Azərbaycanda vəzifəli şəxs həbs olundu
"Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin sabiq baş mühasibi İlham Hüseynovun qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.
Bərdə rayon prokurorluğundan Sonxeber.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla İlham Hüseynovun 2021-ci ilin iyul ayında əvvəllər tanımadığı Orxan Yusifovu Bərdə Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verərək ondan 3 min manat məbləğində pul vəsaitini şəxsən alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməsinə, həmçinin bu əməli ilə Orxan Yusifovu rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, onun 2021-ci ilin avqust ayında təkrarən tamah niyyətilə tanışı Hafiz Həsənova da eyni cür vədlər verərək sonuncudan 4 min manat məbləğində pul vəsaitini alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib təkrarən dələduzluq etməsinə, həmçinin qeyrisini təkrarən rüşvət verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.
İlham Hüseynov Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1324 Tarix: 18 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşa ilə Trabzon qardaşlaşır
Türkiyənin Qaradəniz bölgəsində yerləşən Trabzon şəhəri ilə Azərbaycanın qədim şəhərlərindən olan Şuşa qardaşlaşacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç məlumat verib. O bildirib ki, "qardaşlaşmış şəhər" statusuna dair protoko
15:17 147 Qiymətlər artır, gəlirlər geri qalır - İQTİSADÇIDAN AÇIQLAMA
Son aylarda ölkədə müşahidə olunan bahalaşma əhalinin gündəlik həyatına birbaşa təsir göstərməkdə davam edir. Ərzaq məhsullarından tutmuş kommunal xidmətlərə qədər bir çox sahədə qiymətlərin artması ailə büdcələrinə əlavə yük gətirib. Bu vəziyyət fonunda maaş və pensiyaların inflyasiya ilə müqayisəd
12:49 210 Avropa Rusiyayla danışacaq şəxsi tapa bilmir
Avropa ölkələri Rusiya ilə danışıqlar aparacaq potensial nümayəndə namizədlərini müzakirə etməyə davam edir. Lakin əsas problem Avropa Birliyi (AB) üzv ölkələrinin vahid namizəd üzərində razılığa gələ bilməməsidir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Müzakirə olunan şəxslə
11:19 171 ABŞ və İsrailin İrana mümkün hücum iddiaları: regionda gərginlik yenidən artır - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və İsrailin İranla bağlı hərbi gərginliyi yenidən kritik mərhələyə daxil olub. The New York Times-ın iki Yaxın Şərq rəsmisinə istinadən yaydığı məlumata görə, iki ölkə bu həftə ərzində İrana qarşı yeni hücumların bərpasını müzakirə edir və hətta mümkün hərbi əməliyyatların yaxın günlərdə həyata keçiril
14:39 171 Yağıntılar aylıq normanın 589%-ni təşkil edib
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb. Bakıda və Abşeron yarımadasında yağan yağış mayı
12:21 179 Magistraturaya qəbulun II cəhdi təkrar keçiriləcək
Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyun 2026-cı il tarixində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, 17 may tarixində Bakı şəhəri, Abşero
16:34 124 "50 dəqiqəsi 25 manat" - Qadınların dəb anlayışı, xərçəng yaradır
"5 dəqiqəsi 5 manat", "50 dəqiqəsi 25 manat" kimi reklamlarla yaz-yay aylarında sosial şəbəkələrdə və gözəllik salonlarında tez-tez rastlaşmaq mümkündür. Yay mövsümü yaxınlaşdıqca "zaqar" bədənə sahib olmaq istəyənlərin sayı artır və bir çox qadın saatlarla günəş altınd
19:00 1 Yeni evlənənlərə təyyarəyə minərkən gözlənilməz əlavə ödənişlərlə bağlı XƏBƏRDARLIQ
Toydan sonra soyadını dəyişən sərnişinlər təyyarəyə minərkən problemlə üzləşə bilərlər. Bir çox yeni evlənən cütlük toy mərasimindən dərhal sonra bal ayına yollanmağa çalışır. Lakin sevinc və ya toy hazırlığının yaratdığı qarışıqlıq səbəbindən onlar bahalı səhvə yol verə bilərlər. xarici mediaya istinadə
18:45 1 "Heç nə qalmayacaq": Tramp milli təhlükəsizlik qrupunun iclasından sonra İrana xəbərdarlıq etdi
ABŞ prezidenti Donald Tramp şənbə günü İran müharibəsi ilə bağlı irəliləyişi müzakirə etmək üçün milli təhlükəsizlik qrupunun yüksək vəzifəli üzvləri ilə görüşüb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, görüşdən bir gün əvvəl CNN-ə açıqlama verən mənbə bildirib ki, o, Tehranın "tez hərəkət etməsini
10:05 178