Elşad Hacıyev: "Tarix Əliyev özü ilə bağlı tədbir görüb" - VİDEO

Elşad Hacıyev: "Tarix Əliyev özü ilə bağlı tədbir görüb" - VİDEODaxili İşlər Nazirliyi (DİN) prodüser Tarix Əliyev (Tolik) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) təhqir etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, T.Əliyev özü özü ilə bağlı tədbir görüb.

"Sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib", - deyə o vurğulayıb.

Qeyd edək ki, Tolikin sosial şəbəkədə canlı yayım zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təhqir etməsi ilə bağlı videogörüntülər yayılmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 937   Tarix: 14 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş