Xorvatiyalı futbolçu: "Mahirin gəlişi ilə "Dinamo" böyük güc qazanar"
"Mahir Emrelinin gəlişi ilə "Dinamo" böyük güc qazanar".
Apasport.az saytının məlumatına görə, bunu Zaqreb "Dinamo"su və "Legiya"nın keçmiş futbolçusu İvitsa Vrodyak deyib.
39 yaşlı mütəxəssis "Legiya"dan ayrılmaq niyyətində olan Azərbaycan millisinin hücumçusunun "Dinamo"ya keçməsinin Xorvatiya klubunu gücləndirəcəyini düşünür. O, Emrelini vaxtilə "Dinamo"da çıxış etmiş İsveçrə millisinin hücumçusu Mario Qavranoviçə bənzədib: "Üstəlik, Mahir Mariodan bir qədər də sürətlidir. Tez-tez özünə fürsətlər yaradır. "Legiya"nın "Napoli" və "Lester" kimi komandaların olduğu qrupda bir ara ilk pillədə qərarlaşmasında onun uğurlu çıxışının böyük rolu var idi".
İvitsa Vrodyak 25 yaşlı forvardın xorvatiyalılara havayı keçmə ehtimalına da toxunub: "Legiya" azarkeşləri klubun avtobusuna hücum çəkdikdən və futbolçulara xəsarət yetirdikdən sonra Mahir müqaviləyə xitam vermək fikrinə düşüb. Bu isə o deməkdir ki, "Dinamo" onu pulsuz heyətinə qata bilər. Bu, zaqreblilər üçün əla fürsətdir. Mənə elə gəlir ki, Emreli "Dinamo"da Bruno Petkoviçlə əla tandem təşkil edə bilər. Çünki hər ikisi tam fərqli oyunçudur".
Qeyd edək ki, "Legiya"nın düşərgəsinə qayıtmayan Mahir Emreli müqaviləsinə xitam verilməsi üçün kluba məktub göndərib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1256 Tarix: 08 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Mercedes" "Formula-1" tarixində ən çox qələbə qazanan mühərrik istehsalçısı oldu
"Mercedes" "Formula-1" tarixində ən çox yarış qələbəsi qazanan mühərrik istehsalçısı olub. xəbər verir ki, bu nəticə Azərbaycan Qran-prisində Corc Rasselin qələbəsindən sonra qeydə alınıb. Beləliklə, "Mercedes" mühərrikləri ilə qazanılan qələbələrin sayı 252-yə çatıb. "Ferrari"
26.09.2026 429 Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"
Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib. ACF rəsmisi Bakıda keçiriləcək düny
03.10.2026 484 Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25.10.2026 370 4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır
Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq. Qadınların -6
07.10.2026 558 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 561 11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi
Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulun
25.10.2026 479 Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c
25.10.2026 373 FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır
20.10.2026 573 Ronaldo 18 ildən sonra ilk dəfə...
Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi
28.09.2026 586