Bu dərmanlardan sonra içki içmək ölümə səbəb ola bilər - FOTO

Bu dərmanlardan sonra içki içmək ölümə səbəb ola bilər - FOTOƏksər dərmanlar, o cümlədən "parasetamol", antibakterial preparatlar və xolesterolu azaldan dərmanlar (statinlər) alkoqolla uyğun gəlmir. Ümumiyyətlə, spirtli içki və dərman qəbulunun nəticələri gözlənilməzdir.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə N.İ.Piroqov adına Rusiya Milli Elmi-Tədqiqat Tibb Universitetinin molekulyar farmakologiya və radiobiologiya kafedrasının baş elmi işçisi Vladimir Roqovski bildirib.

Onun sözlərinə görə, spirtli içkilər dərmanları emal edən (metabolik edən) fermentlərin işini sürətləndirir.

"Bunun nəticələri fəsadlardan tutmuş dərmanın təsirinin zəifləməsinə qədər çox fərqli ola bilər", - deyə farmakoloq izah edir.

Ekspertin sözlərinə görə, spirtli içki ilə birlikdə dərmanın bir dozası belə ölümcül nəticələr üçün kifayətdir. O, nümunə kimi "parasetamol" dərmanını göstərir.

"Məsələn, başı ağrıyan insan "parasetamol" qəbul edir, sonra bir rumka hər hansı alkoqollu içki içir. Bəziləri üçün hətta bu qədəri kifayətdir ki, qaraciyər fəaliyyətini dayandırsın (kəskin hepatotoksiklik), toksinlər sürətlə qanda toplanır, beyinə təsir edir, tənəffüs mərkəzi fəaliyyətini dayandırır" – deyə o, xəbərdarlıq edib.

Ekspert bununla belə, konkret nəticələri əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb.

"Bütün insanlarda fermentlərin sürəti fərqlidir", - deyə o, əlavə edib.

Farmokoloq bildirib ki, hər bir dərman qəbuluna alkoqolun təsirini öyrənmək üçün mütəxəssislə məsləhətləşmək lazımdır.

"İçki istehlakı dərmandan bir neçə saat sonra da, bir neçə gün sonra da (məsələn antibiotik kursundan) ola bilər", - deyə Roqovski bildirib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1701   Tarix: 14 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 267
.

Hansı qan qrupu daha uzunömürlü ola bilər? - Alimlər araşdırdı

Müxtəlif qan qruplarına sahib insanların təhlükəli xəstəliklərə tutulma riski və sağlamlıq göstəriciləri bir-birindən fərqlənə bilər. Alimlər dörd qan qrupu arasında müəyyən fərqlər aşkarlayıblar. Bəzi araşdırmalarda ən əlverişli göstəricilər birinci qan qrupuna malik insanlarda müşahidə olunub. xəbə

01.11.2026 620
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

03.11.2026 695
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 312
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 278
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 271
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 762
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 308
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 648
.