə etmək üçün milli təhlükəsizlik üzrə yüksək vəzifəli komandası ilə görüşməsi gözlənilir. BİG.AZ Haaretz-ə istinadən xəbər verir ki, bu görüşdən sonra İrana hücum edilib edilməyəcəyi il

11:22 168
.

Qiymətlər artır, gəlirlər geri qalır - İQTİSADÇIDAN AÇIQLAMA

Son aylarda ölkədə müşahidə olunan bahalaşma əhalinin gündəlik həyatına birbaşa təsir göstərməkdə davam edir. Ərzaq məhsullarından tutmuş kommunal xidmətlərə qədər bir çox sahədə qiymətlərin artması ailə büdcələrinə əlavə yük gətirib. Bu vəziyyət fonunda maaş və pensiyaların inflyasiya ilə müqayisəd

12:49 210
.

Şuşa ilə Trabzon qardaşlaşır

Türkiyənin Qaradəniz bölgəsində yerləşən Trabzon şəhəri ilə Azərbaycanın qədim şəhərlərindən olan Şuşa qardaşlaşacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç məlumat verib. O bildirib ki, "qardaşlaşmış şəhər" statusuna dair protoko

15:17 147
.

Bakıxanovda yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar əraziyə dərhal FHN-i

12:49 271
.

Hesabatların gecikdirilməsinə görə 10 000 manatadək sanksiya

"Vergilər Məcəlləsinə əsasən, vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı öhdəliklərin pozulmasına görə müxtəlif maliyyə sanksiyaları nəzərdə tutulur. Qanunvericilik vergi hesabatının və ya tələb olunan məlumatların təqdim edilməməsi, yaxud müəyyən edilmiş müddətlərdə gecikdirilməsin

14:39 183
.

Yağıntılar aylıq normanın 589%-ni təşkil edib

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb. Bakıda və Abşeron yarımadasında yağan yağış mayı

12:21 179
.

Kubadan ABŞ-a sərt mesaj: "Özümüzü müdafiə edəcəyik"

Kuba ABŞ tərəfindən mümkün hücum olacağı təqdirdə özünü müdafiə edəcəyini bəyan edib. xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. Nazirlik bildirib ki, "Kuba hücuma məruz qalarsa, qanuni özünümüdafiə hüququndan istifadə edəcək". Açıqlama xaric

11:35 172
.

"Bakı öz tarixi simasını qoruyub saxlayır" - Prezident

"2022-ci ildən etibarən biz üç Milli Şəhərsalma Forumunu təşkilatla (UN-Habitat ilə - red.) birgə keçirmişik. Ağdamda, Zəngilanda və Xankəndidə tədbirlər təşkil olunub. Həmin şəhərlər uzun illər ərzində işğal altında olmuşdur". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlha

14:26 151
.

TOP MP3